Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?

Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?Bu il ali məktəblərə qəbul üçün abituriyentlərin sayının artması fonunda plan yerlərinin daha məhdud genişləndirilməsi təhsil imkanları və əmək bazarının tələbləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Qəbul planları ali məktəblərin təklifləri əsasında hazırlanır, aidiyyəti qurumlarla razılaşdırılır və Nazirlər Kabineti tərəfindən təsdiqlənir.

Bəs, plan yerlərinin müəyyənləşdirilməsi zamanı abituriyentlərin artan sayı ilə yanaşı, əmək bazarının gələcək tələbatı, universitetlərin imkanları və gənclərin real ixtisas seçimləri nə dərəcədə nəzərə alınır?
Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bir neçə il əvvəl belə proqnozlaşdırılırdı ki, 2026-2027-ci tədris ilinə qədər Azərbaycanda qəbul planı 65 min, hətta bir qədər də çox olacaq. Bu istiqamətdə müəyyən fikirlər səsləndirilirdi.

"Ancaq artıq Dövlət İmtahan Mərkəzinin nəticələri, həm plan yerlərinin sayı, həm də sənəd verənlərlə bağlı statistika ortadadır. Bu il üçün qəbul planında 61 516 nəfər nəzərdə tutulub. Bu da onu göstərir ki, hər il təxminən 60 min və üzərində məzun olur. Təəssüf ki, bu gün əmək bazarına olan tələbat lazımi səviyyədə araşdırılmır və ali məktəblərə qəbul üçün ayrılan plan yerləri əmək bazarının tələblərinə uyğun hesablanmır. Əmək bazarında bu gün daha çox işlə təmin oluna biləcək ixtisas sahiblərindən biri müəllimlərdir. Halbuki hər il müəllimlərin işə qəbulu ilə bağlı 60-70 min müraciət olduğu halda, cəmi 500-600, bəzi hallarda isə 1000 vakansiyanın təmin edilməsi mümkün olur. Bu artıq o deməkdir ki, müraciət edənlərin sayından təxminən 10 dəfə az vakansiya mövcuddur. Əlbəttə, bütün bu problemlər nəzərə alınmalı və gələcəkdə ali təhsil müəssisələrinə qəbul planlarında öz əksini tapmalıdır".

Ekspert bildirib ki, təəssüf ki, ali təhsil müəssisələrində, xüsusilə də özəl universitetlərdə qəbul yerlərinin genişləndirilməsi ilə bağlı imkanlar görürük:

"Halbuki onların akkreditasiya standartları, kadr hazırlığı və digər məsələləri də nəzərə alınmalıdır. Demək istəyirəm ki, bütün özəl universitetlərə şamil olunmasa da, əksəriyyətində kadr hazırlığı əmək bazarının tələblərinə və şərtlərinə uyğun gəlmir. Hətta bəzi dövlət universitetlərində də müasir avadanlıqların və tədris proqramlarının əmək bazarı ilə əlaqələndirilməsi məsələsində problemlər var. Ona görə də bu məsələ ilə bağlı yüksək səviyyədə təşəbbüslər olmalıdır. Artıq ali təhsil müəssisələri ilə böyük şirkətlər, firmalar və müəssisələr arasında daha sıx əlaqələr qurulmalıdır. İşəgötürənlərin özləri də universitetlərdə maraqlı olmalıdırlar ki, onlar üçün tələb olunan kadrlar hazırlansın".

Onun sözlərinə görə, bu gün Azərbaycan ali təhsil müəssisələri ilə iş adamları arasında münasibətlər ürəkaçan səviyyədə deyil:

"İnkişaf edən məqamlardan biri isə ali təhsil müəssisələrindən təcrübəyə gedən tələbələrlə bağlı müəyyən addımların atılmasıdır. Heç olmasa həmin müəssisələrin tələbələri müvəqqəti iş müqaviləsi ilə işə götürməsi və həmin müddətin onların iş təcrübəsi kimi nəzərə alınması müsbət addımdır. Bu, gələcəkdə tələbənin hər hansı iş yerinə CV təqdim edərkən həmin müddəti iş təcrübəsi kimi göstərməsinə imkan yarada bilər. Bu gün abituriyentlərin seçdiyi peşələr də müəyyən hallarda onların arzularına və istəklərinə görə deyil, Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qruplar və topladıqları ballara əsasən formalaşır. Bu da müəyyən uyğunsuzluqlar yaradır. Məsələn, hüquqşünaslıq istəyən şəxs sonradan tarix müəllimi olur, həkim olmaq istəyən abituriyent isə kimya-biologiya müəllimliyini seçir. Ona görə də sistemin özündə, xüsusilə ixtisas seçimi ilə bağlı müəyyən islahatlara ehtiyac var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 176   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Azərbaycanda sabah bəzi yerlərdə 40 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-2

21 avqust
.

Xırdalanda qətlə yetirilən şəxsin FOTOLARI

Bakıda 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq öldürülüb. xatırladır ki, hadisə avqustun 19-da Abşeron rayonunun Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdl

20 avqust
.

Uşaq xəstəxanasındakı antisanitar vəziyyət ilə bağlı TƏBİB-dən AÇIQLAMA - VİDEO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitar vəziyyətin yaranması ilə bağlı iddiaya münasibət bildirib. TƏBİB-dən -ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir. "Sosial şəbəkələrdə yayıla

21 avqust
.

Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi

Paytaxtın Bakıxanov qəsəbəsinin Eldar Xəlilov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, məhdudiyyət səbəbindən 78 nömrəli müntəzəm marşrutu

21 avqust
.

Kürdəxanıda tikinti materialları yandı - Yenilənib

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır. "Qafqazinfo" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətind

20 avqust
.

Daha 34 ölkəyə vizasız gedə biləcəyik

Azərbaycanla vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın Tədbirlər Planında öz əksini tapıb. Belə ki, Proqramın aralıq nəticəs

20 avqust
.

Abituriyent çox, plan yeri az: İxtisas seçimi edənləri nə gözləyir?

Bu il ali məktəblərə qəbul üçün abituriyentlərin sayının artması fonunda plan yerlərinin daha məhdud genişləndirilməsi təhsil imkanları və əmək bazarının tələbləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Qəbul planları ali məktəblərin təklifləri əsasında hazırlanır, aidiyyəti qurumlarla razılaşdırılı

21 avqust
.

Xalq artisti "Bolt"dan şikayətçidir - "Biabırçılıqdır, fırıldaqçılıq edirlər"

Xalq artisti Cahangir Novruzov "Bolt" taksi xidmətindən şikayətlənib. Axşam.az-ın məlumatına görə, aktyor bu barədə "Pozan" layihəsinə müsahibəsi zamanı danışıb. C.Novruzov verilişə gecikməsinə səbəb kimi taksi xidmətinin fəaliyyətindəki problemləri göstərib və şirkəti fırıldaqçılıqd

21 avqust
.

Laçın Günü - Zəfər tariximizin və Böyük Qayıdışın rəmzi

Laçın Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olmaqla yanaşı, xalqımızın yaddaşında xüsusi yeri olan müqəddəs torpaqlardandır. Hər il 26 avqust - Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix Laçının işğaldan azad olunmasını, şəhərin yenidən dirçəlişini və doğma yurda qayıdışı

20 avqust