Üzərinə ağac aşan avtomobilin ziyanını kim ödəməlidir? - AÇIQLAMA

Üzərinə ağac aşan avtomobilin ziyanını kim ödəməlidir? - AÇIQLAMAAvtomobilin üzərinə ağac aşması nəticəsində yaranan zərərin kimin tərəfindən ödənilməsi ağacın yerləşdiyi ərazi, ona qulluq və nəzarətə cavabdeh qurumun müəyyən edilməsi ilə bağlıdır. Belə hallarda avtomobilin icbari sığortası adətən bu zərəri qarşılamır, çünki bu sığorta avtomobilin istifadəsi nəticəsində üçüncü şəxslərə vurulan zərəri əhatə edir.

Bəs, ağacın aşmasına görə məsul qurum necə müəyyən edilir, KASKO olmadıqda avtomobil sahibi dəymiş zərərin ödənilməsi üçün hara müraciət etmək lazımdır?
Üzərinə ağac aşan avtomobilin ziyanını kim ödəməlidir? - AÇIQLAMAMəsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, ağacın qoparaq avtomobilin üzərinə düşməsi və avtomobili zədələməsi yalnız KASKO sığortası üzrə qarşılana bilər. Çünki KASKO könüllü sığorta növüdür.

"İstər ağacın avtomobilin üzərinə düşərək zədələməsi, istər hansısa reklam panelinin avtomobilin üzərinə düşməsi, binanın üzərindən fasadın qoparaq avtomobili zədələməsi, istərsə də hər hansı şəxsin bilərəkdən və ya bilməyərəkdən avtomobilə hər hansı predmetlə zərər vurması kimi hallar KASKO sığortası üzrə qarşılanır. Digər tərəfdən, avtomobilə dəymiş zərər bəzi hallarda başqa sığorta növü üzrə də qarşılana bilər. Məsələn, qeyri-yaşayış obyektləri üçün "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" mövcuddur. Hər hansı şirkət və ya qeyri-yaşayış obyekti bu sığorta məhsulunu əldə edibsə və həmin obyektin fəaliyyəti nəticəsində digər əmlaka zərər dəyibsə, bu, sığorta hadisəsi hesab oluna və zərər qarşılana bilər".

Ekspert bildirib ki, hər hansı qeyri-yaşayış obyektində yanğın və ya partlayış baş verib, nəticədə yanğın avtomobilə keçib və ya partlayış zamanı hər hansı predmet avtomobilin üzərinə düşərək onu zədələyibsə, bu halda həmin zərər qeyd edilən sığorta növü üzrə qarşılana bilər. Amma digər hallarda, xüsusilə də ağacın avtomobilin üzərinə düşərək onu zədələməsi zamanı avtomobilin KASKO sığortası yoxdursa, bu artıq sığorta tərəfindən qarşılanan hadisə deyil.

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 793   Tarix: 21 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bu o demək deyil ki, sertifikasiya sualları çətinləşəcək"

"Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün böyük müsbət addım idi və ümumən nəticələri müsbət qiymətləndirə biləcəyik. 2024-cü ildən başlayaraq ibtidai təhsilə gələn uşaqlarımızın demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris alacaq". "Qafqazinfo"

14 sentyabr
.

İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmas

15 sentyabr
.

DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər

15 sentyabr
.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

"Bilik günü"nün havası açıqlandı

Azərbaycanda sentyabrın 15-də havanın 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Gecə bəzi yerlərdə zəif duman olacaq. Cənub-şər

14 sentyabr
.

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. 2026-2027-ci tədris ilində bütün təhsil pillələri üzrə təqribən 2,2 milyon nəfərin təhsil alacağı proqnozlaşdırılır. Yeni tədris ilində ümumi təhsil müəssisələrində 1,

15 sentyabr
.

Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir?

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş başlanıldığı məlum olub. xəbər verir ki, bu barədə "Unikal"a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevi

14 sentyabr
.

40-dan yuxarı şagirdi olan siniflərin sayı açıqlandı

"Bizim ölkəmizdə 80 00 sinfimiz var. Bu siniflərdə 40-dan yuxarı şagirdi olan siniflərin sayı cəmi 600-dür". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu da ümumi siniflərin 1%-n

14 sentyabr
.

İnsan zərərini bildiyi halda niyə eyni vərdişi təkrar edir? - AÇIQLAMA

İnsan bəzən sağlamlığına və həyatına zərər verdiyini bildiyi bir vərdişi dayandırmaqda çətinlik çəkir. "İstəsəm, tərgidərəm" düşüncəsi isə hər zaman reallıqda özünü doğrultmur. Bəs insan zərərini bildiyi halda niyə eyni davranışı təkrar edir və bu, iradə zəifliyidir, yoxsa arxasında daha dəri

14 sentyabr