Başyarma və zəncir vurma Aşura mərasimlərinin dini mahiyyətinə daxildirmi? - AÇIQLAMA
Məhərrəmlik və Aşura mərasimlərində başyarma və zəncir vurma kimi əməllərin dini əsası ilə bağlı fərqli yanaşmalar mövcuddur. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi bu cür hərəkətlərin İslamın dini-əxlaqi prinsiplərinə uyğun olmadığını bildirərək onlardan çəkinməyə çağırıb.
Bəs, başyarma və zəncir vurma Aşura mərasimlərinin dini mahiyyətinə daxildirmi, bu adətlər tarixən necə formalaşıb və onların Qarabağdan yayıldığı barədə iddia nə dərəcədə əsaslıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, İmam Hüseynin Kərbəlada şəhid edilməsi yalnız şiə dünyasının deyil, bütün müsəlmanların yaddaşında ədalət, haqq, fədakarlıq və zülmə qarşı dayanma simvoludur.
"Aşuranı yalnız ağlama və matəm mərasiminə çevirmək düzgün deyil. Kərbəlanın əsas mesajı insanın haqq qarşısında mövqeyi və zülmə boyun əyməməsidir. Başyarma, qəmə vurma və zəncirlə bədəni yaralama məsələsində dini mənbələrə diqqətlə yanaşmaq lazımdır. İnsanın özünə qəsdən ciddi fiziki zərər yetirməsi Quranda və Peyğəmbərin səhih sünnəsində Aşura ibadəti kimi müəyyən edilməyib. Quranda insanın özünü təhlükəyə atmaması və öldürməməsi ilə bağlı prinsiplər mövcuddur. Səhih hədislərdə də müsibət zamanı insanın özünə xəsarət yetirməsi və cahiliyyət dövrünün matəm formaları tənqid olunur. Bununla belə, bütün matəm formalarını eyni hökmə salmaq olmaz. Şiə alimləri arasında da tatbir və digər özünəxəsarət formaları ilə bağlı fərqli mövqelər mövcuddur: icazə verən, məhdudlaşdıran və haram hesab edən alimlər var".
İlahiyyatçı bildirib ki, bu mərasimlərin tarixən sonrakı dövrlərdə formalaşması da nəzərə alınmalıdır.
"Müasir akademik araşdırmalar qan çıxarma ilə müşayiət olunan tatbirin bugünkü formasının qədim Kərbəla hadisəsindən dəyişməz şəkildə gəlmədiyini, xüsusilə sonrakı əsrlərdə yayıldığını göstərir. Azərbaycan və Qafqazın da bu mərasimlərin tarixində rolu ola bilər, lakin "başyarma və zəncir vurma Qarabağdan başlayaraq bütün İslam dünyasına yayılıb" iddiasını təsdiqləyən mötəbər tarixi sübut və akademik konsensus yoxdur. Tarixi materiallar bu praktikaların müxtəlif regionlarda qarşılıqlı dini-mədəni təsirlər nəticəsində formalaşdığını göstərir. Mənim üçün əsas məsələ budur ki, İmam Hüseynin mirasını yalnız yaralı bədənlərlə əlaqələndirmək Kərbəlanın mənəvi mahiyyətini daraldır. Hüseynin qanı özünə zərər vermək üçün nümunə deyil, haqq uğrunda fədakarlığın simvoludur. Haqsızlığa qarşı dayanmaq, ədaləti müdafiə etmək, ehtiyacı olana kömək göstərmək, insan həyatına hörmət etmək və mərhəmətli olmaq Kərbəlanın ruhuna daha yaxındır".
Onun sözlərinə görə, Aşura yalnız yas günü deyil, həm də düşüncə günüdür.
"Mənim mövqeyim nə hansısa məzhəbin əzadarlıq ənənəsini təhqir etmək, nə də sünni-şiə qarşıdurması yaratmaqdır. Məqsəd dini mənbələrlə sonrakı mədəni ənənələri bir-birindən ayırmaqdır. Başyarma və bədəni zəncirlə yaralamağı İslamın bütün müsəlmanlara aid dəyişməz dini hökmü kimi təqdim etmək doğru deyil. Qarabağla bağlı iddialarda da elmi prinsipə sadiq qalmaq, mötəbər sübut olmadan tarixi nəticə çıxarmamaq lazımdır. Hüseynin mesajına ən böyük sədaqət isə qan tökməkdə deyil, onun kimi haqqın və ədalətin yanında dayanmaqdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda müəllim VƏFAT ETDİ
Pensiyalar bu qədər ARTACAQ - AÇIQLAMA
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA
İşdən çıxarıldı, ürəyi partlayıb öldü
Binasi belə olmayan universitet qəbul rekordu qırdı
Restoranda ətin tərkibində at DNT-si AŞKARLANDI: Hansı risklər var?
David Seliverstov Çingiz Qənizadənin yalanını ifşa etdi: "Ofisində görüşək, işçilərin kofe verər yarım saat söhbət edərik" - Video
Daha 34 ölkəyə vizasız gedə biləcəyik
İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
Məktəbli forması ilə bağlı SƏS YAZISI yayıldı: Təhsil İdarəsi açıqlama verdi
Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir