Məsciddən ayaqqabı oğurladı, imamlar intiqam aldı
Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib.
Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat namaz qılarkən imamın ayaqqabısını götürərək ərazidən uzaqlaşıb. Namazdan sonra ayaqqabısının yerində olmadığını görən imam təhlükəsizlik kameralarının görüntülərinə baxıb və oğurluq anını müəyyənləşdirib.
İmam hadisə barədə rayondakı digər məscidlərin imamlarına məlumat verib. Şübhəli şəxs əlində çamadanla başqa məscidlərin yaxınlığında görünəndə imamlar onu izləməyə başlayaraq polisə xəbər veriblər.
Əraziyə gələn polis əməkdaşları şübhəlini saxlayıblar. Onun daha əvvəl də müxtəlif məscidlərdən ayaqqabı oğurladığı və onları ikinci əl bazarında satdığı iddia olunur.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 121 Tarix: 21 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şimşək çaxarkən mobil telefondan istifadə təhlükəlidir? - Mütəxəssis rəyi
Müasir mobil telefonlar ildırımı özünə cəlb etmir və ildırımvurma riskini artırmır. Cihazların tərkibindəki az miqdarda metal və zəif radiosiqnal şüalanması insanı ildırım üçün hədəfə çevirmir. Lakin şimşək çaxarkən başqa bir təhlükə - elektrik şəbəkəsində gərginliyin kəskin artması yarana bilər. xəbə
18 avqustSaat icad edilməzdən əvvəl insanlar vaxtı necə ölçürdü?
Bu gün saata və ya telefona baxaraq vaxtı öyrənmək həyatımızın adi hissəsinə çevrilib. Lakin bəşər tarixinin böyük bir hissəsində dəqiq vaxtı müəyyənləşdirmək heç də asan olmayıb. Saatların ixtirasından əvvəl insanlar zamanı ölçmək üçün günəşdən, sudan, yanan mumdan, tütsüdən, hətta qoxulardan istifad
12 avqustAğcaqanadlar ən çox kimləri dişləyir?
Alimlər musiqi festivalında birbaşa eksperiment apararaq müəyyən ediblər ki, pivə və siqaret sevən insanlar ağcaqanadlar üçün əsl "maqnit"ə çevrilirlər. xəbər verir ki, Niderlandın "Lowlands" musiqi festivalında 450-dən çox adamın iştirakı ilə keçirilən araşdırma ağcaqanadların niy
16 avqustHillari Klinton əri Bill Klintonun dəfn mərasimini planlaşdırır
Hillari Klinton artıq əri Bill Klintonun qarşıdan gələn anım mərasimini planlaşdırmağa başlayıb. -ın xarici mediaya isinadən məlumatına görə, ABŞ-ın keçmiş prezidenti avqustun 19-da 80 yaşını qeyd edib və mənbələr iddia edir ki, o, həmçinin 120 milyon dollar dəyərində vəsiyyətnaməsində dəyişiklik etməy
20 avqustDünyanın yarısının danışdığı beş dil
Dünyada milyardlarla insan müxtəlif dillərdə danışır, lakin bəzi dillər həm danışanların sayı, həm də qlobal təsir imkanlarına görə digərlərindən ciddi şəkildə fərqlənir. 2026-cı il üzrə təqdim edilən məlumatlara əsasən, ingilis, Çin, hindi, ispan və ərəb dilləri dünyanın ən geniş yayılan dilləri sırasınd
19 avqustGecə tez-tez oyanmağın əsas səbəbləri məlum oldu
Gecə tez-tez oyanmaq təkcə səs-küy və ya narahat yataqla bağlı olmaya bilər. Terapevt Maksim Qubkanın sözlərinə görə, bunun arxasında gizli sağlamlıq problemləri də dayana bilər. xəbər verir ki,həkim bildirib ki, gün ərzində kifayət qədər su içməmək və ya axşam həddindən artıq maye qəbul etmək yuxunu
9 avqust