Azərbaycan-Özbəkistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir
21 Avqust 2026-cı ildə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə-UzA-ya müsahibə verib.Müsahibədə Azərbaycan-Özbəkistan münasibətləri,siyasi,iqtisadi və humanitar əməkdaşlıq,eləcə də Qarabağda həyata keçirilən birhə layihələr barədə danışılıb.
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən siyasi şərhçi Sahil Kərimli müsahibənin siyasi əhəmiyyətinə diqqət çəkdi:
"Son illər Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və ölkələrimiz arasında bütün sahələri əhadə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. İlk növbədə onu da vurğulamalıyıq ki, həm Azərbaycan həm də Özbəkistan arasında qədim tarixə və qardaşlıq ən-ənənələrinə əsaslanan münasibətlər olmuşdur və bu münasibətlər son illərdə Azərbaycan prezidenti cənab İlham Əliyev və Özbəkistan prezidenti cənab Mirzoyev tərəfindən daha da dərinləşdirilibdir. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Orta Asiyada xüsusi çəkisi və mövqeyi olan ölkələrdir və bu iki qardaş ölkənin bir-birilə əlaqələrini dərinləşdirməsi əlbəttə ki bölgəmiz üçün də,həm də ölkələrimiz üçün də çox ciddi amillərdən biridir".
Politoloq hesab edir ki, Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq haqqında bəyənnamə,həmçinin müttəfiqlik münasibətləri haqqında bəyənnamənin imzalanması da münasibətlərimizi daha da dərinləşdirir və irəliyə aparır. O,eyni zamanda Ali Dövlətlərarası Şuranın yaradılmasının əhəmiyyətini xüsusi olaraq qeyd etdi:
"Bu arada 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması da xüsusi vurğulanmalıdır. Çünki bu şuranın yaradılması da əlbəttə ki münasibətlərimizi daha da inkişaf etdirir və istər iqtisadiyyat, istər siyasət, istər hərbi, istər mədəniyyət və humanitar sahələrində də ölkələrimiz arasında münasibətlər dərinləşir. Eyni zamanda qarşılıqlı sərmayələrin qoyulması, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, nəqliyyat kommunikasiya xəttlərinin genişləndirilməsi əlbəttə ki,münasibətlərə daha da töhfə verir və irəliyə aparır".
Sahil Kərimli neft-qaz sahəsində,enerji mübadiləsi sahəsində də qarşılıqlı münasibətlərin mövcudluğunu diqqətə çatdırdı. Analitik həmçinin vurğuladı ki, Azərbaycanın bölgədə yerləşdiyi strateji coğrafiya həm nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsinə, həm də digər əlaqələrin gücləndirilməsini gətirib çıxarır:
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistan dövlət agentliyinə verdiyi müsahibə zamanı biz bu münasibətlərin nə qədər önəmli olduğunu dolğun şəkildə həm Azərbaycanın, həm Özbəkistanın qarşılıqlı mövqelərini bir daha qətiyyətli formada prezidentimiz tərəfindən ifadə olunduğunu gördük. Azərbaycan prezidenti münasibətlərimizin bütün konturlarını və belə desək,gələcək yol xəritəsini bir daha ortaya qoymuş oldu və hesab edirəm ki,münasibətlərimiz gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəkdir. Burada biz xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətləri də vurğulamalıyıq. Həm Azərbaycan, həm Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindən biridir. Bu da əlbəttə ki, bizim münasibətlərimizi daha da inkişaf etdirir və mən hesab edirəm ki, gələcəkdə də bu münasibətlər sarsılmaz olacaqdır"
Lalə Məmmədova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dünyanın yarısının danışdığı beş dil
Azərbaycanda müəllim VƏFAT ETDİ
Pensiyalar bu qədər ARTACAQ - AÇIQLAMA
Qalmaqallı kollec direktoru işdən çıxarıldı
Bu tələbələrə əlavə TƏQAÜD veriləcək - Deputatdan AÇIQLAMA
İşdən çıxarıldı, ürəyi partlayıb öldü
Binasi belə olmayan universitet qəbul rekordu qırdı
Restoranda ətin tərkibində at DNT-si AŞKARLANDI: Hansı risklər var?
David Seliverstov Çingiz Qənizadənin yalanını ifşa etdi: "Ofisində görüşək, işçilərin kofe verər yarım saat söhbət edərik" - Video
Daha 34 ölkəyə vizasız gedə biləcəyik
İsmayıllıda ikiaylıq körpənin də öldüyü AĞIR QƏZADA yaralananların durumu açıqlandı - FOTO
Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
Məktəbli forması ilə bağlı SƏS YAZISI yayıldı: Təhsil İdarəsi açıqlama verdi
Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir