Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyir

Anxel Di Mariya Libertadores Kubokunda məğlubiyyətdən sonra karyerasını bitirmək istəyirArgentinanın "Rosario Sentral" klubunun hücumçusu Anxel Di Mariya Libertadores Kubokunun 1/8 final mərhələsinin "Korintians"a qarşı cavab oyunundakı (0:1) məğlubiyyətdən sonra karyerasını başa vurmaq istədiyini bəyan edib.

"Report" UOL-a istinadən xəbər verir ki, təcrübəli forvard ağır günlər yaşandığını, arzularının və davam etmək niyyətinin fərqli olduğunu, indi isə gələcəkdə nə edəcəyini anlamalı olduğunu vurğulayıb.

38 yaşlı futbolçu ötən ilin yayından çıxış etdiyi "Rosario Sentral" ilə müqavilənin müddətini bu yaxınlarda daha 1 il uzadıb. "Transfermarkt" portalına görə onun dəyəri 1 milyon 800 min avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, A. Di Mariya daha əvvəl Portuqaliyanın "Benfika", İtaliyanın "Yuventus", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Real" klublarının şərəfini qoruyub.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 205   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əsəbiləşib özünə xəsarət yetirən futbolçuya - AFFA-dan ağır cəza

Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Neftçi" oyununda birbaşa qırmızı vərəqə alan "Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub. Təcavüzka

20 avqust
.

Son döyüşü həyatının faciəsi oldu - Məğlubedilməz boksçu 11 il sonra vəfat etdi

Puerto-Rikolu keçmiş məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, O, 2015-ci ildə rinqdə aldığı ağır zərbələr nəticəsində beyin qanaması keçirdikdən sonra 11 il ərzində ciddi sağlamlıq problemləri ilə mübarizə aparıb. Kolonun ölümü boks dünyasında böyü

14 avqust
.

Mahir Emreli xorvat dilində müsahibə verdi - Video

Polşanın "Rakuv" klubunda çıxş edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli xorvat dilində müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün Konfrans Liqasının pley-off mərhələsinin ilk görüşündə "Riyeka" ilə 2:2-lik görüşdən sonra jurnalistlərə danışıb. 2022-24-c

21 avqust
.

19 yaşlı üzgüçüdən İNANILMAZ REKORD: Dünyanın ən yaxşı nəticəsini göstərdi

19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1 500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə yeni dünya rekordu müəyyənləşdirib. xəbər verir ki, Parisdə keçirilən Avropa çempionatının finalında o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edib. Əvvəlki rekord amerikalı Bobbi Finkə məxsus olub. O, Paris Olimpiadasınd

16 avqust
.

"Qarabağ"ın "Tvente" ilə matçlarının hakimləri açıqlandı

UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Tvente" matçlarının hakimləri bəlli olub. "Qafqazinfo" xəbər verir ki, Niderlandda keçiriləcək ilk qarşılaşmanı albaniyanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yucin Caya olacaq. Ona həmyerlilər

14 avqust
.

Ronaldo toy sonrası imicini DƏYİŞDİ

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo toyundan sonra görünüşündə dəyişiklik edib. xəbər verir ki, 41 yaşlı hücumçu saçlarını narıncı-qırmızı rəngə boyadıb. Futbolçu yeni imicini sosial media hesabında paylaşdığı görüntülərlə nümayiş etdirib. Qeyd edək ki, Ronaldonun model Corcina Rodrigeslə toy xəbər

14 avqust
.

"Roma" Rodriqu Moranı heyətinə qatdığını açıqlayıb

İtaliyanın "Roma" klubu Portuqaliyanın "Portu" komandasının hücumameyilli yarımmüdafiəçisi Rodriqu Moranı heyətinə qatıb. xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu komandada 86 nömrəli formanı geyinəcək. Qeyd edək ki, R.Mora "Portu"nu

19 avqust
.

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb. xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Engliş ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrə

15 avqust
.

Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb

Futbol üzrə Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqeslə rəsmi nikaha daxil olub. xəbər verir ki, cütlük toy mərasimindən bir gün əvvəl nikah müqaviləsi imzalayıb. Müqaviləyə əsasən, tərəflər nikahdan əvvəl sahib olduğu əmlakı özündə saxlayır

16 avqust