Yuxuda danışmaq nə deməkdir? - O halda həkimə gedin

Yuxuda danışmaq nə deməkdir? - O halda həkimə gedinYuxuda danışmaq əksər hallarda normal vəziyyət hesab olunur və psixi pozuntu əlaməti deyil.

Lent.az xəbər verir ki, psixiatr və narkoloq Ruslan İsayev yuxuda danışan insanın ayrı-ayrı sözlər, cümlələr söyləyə və hətta qısa dialoqlar qura biləcəyini bildirib.

Mütəxəssisin sözlərinə görə, insan bunu şüurlu şəkildə etmir və oyandıqdan sonra baş verənləri adətən xatırlamır.

Bununla belə, yuxuda danışmaq qəfil başlayıbsa, epizodlar tezləşibsə və ya qışqırıq, güclü qorxu, kəskin hərəkətlər, yataqdan qalxmağa cəhd kimi hallarla müşayiət olunursa, həkimə müraciət etmək tövsiyə edilir.

Belə əlamətlər bəzi yuxu pozuntuları, yuxu zamanı tənəffüs problemləri və daha nadir hallarda gecə epileptik tutmaları ilə əlaqəli ola bilər.

Gündüz saatlarında həddindən artıq yuxululuq, xroniki yorğunluq və ya yuxunun ciddi şəkildə pozulması da mütəxəssisə müraciət etmək üçün səbəb hesab olunur. Zərurət yaranarsa, həkim yuxunun xüsusi üsulla müayinəsi - polisomnoqrafiya təyin edə bilər.

Həkim bildirib ki, əlavə narahatedici simptomlar olmadan yalnız yuxuda danışmaq adətən müalicə və əlavə müayinə tələb etmir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 180   Tarix: 23 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı

Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür

16 avqust
.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündən daha əhəmiyyətli ola bilər. xarici mediaya istinadən xəbər verir ki, tədqiqa

19 avqust
.

Binasi belə olmayan universitet qəbul rekordu qırdı

Türkiyənin Bitlis Eren Universitetinin bu il ilk dəfə tələbə qəbul edən Tibb fakültəsi YKS imtahanının 2026-cı il yerləşdirmə nəticələrində böyük uğura imza atıb. Hələ öz binası belə olmayan fakültə 515,764 baza balı və 9 min 552-ci uğur sırası ilə tələbə qəbul edərək bölgənin köklü universitetlərin

21 avqust
.

"Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olar

Telefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir. xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomati

23 avqust
.

Psixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb

Xorultu cütlüklərdə xroniki stresə və münasibətlərdə problemlərə səbəb ola bilər. xəbər verir ki, psixoterapevt İrina Kraşkina -ya açıqlamasında belə deyib. O, problemin əsas səbəbinin xorultunun səsi deyil, partnyorun mütəmadi olaraq yuxusuz qalması olduğunu bildirib. Onun sözlərinə görə, tez-tez oyanma

18 avqust
.

Evliliyi möhkəmləndirən üsul

Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy

20 avqust
.

Zibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərinin kiloqram

23 avqust
.

Hindistanda müəmmalı hadisə: Altı qızın davranışı 600 şagirdi təşvişə saldı - "İçlərinə cin girib"

Hindistanda təxminən 600 şagird "cintutma" şayiələrindən sonra təşviş içində yataqxananı tərk edib. bildirir ki, bu barədə "NDTV" telekanalı məlumat verib. Məmurların məlumatına görə, insident Maharaştra ştatının Doma kəndində, 810 oğlan və qızın yaşadığı, qəbilə uşaqları üçün nəzərd

20 avqust
.

Xiyarları soyuducuda belə saxlayın - 1 həftə keçsə də, təzə qalacaq

Xiyar soyuducuda saxlanılsa belə, qısa müddətdə yumşala, büzüşə və xarab olmağa başlaya bilər. Mütəxəssislər bildirirlər ki, tərəvəzin daha uzun müddət təzə və xırtıldayan qalması üçün onu həddindən artıq nəmdən, çox aşağı temperaturdan və bəzi meyvələrdən qorumaq lazımdır. xəbər verir ki, xiyarlar

23 avqust