Zibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR
Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir.
Sonxeber.az musavat.com-a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır.
Bəzi növlərinin kiloqramı dünya bazarında minlərlə avroya satılır. Xüsusilə nadir ağ trüfel dünya bazarında ən bahalı göbələk növlərindən hesab olunur. Onun kiloqramı minlərlə dollara çata bilir.
Fransa, İtaliya və İspaniyada trüfel göbələyi uzun illərdir yüksək qiymətləndirilir və lüks restoranların menyularında xüsusi yer tutur.
Trüfel göbələyinə Türkiyənin bəzi bölgələrində də rast gəlmək mümkündür. Xüsusilə Aralıq dənizi iqliminin hakim olduğu ərazilər onun inkişafı üçün əlverişli hesab olunur. Türkiyədə trüfel göbələyi 20-40 qramlıq qablaşdırmalarda satışa çıxarılır. Bu cür məhsulların qiyməti növünə və keyfiyyətinə görə dəyişir və bəzi hallarda kiloqramı on minlərlə lirəyə çata bilir.
Torpaqdan çıxarılan trüfel adətən su ilə yuyulmur. Torpaq qalıqları yumşaq fırça ilə təmizlənir. Ətrini və keyfiyyətini mümkün qədər uzun müddət qorumaq üçün uyğun şəraitdə, adətən soyuducuda saxlanılır.
Trüfel göbələyi tərkibində müxtəlif qida maddələrinin olması ilə də diqqət çəkir. Onun vitamin, mineral və zülal tərkibinə malik olduğu bildirilir.
Trüfel xarici görünüşünə görə bəzi insanlar tərəfindən adi və dəyərsiz bir göbələk kimi qəbul edilə bilər. Lakin düzgün növ müəyyən edildikdə və məhsul lazımi şəraitdə bazara çıxarıldıqda yüksək iqtisadi dəyərə malik ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 43 Tarix: 23 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də inşa edilən təyyarədaşıyan gəmi Trampın şərəfinə adlandırıla bilər
ABŞ-də inşa edilən və İkinci Dünya müharibəsi qəhrəmanı Doris Millerin şərəfinə adlandırılması planlaşdırılan "USS Doris Miller" təyyarədaşıyan gəmisinin adının dəyişdirilməsi ehtimalı nəzərdən keçirilir. Yeni ad olaraq ABŞ Prezidenti Donald Trampın adı təklif oluna bilər. -ın xəbərinə görə
21 avqustTəyyarə bələdçiləri və pilotlarla bağlı narahatedici ARAŞDIRMA
Çoxsaylı peşə nümayəndələri arasında ionlaşdırıcı şüalanmanın təsiri ilə əlaqəli xərçəngdən ən yüksək ölüm riski təyyarə bələdçilərində müşahidə olunur. Siyahıda ikinci yerdə pilotlar qərarlaşıblar. Harvard Tibb Məktəbinin alimləri bu qənaətə gəliblər. xəbər verir ki, tədqiqatın nəticələri "JAM
19 avqustYeni orqan kəşf edildi
Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələr nüfuzlu Nature jurnalında dərc olunub. Məlum olub ki, kəllə sümüyünün sümük iliy
22 avqustPsixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb
Xorultu cütlüklərdə xroniki stresə və münasibətlərdə problemlərə səbəb ola bilər. xəbər verir ki, psixoterapevt İrina Kraşkina -ya açıqlamasında belə deyib. O, problemin əsas səbəbinin xorultunun səsi deyil, partnyorun mütəmadi olaraq yuxusuz qalması olduğunu bildirib. Onun sözlərinə görə, tez-tez oyanma
18 avqustQuşlar isti ölkələrin istiqamətini haradan bilirlər?
Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə
20 avqust"iPhone 18 Pro Max"ın kamerası yenilənir - Böyük ölçüdə olacaq
Gələn ay təqdimatı planlaşdırılan "iPhone 18 Pro Max"ın daha yaxşı kamera sisteminə malik olacağı bildirilir. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "dəyişkən diafraqma" sistemi yalnız "Pro max" üçün nəzərdə tutulacaq. Belə ki, "18 Pro Max"ı
19 avqustYağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq
Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər. "Qafqazinfo" xəbər verir ki, "Nature Geoscience" jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasın
20 avqustÇox danışmaq nəyə faydalıdır? - Alimlərdən maraqlı ARAŞDIRMA
Alimlər müəyyən ediblər ki, aktiv ünsiyyət beynin daha sağlam qocalması ilə əlaqəlidir. Ətrafdakılarla daha çox ünsiyyətdə olan yaşlı insanlarda koqnitiv funksiyaların zəifləməsi daha yavaş baş verir. xəbər verir ki, bu barədə araşdırma "Alzheimer's & Dementia" jurnalında dərc olunub
18 avqust