Həkim stresdən sonra "oyanan" virusları sadaladı

Həkim stresdən sonra "oyanan" virusları sadaladıGüclü və uzunmüddətli stres herpes və zona xəstəliyinin (kəmərləyici dəmrov) kəskinləşməsinə səbəb ola bilər. Bu viruslar orqanizmə daxil olduqdan sonra tamamilə yox olmur, passiv vəziyyətə keçərək sinir düyünlərində qalırlar.

Oxu.Az Gazeta.Ru-ya istinadən xəbər verir ki, bunu "Meditsina" klinikasının həkim-psixoterapevti, tibb elmləri namizədi İrina Kraşkina bildirib.

Həkimin sözlərinə görə, söhbət I və II tip herpes simplex viruslarından, həmçinin suçiçəyi virusundan gedir. İlkin infeksiyadan sonra viruslar illərlə orqanizmdə heç bir əlamət yaratmadan qala bilər. Müəyyən şəraitdə isə aktivləşərək sinir lifləri boyunca dəriyə yayılır və səpgilərə səbəb olur.

Stres də virusun yenidən aktivləşməsinə səbəb olan amillərdən biri ola bilər. Güclü gərginlik zamanı beyin, hipofiz və böyrəküstü vəziləri birləşdirən sistem aktivləşir və kortizolun səviyyəsi artır. Bu hormon orqanizmin stresə uyğunlaşması üçün vacibdir. Lakin xroniki stres zamanı kortizol virus infeksiyalarına nəzarət edən T-limfositlərin və NK hüceyrələrinin fəaliyyətini zəiflədə bilər.

Nəticədə immun sistem virusu passiv vəziyyətdə saxlamaqda daha çox çətinlik çəkir. Stres siqnalları virus DNT-sinin aktivliyini tənzimləyən proseslərə də təsir göstərə bilər. Bununla belə, insanlarda bu mexanizmlər hələ tam araşdırılmayıb.

Mütəxəssis qeyd edib ki, stresdən əlavə, herpes viruslarının kəskinləşməsinə immunitetin zəifləməsi, kortikosteroidlərin qəbulu, kimyaterapiya, HİV, onkoloji xəstəliklər, hipotermiya, ultrabənövşəyi şüalanma, yuxusuzluq, xroniki yorğunluq, bəzi vitaminlərin çatışmazlığı, menstruasiya, hamiləlik və 50 yaşdan yuxarı olmaq da təsir göstərə bilər.

Residivlərin qarşısını almaq üçün həkim yuxu rejimini normallaşdırmağı, müntəzəm orta səviyyəli fiziki fəaliyyətlə məşğul olmağı, SPF tərkibli kremlərdən istifadə etməyi və stresin idarə olunması üsullarından yararlanmağı tövsiyə edir. Herpes tez-tez təkrarlanırsa, həkim profilaktik antiviral müalicə təyin edə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 228   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zibil deyib atmayın, kilosu SƏRVƏT DƏYƏRİNDƏDİR

Trüfel göbələyi dünyada lüks restoranların böyük maraq göstərdiyi ən qiymətli qida məhsullarından biridir. -a istinadən bildirir ki, torpağın bir neçə santimetr dərinliyində yetişən və xüsusi təlim keçmiş itlərin köməyi ilə axtarılan bu göbələk "qara almaz" adıyla tanınır. Bəzi növlərinin kiloqram

23 avqust
.

153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı

"Batik Air" aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib. xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtəd

24 avqust
.

Limonu dondurucuda saxlamaq faydalıdırmı? - Çoxlarının bilmədiyi üsul

Limon vitamin C, müxtəlif antioksidantlar və bitki mənşəli faydalı maddələrlə zəngin sitrus meyvələrindən biridir. Son zamanlar sosial şəbəkələrdə limonu donduraraq istifadə etmək onun faydasını artırdığı barədə məlumat yayılır. xarici mediaya əlavə xəbər verir ki, limonu bütöv halda dondurmaq onun qabığ

23 avqust
.

Uşağın dərs nəticələrinə təsir edən gözlənilməz amillər açıqlanıb

Mənzildəki arxa fon səs-küyü, zəif işıqlandırma və dərs oxumaq üçün şəxsi məkanın olmaması məktəblinin diqqətini cəmləməsinə mane ola və onun təhsil nəticələrinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu "Level Group" şirkətinin perspektivli layihələr üzrə direktoru Artyom Oxmat -ya müsahibəsind

24 avqust
.

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Harvard Tibb Məktəbinin alimləri məşhur sənətçilərin musiqi albomlarının işıq üzü görməsi ilə ABŞ yollarında baş verən yol-nəqliyyat hadisələrinin sayının artması arasında qanunauyğunluq aşkar ediblər. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Times" qəzeti məlumat yayıb. "Hadisələr

19 avqust
.

Həkim stresdən sonra "oyanan" virusları sadaladı

Güclü və uzunmüddətli stres herpes və zona xəstəliyinin (kəmərləyici dəmrov) kəskinləşməsinə səbəb ola bilər. Bu viruslar orqanizmə daxil olduqdan sonra tamamilə yox olmur, passiv vəziyyətə keçərək sinir düyünlərində qalırlar. -ya istinadən xəbər verir ki, bunu "Meditsina" klinikasının həkim-psixoterapevti

24 avqust
.

"Mikrob yuvası" olan qab süngəri - Sirkəli suda saxlayın

Mətbəxdə istifadə edilən qab süngəri hər gün yemək qalıqları, yağ və nəmlə təmasda olur. Buna görə də qısa müddətdə çirklənə, xoşagəlməz qoxu verə və mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, süngəri təmizləməyin sadə üsullarından bir

23 avqust
.

Quşlar isti ölkələrin istiqamətini haradan bilirlər?

Quşların hər payız minlərlə kilometr məsafə qət edərək isti ölkələrə uçması təbiətin ən maraqlı hadisələrindən biridir. Onlar nə kompasdan, nə xəritədən, nə də naviqasiyadan istifadə edir, buna baxmayaraq çox vaxt eyni marşrutla gedib geri qayıda bilirlər. xarici mediaya istinadən xəbər verir ki, alimlə

20 avqust
.

Uzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf

Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər. xəbər verir ki, elmi işin nəticələri "Cell Press"

21 avqust