Zədələnmiş pulu harada dəyişmək olar?
Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur.
Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?
"Qafqazinfo" xəbər verir ki, qanunvericiliyə görə, aşağıdakı əlamətlərdən hər hansı biri olan kağız milli pul nişanı tədavülə yararsız hesab olunur:
- Üzərində istənilən ölçüdə kəsik, çatışmayan hissə, vizual olaraq gözə çarpan yazı və ya ləkə;
- Vizual olaraq gözə çarpan dərəcədə çirklənmiş, rəngini, parlaqlığını və şaxlığını itirmiş;
- Yapışqan lentlə, eləcə də digər yapışdırıcı vasitələrlə birləşdirilmiş.
Milli valyutada olan əsginaslar dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir.
"Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları"ına görə, milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Saxta olmayan, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrəsindən ən azı birini tam saxlamış kağız pul nişanlarının nominal dəyəri ödənilir. Həmçinin eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki hər iki seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyəri də təmin olunur.
Dəyişdirilmək üçün banka təqdim olunan milli pul nişanının səthini müəyyən etmək mümkün olmadıqda və ya səthinin 60 faizini saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olmasını müəyyən etmək mümkün olmadıqda təqdim edən şəxsin razılığı ilə pul nişanı bank tərəfindən ekspertiza üçün Mərkəzi Banka təqdim olunur. Ekspertiza nəticəsində müəyyən edilmiş saxta, habelə nominal dəyəri ödənilməyən milli pul nişanları geri qaytarılmır və pulun nominal dəyəri ödənilmir. Saxta pulu təqdim edən hüquqi və fiziki şəxs barədə məlumatlar qanunvericiliyə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilir.
Mərkəzi Bank və operator banklar tərəfindən milli pul nişanlarının dəyişdirilməsi ödənişsiz əsasda aparılır. Bununla belə, qanunvericilikdə bankların pul nişanının dəyişdirilməsi zamanı öz tarif siyasətinə uyğun olaraq bu əməliyyatları ödənişli həyata keçirmələri də istisna edilməyib.
Xarici valyutada olan pul nişanları isə Mərkəzi Bank tərəfindən dəyişdirilmir. Proses bankların daxili qaydalarına uyğun olaraq, o cümlədən ödənişli həyata keçirilə bilər. Hazırda bir sıra yerli banklar zədələnmiş ABŞ dollarının, avronun, İngiltərə funt sterlinqinin, hətta İsveçrə frankının ödənişli olaraq dəyişdirilməsi, qəbulu və ya əvəzinin ödənilməsi xidməti təklif edir.
Həmçinin xarici valyutada pul nişanının ekspertizasının banklar tərəfindən daxili qaydalara uyğun olaraq həyata keçirilməsi mümkündür. Bank xarici valyutada pul nişanının həqiqiliyini müəyyən edə bilmədikdə həmin pul nişanını Mərkəzi Banka və ya onu buraxan banka ekspertizaya təqdim edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
Güzəştli ipoteka kreditlərindən kimlər yararlana bilər? - AÇIQLAMA
Ən yaşlı və ən gənc tələbə onlar oldu
İran müqavilədən sonra müharibə vəziyyəti elan etdi
Alonso "Real"dan bu futbolçuya görə ayrılıbmış
"Polat Alemdar" oğulları ilə - Fotolar
Prezident İlham Əliyevdən "Sabah" futbol klubu ilə bağlı SƏRƏNCAM
Firad Əliyevin oğlu da tələbə adını qazandı - FOTO
İşini itirən vətəndaş kredit borcunu dondura bilər? - AÇIQLAMA
Dubay polisi niyə "Ferrari" və "Lamborghini" sürür? - Məsələ sürətdə deyil
Mehriban Əliyeva qızı ilə açılışda - Fotolar
Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
Bu qrupda 600-dən çox bal toplayan 30 nəfər qəbul ola bilmədi
Leyla Əliyevadan ailə FOTOSU
Sabah hava necə olacaq?