Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran maddənin adı açıqlandı
Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir.
Oxu.Az xəbər verir ki, tibb elmləri namizədi, həkim Tatyana Molostova bu barədə "Sputnik" radiosuna müsahibəsində danışıb.
"Məzuniyyət dövründə kəhrəba turşusunun əsas funksiyası orqanizmin enerji balansını qorumaqdır", - deyə mütəxəssis vurğulayıb.
Onun sözlərinə görə, sözügedən maddə beyin və əzələlərin oksigendən daha səmərəli istifadə etməsinə, eləcə də fiziki aktivlikdən sonra daha sürətli bərpa olunmağa kömək edə bilər. Bundan əlavə, onun diqqətin cəmləşməsinə müsbət təsir göstərə və qida və spirtli içkilərdən həddindən artıq istifadə edildikdən sonra orqanizmin toparlanmasına dəstək ola biləcəyi qeyd edilir.
Bununla belə, kəhrəba turşusunun istifadəsi ilə bağlı bəzi əks-göstərişlər də var. Mədə xorası və qastritin kəskinləşməsi, böyrək daşı xəstəliyi, qlaukoma və kəskin hipertoniya zamanı bu vasitədən istifadə tövsiyə olunmur.
Həkim xəbərdarlıq edib ki, hamilə və südverən qadınlar kəhrəba turşusu tərkibli vasitələrdən istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 186 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Mikrob yuvası" olan qab süngəri - Sirkəli suda saxlayın
Mətbəxdə istifadə edilən qab süngəri hər gün yemək qalıqları, yağ və nəmlə təmasda olur. Buna görə də qısa müddətdə çirklənə, xoşagəlməz qoxu verə və mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, süngəri təmizləməyin sadə üsullarından bir
23 avqustYetkin insanın emosional cəhətdən yetişmədiyini göstərən 7 ifadə
Emosional yetişməzlik yalnız davranışlarda deyil, insanın mübahisə və fikir ayrılığı zamanı işlətdiyi ifadələrdə də özünü göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə məsuliyyətdən yayınmaq, başqalarını günahlandırmaq və qarşı tərəfin hisslərini nəzərə almamaq bu xüsusiyyətin əlamətlərindən ol
24 avqustBinasi belə olmayan universitet qəbul rekordu qırdı
Türkiyənin Bitlis Eren Universitetinin bu il ilk dəfə tələbə qəbul edən Tibb fakültəsi YKS imtahanının 2026-cı il yerləşdirmə nəticələrində böyük uğura imza atıb. Hələ öz binası belə olmayan fakültə 515,764 baza balı və 9 min 552-ci uğur sırası ilə tələbə qəbul edərək bölgənin köklü universitetlərin
21 avqustMəzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran maddənin adı açıqlandı
Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir. xəbər verir ki, tibb elmlər
25 avqustHər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB
Bəzi insanlar bananı həddindən artıq yeməkdən çəkinməlidirlər. xəbər verir ki, diyetoloq Malina Malkani bu barədə "Parade" nəşrinə müsahibəsində danışıb. O, hansı insanların banan qəbul edərkən daha diqqətli olmalarının vacibliyini açıqlayıb. Malina Malkaninin sözlərinə görə, terminal mərhələd
25 avqustDondurucudakı buzu bir neçə dəqiqəyə necə əritmək olar?
Əgər dondurucu kamera "No Frost" sistemi ilə təchiz edilməyibsə, onun divarlarında zaman keçdikcə buz təbəqəsi yaranır. Dondurucunun buzunu əritmək isə uzun və əziyyətli iş olduğuna görə bir çox insan bunu mümkün qədər təxirə salır. xarici mediaya istinadən xəbər verir ki, adi alüminium folqada
23 avqustAvstraliyada ilk dəfə suiti quş qripinə yoluxdu
Avstraliyanın materik hissəsində ilk dəfə məməli heyvanda H5 quş qripinə yoluxma faktı qeydə alınıb. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, yoluxmuş suiti cəsədi avqustun 19-da Cənubi Avstraliya ştatının paytaxtı Adelaidadan təxminən 300 kilometr məsafədə yerləşən Biçport şəhərind
24 avqustEvliliyi möhkəmləndirən üsul
Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy
20 avqust