Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB
Bəzi insanlar bananı həddindən artıq yeməkdən çəkinməlidirlər.
Oxu.Az xəbər verir ki, diyetoloq Malina Malkani bu barədə "Parade" nəşrinə müsahibəsində danışıb.
O, hansı insanların banan qəbul edərkən daha diqqətli olmalarının vacibliyini açıqlayıb.
Malina Malkaninin sözlərinə görə, terminal mərhələdə böyrək çatışmazlığı olan insanlar bananı həddindən artıq yeməməlidirlər. Bunun əsas səbəbi meyvənin tərkibində yüksək miqdarda kaliumun olmasıdır.
Diyabeti olan insanlar da banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki bananın tərkibində təbii şəkərlər mövcuddur və onun miqdarı bananın yetişmə dərəcəsindən asılı olaraq dəyişə bilər.
Diyetoloq qıcıqlanmış bağırsaq sindromu olan insanlara isə yetişmiş banan əvəzinə daha yaşıl, tam yetişməmiş banan seçməyi məsləhət görüb.
Mütəxəssis, bu xəstəlikləri olmayan insanlar üçün gündə bir banan yeməyin, ümumiyyətlə, təhlükəsiz olduğunu bildirib. Bununla yanaşı, o, qida rasionunun müxtəlif olmasının vacibliyini də vurğulayıb.
"Bağırsaqdakı faydalı bakteriyaların fəaliyyəti üçün müxtəlif mənbələrdən lif qəbul etmək lazımdır. Hər gün eyni qidaları, hətta sağlamlıq üçün faydalı olan banan kimi məhsulları belə, qəbul etmək qida rasionunun kifayət qədər müxtəlif olmamasına və bəzi qida maddələrinin çatışmazlığına səbəb ola bilər", - deyə diyetoloq xəbərdarlıq edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 209 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran maddənin adı açıqlandı
Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir. xəbər verir ki, tibb elmlər
25 avqustŞimal dənizində 90 ildən sonra ilk dəfə nəhəng tunes balığı tutuldu
Şimal dənizində təxminən 90 ildən sonra ilk dəfə adi tunes balığı ovlanıb. xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Böyük Britaniyanın Şimali Yorkşir qraflığındakı Uilbi balıqçı limanı yaxınlığında "Dominator" gəmisinin heyəti çəkisi 338 kiloqram olan tunes tutub
21 avqustXiyarları soyuducuda belə saxlayın - 1 həftə keçsə də, təzə qalacaq
Xiyar soyuducuda saxlanılsa belə, qısa müddətdə yumşala, büzüşə və xarab olmağa başlaya bilər. Mütəxəssislər bildirirlər ki, tərəvəzin daha uzun müddət təzə və xırtıldayan qalması üçün onu həddindən artıq nəmdən, çox aşağı temperaturdan və bəzi meyvələrdən qorumaq lazımdır. xəbər verir ki, xiyarlar
23 avqustMəsciddən ayaqqabı oğurladı, imamlar intiqam aldı
Türkiyənin Manisa şəhərinin Şehzadeler rayonunda məsciddən ayaqqabı oğurlamaqda şübhəli bilinən şəxs imamların birgə izləməsi nəticəsində saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 20-də səhər namazı zamanı baş verib. Əlində çamadanla məscidə daxil olan şəxs imam və camaat nama
21 avqustYetkin insanın emosional cəhətdən yetişmədiyini göstərən 7 ifadə
Emosional yetişməzlik yalnız davranışlarda deyil, insanın mübahisə və fikir ayrılığı zamanı işlətdiyi ifadələrdə də özünü göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə məsuliyyətdən yayınmaq, başqalarını günahlandırmaq və qarşı tərəfin hisslərini nəzərə almamaq bu xüsusiyyətin əlamətlərindən ol
24 avqustBu peşə sahiblərində xərçəngdən ölüm riski yüksəkdir
Harvard Universitetinin alimləri təyyarə heyətinin üzvlərində bəzi xərçəng növlərindən ölüm hallarının digər peşə sahibləri ilə müqayisədə daha çox olduğunu müəyyən ediblər. "Fox News Digital"a istinadən xəbər verir ki, tədqiqatçılar ABŞ-də 500-dən çox peşə üzrə məlumatları müqayisə ediblər
24 avqustNetworking Azerbaijan ilə biznesdə yeni dövr başlayır
Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda biznes əlaqələrinin qurulmasına yeni yanaşma gətirən "THE NET LOUNGE" layihəs
25 avqust