Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub.
Sonxeber.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır.
Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,911 milyon manat (29,95 % çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 14,667 milyon manat (4 dəfə çox), dəyərsizləşmə zərəri 166 min manat (əvvəlki il gəlir olub), investisiya mülkiyyəti üzrə ədalətli dəyər gəlirləri 3,865 milyon manat (əvvəlki il zərər olub), xarici valyuta mövqeyinin qiymətləndirilməsi üzrə gəlirləri 629 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 19,18 milyon manat (31,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun aktivləri 1 milyard 739,869 milyon manat olub ki, bu da illik müqayisədə 7,55 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,95 % artaraq 8,371 milyon manata, balans kapitalı isə 7,5 % artaraq 1 milyard 731,498 milyon manata çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstandan Azərbaycana diri mal-qara ixracı 4,1 milyon dolları ötüb
Gürcüstandan Azərbaycana diri mal-qara ixracının həcmi 2026-cı ilin ilk yarısında 4 milyon dolları ötüb. Bu barədə "Report"un yerli bürosu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına istinadən xəbər verir. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkədən ümumilikdə 25,746 milyon dolla
16 avqustAzərbaycanın sığorta bazarı 7 %-dən çox böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişləri
25 avqust"Cənub Qaz Dəhlizi"nin aktivləri 8 %-dən çox artıb
"Cənub Qaz Dəhlizi" QSC (SGC) 2025-ci ili 1 milyard 630,854 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 4,7 % azdır. Ötən il SGC-nin əməliyyat gəlirləri 2 milyard 986,204 milyon ABŞ dolları (əvvəlk
13 avqustTəbii qazın qiyməti bahalaşdı
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti artıb. xəbər verir ki, 2026-cı ilin sentyabrında çatdırılma şərti ilə təbii qaz üzrə fyuçerslərin qiyməti 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 0,83% artaraq 2,66 ABŞ dollarına çatıb
8 avqustAzərbaycan Suriya və Kolumbiyadan limon və laym idxalını bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 9,6 milyon ABŞ dolları dəyərində 10 min 542 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində
25 avqustQarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub. Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır. Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,91
25 avqustAzərbaycan Rusiyaya qarpız satışından qazancını 3 dəfəyə yaxın artırıb
Bu ilin I yarısında Azərbaycan 4,75 milyon ABŞ dolları dəyərində 8 090 ton qarpız ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq - 59 % çoxdur. Hesabat dövründ
17 avqustSahibkarlara ŞAD XƏBƏR: Bu xərclərdən azad olunacaqsınız
Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlətin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Bu çərçivədə Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə gömrük rəsmiləşdirilməsi xərclərini
4 avqustAzərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb
Bu ilin I yarısında Azərbaycan 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq - 14 % azdır. Hesaba
18 avqust