Ələkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi
Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub.
Gənc futbolçunun İspaniyada çıxış etməsi onun üçün həm böyük təcrübə, həm də peşəkar inkişaf baxımından mühüm fürsətdir. Zeyd yeni klubunda 18 yaşlılar arasında mübarizə aparacaq və "1" nömrəli forma ilə meydana çıxacaq.
Daha yuxarı yaş qrupunda çıxış etmək Zeydin futbol bacarıqlarını inkişaf etdirməsi, yüksək səviyyəli rəqabət mühitində təcrübə qazanması və gələcək karyerasına mühüm töhfələr verməsi baxımından əhəmiyyətlidir. İspaniya futbol məktəbinin texniki hazırlığa, taktiki düşüncəyə və oyun intizamına xüsusi önəm verməsi gənc futbolçunun inkişafı üçün əlavə imkanlar yarada bilər.
Ələkbərli Zeydin İspaniya klubuna keçidi eyni zamanda Azərbaycan futbolunda yetişən gənc istedadların beynəlxalq arenada özlərini göstərməsi baxımından da sevindirici hadisədir. Qarşıdakı dövrdə onun "Deportivo Peñas"ın heyətində göstərəcəyi çıxışlar böyük maraqla izləniləcək.
Zeyd Ələkbərliyə yeni klubunda uğurlar, sağlamlıq və bol qələbələr arzulayırıq. İnanırıq ki, gənc futbolçu qarşısına qoyduğu məqsədlərə çatmaq üçün əzmlə çalışacaq və gələcəkdə Azərbaycan futbolunu layiqincə təmsil edəcək.
Uğurlar, Zeyd! Yeni klubunda yolun açıq, karyeran parlaq olsun!




Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 155 Tarix: 25 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu
Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb. xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel Engliş ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrə
15 avqustAvropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Almaniyanın Heydelberq şəhərində keçirilən Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirib. Bu barədə -a MPK-dan məlumat verilib. Qurumda baş tutan görüşdə yarışda iştirak edən və ümumilikdə 1 qızıl və 3 bürünc medal qazanan paracüdoçula
20 avqustKonfransa Liqası: "Qarabağ" Niderlandda "Tvente"yə qalib gəldi
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub. Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşı
21 avqust"Sabah"ın oyununa 15 min bilet satıldı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) oyununa 15 00 bilet satılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib. Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublik
21 avqustƏləkbərli Zeyd İspaniyanın "Deportivo Peñas" klubuna keçdi
Azərbaycan futbolunun gənc istedadlarından olan, "Qarabağ" futbol klubunun U-16 komandasının əsas qapıçısı olan Ələkbərli Zeyd karyerasında mühüm mərhələyə qədəm qoyub. 2011-ci il təvəllüdlü futbolçu rəsmən İspaniyanın "Deportivo Peñas" klubunun heyətinə qoşulub. Gənc futbolçunu
25 avqust"Çelsi"nin futbolçusu "Strasburq"a transfer olunub
İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Omari Kelliman Fransanın "Strasburq" komandasına keçib. "Report" London təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumameyilli oyunçu Liqa 1 təmsilçisi ilə müqavilə imzalayıb. 2024-cü ilin yayında "Asto
25 avqustQurban Qurbanovun konfransı Bakıda olacaq
"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşacaq. "Qafqazinfo" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq. Qarşılaşmadan bir gü
18 avqust