Qızılın qiyməti BAHALAŞIR: Bunlara diqqət etmək lazımdır

Qızılın qiyməti BAHALAŞIR: Bunlara diqqət etmək lazımdırQızılın dünya bazarında yüksək səviyyədə qalması və son günlər qiymətin yenidən artması vətəndaşların bu metala marağını artırır. Hazırda qızılın qiymətinə geosiyasi risklər, inflyasiya gözləntiləri, faiz dərəcələri və investor tələbi kimi amillər təsir edir.

Bəs, vətəndaşlar qızıl alarkən əyar, alış-satış fərqi və məhsulun sənədləri baxımından nələrə diqqət etməlidirlər, hazırkı yüksək qiymətlər qızılı investisiya üçün nə dərəcədə cəlbedici edir və qiymətin sonradan enməsi hansı riskləri yarada bilər?
Qızılın qiyməti BAHALAŞIR: Bunlara diqqət etmək lazımdırMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bütün investisiyalar üçün risk xarakterikdir. Qızıl nisbətən az riskli investisiya hesab oluna bilər, amma onun da riski var.

"Heç kim deyə bilməz ki, qızılın qiyməti davamlı və hər gün artacaq. Qiymət düşə də bilər. Məsələn, ilin əvvəlindən müəyyən eniş müşahidə olunurdu, son iki-üç həftədə isə artım qeydə alınıb. Qızıla investisiya edən şəxs nəzərə almalıdır ki, qoyduğu vəsait ona faiz və ya dividend gətirməyəcək. Burada qazanc yalnız qızılın qiymətinin artmasından əldə oluna bilər. Həmçinin heç kim qızılı ən ucuz vaxtda alıb, ən baha vaxtda sata bilmir. Bu nöqtələri dəqiq müəyyənləşdirmək mümkün deyil".

Ekspert bildirib ki, ona görə də müəyyən mənada trendi izləmək lazımdır:

"Vətəndaş yığımlarının yalnız bir hissəsini qızıla investisiya edə bilər. Əsas dolanışıq vəsaitini qızıla yatırmaq düzgün yanaşma deyil. Çünki sabah hər hansı öhdəliyi yerinə yetirmək üçün həmin qızılı daha aşağı qiymətə satmaq məcburiyyətində qala bilər. Digər məsələ qızılın hansı formada alınmasıdır. Əgər vətəndaş qızılı investisiya və yığım vasitəsi kimi nəzərdən keçirirsə, zərgərlik məhsullarına deyil, külçə və ya sikkə formasında qızıla, yaxud qızılın qiymətini izləyən qiymətli kağızlara üstünlük verməlidir".

O, vurğulayıb ki, zərgərlik məmulatları yığım vasitəsi hesab olunmur:

"Çünki onların qiymətinə həm hazırlanma xərcləri, həm də digər amillər təsir edir. Bundan əlavə, zərgərlik məmulatını satarkən vətəndaş onu aldığı qiymətə sata bilməyə bilər. Bu baxımdan qızılı investisiya məqsədilə alan şəxslər külçə, sikkə formasında qızıla və ya qızılın qiymətini izləyən qiymətli kağızlara üstünlük verə bilərlər. Amma burada da əsas məqam nəzərə alınmalıdır: investisiyanın hər bir növündə olduğu kimi, qızıla yatırılan vəsaitdə də həm qazanc, həm də itki riski var".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 203   Tarix: 26 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən çox ət, süd və yumurta istehsal edən rayonlar

Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı üzrə rayonların göstəriciləri açıqlanıb. xəbər verir ki, bu barədə -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, ət (diri çəkidə) istehsalında Siyəzən, süd istehsalında isə Ağcabədi həm 2025-ci ildə, həm d

14 avqust
.

Gürcüstandan Azərbaycana diri mal-qara ixracı 4,1 milyon dolları ötüb

Gürcüstandan Azərbaycana diri mal-qara ixracının həcmi 2026-cı ilin ilk yarısında 4 milyon dolları ötüb. Bu barədə "Report"un yerli bürosu Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına istinadən xəbər verir. Belə ki, cari ilin yanvar-iyun aylarında ölkədən ümumilikdə 25,746 milyon dolla

16 avqust
.

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rumıniyaya 821 min 311,3 ton xam neft ixrac edib. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 522 milyon 201,2 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 19,7 %, dəyər

19 avqust
.

Neft qiymətlərinin artımı davam edir

Avqustun 12-də səhər neft qiymətləri ABŞ və İran arasında sülh müqaviləsinin tezliklə bağlanacağına dair ehtimallardan qaynaqlanaraq ötən gün yüksəldikdən sonra orta səviyyədə artmağa davam edir. Bu barədə "İnterfaks" nəşrinə istinadən xəbər verir. Məlumata görə, Londonun "ICE Futures"

12 avqust
.

ABŞ-ın yeni tarif siyasəti: Azərbaycan üçün fürsət, yoxsa risk? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə ABŞ administrasiyasının tətbiq etdiyi yeni tariflər qlobal ticarətdə yenidən gərginliyi artırıb. Vaşinqtonun bir sıra ölkələrdən idxal olunan məhsullara 10-12,5 faiz həcmində yeni rüsumlar tətbiq etməsi beynəlxalq təchizat zəncirlərinə, istehsal xərclərinə və dünya bazarlarında qiymətlər

6 avqust
.

Azərbaycanda ən çox bahalaşan məhsullar məlum oldu

2026-cı ilin iyun ayında cəmi məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik əsasda 5.8% artıb. bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir. Qiymətləri dövlət tərəfindən tənzimlənən, həmçinin mövsümi xarakter daşıyan məhsul və xidmətləri

12 avqust
.

Kirayə haqlarında artım qeydə alınıb

2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4% artıb. bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir. Qeyd olunur ki, aylıq əsasda isə 0.3% artım qeydə alınıb. Dövlət Statikstika Komitəsinin məlumatlarına əsasən

12 avqust
.

İsveçrə Azərbaycandan neft tədarükünü 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İsveçrəyə 272 min 501,4 ton xam neft ixrac edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 193 milyon 596,3 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisəd

21 avqust
.

Azərbaycan vasitəsilə Ermənistana buğda və daş kömür göndərildi

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası və daş kömürü daşıyan 25 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb. Qaynarinfo xəbər verir ki, tədarükə 15 vaqondan ibarət, çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət

8 avqust