Ebola sürətlə yayılır - Ölənlərin sayı 2 600-ü keçdi
Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə genişlənir. Mütəxəssislər yoluxanların həqiqi sayının rəsmi göstəricilərdən təxminən üç dəfə çox ola biləcəyini bildirirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin avqustun 22-nə olan məlumatına əsasən, ölkədə 5 514 yoluxma və 2 642 ölüm faktı təsdiqlənib. Lakin səhiyyə qurumlarının hesablamalarına görə, yoluxmaların yalnız 30-40 faizi aşkarlanır.
BMT-nin Ebola üzrə baş koordinatoru Julyen Harneys bildirib ki, ölüm hallarının yarısı son 20 gündə qeydə alınıb. Onun sözlərinə görə, ölkənin şimal və şərq bölgələrində epidemiya həndəsi silsilə ilə artır və virusla mübarizə tədbirlərini qabaqlayır.
Əsas problemlərdən biri yoluxanlarla təmasda olmuş şəxslərin izlənilməsinin zəif aparılmasıdır. Xəstələrin 10 faizindən də azı əvvəlcədən nəzarətdə saxlanılan təmas qrupları arasında müəyyən edilir. Mütəxəssislərə görə, epidemiyanın nəzarət altında hesab edilməsi üçün bu göstərici 90-95 faizə çatmalıdır.
Virusun hələ fevral ayında mədən şəhəri Monqbaluda yayılmağa başladığı ehtimal edilir. Buna baxmayaraq, ölkə hakimiyyəti epidemiyanı yalnız mayın 15-də rəsmən elan edib.
Ebola ilə mübarizəyə silahlı qarşıdurmalar, zəif sanitariya şəraiti və infrastruktur problemləri də mane olur. Əhalinin bir hissəsinin səhiyyə sisteminə etibar etməməsi, xəstəlik barədə yanlış məlumatların yayılması və bəzi insanların xəstəxanaya müraciət etməkdən qorxması vəziyyəti daha da ağırlaşdırır.
Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşları Konqoya beynəlxalq ehtiyatlardan 70 min doza "Ervebo" peyvəndi ayırıb. Onların 20 mini klinik sınaq, 50 mini isə tibb və digər ön xətt əməkdaşları üçün nəzərdə tutulub. Peyvəndin hazırkı epidemiyaya səbəb olan Bundibugyo virusuna qarşı insanlarda effektivliyi hələ təsdiqlənməyib. İlkin laboratoriya və heyvan təcrübələri müəyyən qoruyucu təsirin ola biləcəyini göstərir.
Epidemiya indiki sürətlə davam edərsə, 2014-2016-cı illərdə Qərbi Afrikada 11 mindən çox insanın ölümünə səbəb olan Ebola epidemiyasını ötə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 154 Tarix: 26 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ildə əcnəbilər üçün dünyanın ən yaxşı ölkələri açıqlandı
Yeni qlobal reytinq xaricdə yaşamaq istəyənlər üçün ən əlverişli ölkələri müəyyənləşdirib. Siyahıda həyat keyfiyyəti, yerli cəmiyyətə uyğunlaşma, iş imkanları, şəxsi maliyyə, mənzil və rəqəmsal xidmətlər kimi meyarlar nəzərə alınıb. Qaynarinfo "InterNations Expat Insider 2026" araşdırmasın
24 avqustUşağının gözündə parıltı görən britaniyalı qadın körpəsini ölümdən xilas etdi
Böyük Britaniyada yaşayan, dörd aylıq Oliverin anası onun sağ gözünün düzgün fokuslanmadığını fərq edib. O, əvvəlcə bunun gələcəkdə uşağa sadəcə eynək lazım olacağı ilə bağlı olduğunu düşünüb. Lakin həqiqət daha ciddi olub. Körpənin gözündə yaranan qeyri-adi parıltı ananın vaxtında həkimə müraciət etməsin
25 avqustUzunömürlü insanların immun sistemində alimləri təəccübləndirən kəşf
Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları 90-100 və daha yuxarı yaşda olan insanlarda zədələnmiş və xərçəngli hüceyrələri məhv etmək qabiliyyətinə malik nadir immun hüceyrə növünün qeyri-adi dərəcədə yüksək fəallığını müəyyən ediblər. xəbər verir ki, elmi işin nəticələri "Cell Press"
21 avqustBurun əməliyyatından sonra iflic qalmaq RİSKLƏRİ - ARAŞDIRMA
Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyatlardan biri rinoplastikadır. Sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı görüntülər geniş yayılsa da, pasiyentləri daha ciddi bir sual da düşündürür: burun əməliyyatından sonra insan iflic qala bilərmi?. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasın
26 avqust101 yaşlı qadının pul üçün etdiyi polisi şoka saldı
Nigeriyanın Oqun ştatında 101 yaşında olduğu bildirilən Ester Oqunmabo narkotik vasitələrin satışı ilə bağlı iddia əsasında saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, ölkənin Milli Narkotiklərlə Mübarizə Agentliyi (NDLEA) qadının üzərində satışa hazır şəkildə qablaşdırılmış ümumilikdə 90 qra
25 avqust153 sərnişin göydə qaldı - Hər iki pilot 28 dəqiqə yatdı
"Batik Air" aviaşirkətinə məxsus Airbus A320 təyyarəsində qeyri-adi və təhlükəli hadisə baş verib. Göyərtəsində 153 sərnişin olan təyyarənin hər iki pilotu uçuş zamanı eyni anda yuxuya gedib. xarici mediaya istinadla xəbər verir ki, təyyarə İndoneziyanın Kendari şəhərindən Cakartaya uçub, göyərtəd
24 avqustYuxuda bir insanın öldüyünü görmək nə deməkdir?
Yuxuda yaxın və ya tanış bir insanın öldüyünü görmək insanı oyandıqdan sonra da narahat edə bilər. Lakin yuxu yozumlarında belə görüntülər adətən real ölümün əlaməti kimi qəbul edilmir. xarici mediaya istinadla xəbər verir ki, yaşayan bir insanın yuxuda ölməsi daha çox həmin şəxslə münasibətlərdə dəyişikliklər
23 avqustİngiltərədə "İlin futbolçusu" və "Ən yaxşı 11-lik" seçildi
Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasında "İlin futbolçusu"nu seçib. -ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə assosiasiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş Peşəkar Futbo
26 avqust