Bu pişik balası "Ginnesin Rekordlar Kitabı"na düşdü
ABŞ-ın Viskonsin ştatının Kaukauna şəhərində yaşayan Erebus adlı pişik balası pəncələrindəki barmaqların sayına görə dünya rekorduna imza atıb. Onun ümumilikdə 29 barmağı var və rekord rəsmi olaraq "Ginnesin Rekordlar Kitabı"nda qeydə alınıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Erebus 2026-cı ilin martında dünyaya gəlib. Onun bir pəncəsində səkkiz, digər üç pəncəsinin hər birində isə yeddi barmaq var. Maraqlıdır ki, atasının hər pəncəsində altı, ümumilikdə isə 24 barmaq olub.
Bu xüsusiyyət polidaktiliya adlanır. Bu, pişiklərdə əlavə barmaq falanqalarının formalaşmasına səbəb olan genetik xüsusiyyətdir və meyn-kun cinsində nisbətən tez-tez rast gəlinir.
Erebus əvvəlki rekordu da yeniləyib. 2002-ci ildə Kanadadan olan Ceyk adlı pişik 28 barmaqla "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü.
Pişiyin sahibləri Kendra Vandenblumer və Hanter Nett onun rekord qıra biləcəyini hələ erkən dövrdə düşünüblər. Lakin doğulduqdan qısa müddət sonra Erebusun nəfəs almasında problem yaranıb və onu təcili baytara aparıblar.
Baytar pişik balasında aspirasiya və pnevmoniya aşkarlayıb. Ona oksigen terapiyası və dərman müalicəsi tətbiq edilib. Sahiblərinin sözlərinə görə, heyvanın vəziyyəti bir müddət ciddi narahatlıq yaradıb.
Rentgen görüntülərində ağciyərləri normalda tünd görünməli olduğu halda daha açıq görünürdü.
Xoşbəxtlikdən, Erebus sonradan sağalıb və hazırda özünü yaxşı hiss edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 385 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2026-cı ildə əcnəbilər üçün dünyanın ən yaxşı ölkələri açıqlandı
Yeni qlobal reytinq xaricdə yaşamaq istəyənlər üçün ən əlverişli ölkələri müəyyənləşdirib. Siyahıda həyat keyfiyyəti, yerli cəmiyyətə uyğunlaşma, iş imkanları, şəxsi maliyyə, mənzil və rəqəmsal xidmətlər kimi meyarlar nəzərə alınıb. Qaynarinfo "InterNations Expat Insider 2026" araşdırmasın
24 avqust"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH
Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha
27 avqustÖlən arvadının telefonuna baxan kişi gördükləri qarşısında şok oldu
16 illik həyat yoldaşını torpağa tapşırdıqdan sonra evə qayıdan kişi mərhum arvadının telefonunu yoxlayarkən həyatının ikinci böyük sarsıntısını yaşayıb. xarici mediaya istinadla xəbər verir ki, sosial şəbəkələrdəki etiraf səhifələrindən birində paylaşdığı yazıda adını açıqlamayan kişi həyat yoldaşını
26 avqustMəşhur müğənni istədi, qarpız 4 min kilometr "yol getdi"
Fransanın dünyaca məşhur kurort şəhəri Sen-Tropezdə istirahət edən tanınmış türkiyəli müğənni Ebru Yaşarın Diyarbəkir qarpızına olan istəyi maraqlı hadisəyə səbəb olub. Müğənninin arzusu ilə Türkiyədən xüsusi olaraq göndərilən qarpız təxminən 4 min kilometr yol qət edərək Sen-Tropezə çatdırılıb. xaric
25 avqustÇilingər xidmətində ən çox görülən təmir işləri hansılardı?
Çilingər qapı, kilid və açarla bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edir. Açarın sınması, kilidin işləməməsi və qapının açılmaması ən çox rast gəlinən hallardır. Problemin düzgün müəyyən edilməsi həm kilidin əlavə zədələnməsinin qarşısını alır, həm də təmir işini asanlaşdırır. Çilingə
24 avqust101 yaşlı qadının pul üçün etdiyi polisi şoka saldı
Nigeriyanın Oqun ştatında 101 yaşında olduğu bildirilən Ester Oqunmabo narkotik vasitələrin satışı ilə bağlı iddia əsasında saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, ölkənin Milli Narkotiklərlə Mübarizə Agentliyi (NDLEA) qadının üzərində satışa hazır şəkildə qablaşdırılmış ümumilikdə 90 qra
25 avqust"Salam" və "bəli" deyil - telefon zənginə necə cavab vermək olar
Telefon zənginə necə cavab verməyiniz qarşınızdakı insanda sizin haqqınızda müəyyən təəssürat yarada bilər. Xüsusilə işgüzar danışıq zamanı söhbətə hansı sözlə başlamaq ünsiyyətin tonuna təsir edir. xarici mediaya istinadla xəbər verir ki, gündəlik həyatda insanların əksəriyyəti telefon zənginə avtomati
23 avqustKişiləri zəhərləyib öldürən 20 yaşlı qıza ÖMÜRLÜK CƏZA
Cənubi Koreyada birinci instansiya məhkəməsi seriyalı qatil kimi tanınan Kim So Yonu ömürlük azadlıqdan məhrum edib. xarici KİV-ə istinadla bildirir ki, 20 yaşlı qız iki kişini öldürməkdə və daha dörd nəfərin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib. O, sakitləşdirici və yuxugətirici dərmanları
27 avqustGörənlər tanımır, tam 272 kilo arıqladı
381 kiloqramdan 11 kiloqrama: Casey Kingin inanılmaz dəyişimi. "Family by the Ton" proqramı ilə tanınan Casey King 7 il davam edən arıqlama prosesindən sonra böyük dəyişimi ilə diqqət çəkib. Bir vaxtlar təxminən 381 kiloqram çəkisi olan King çoxsaylı əməliyyatlar və illərlə davam edən mübarizəni
27 avqust