Kişiləri zəhərləyib öldürən 20 yaşlı qıza ÖMÜRLÜK CƏZA
Cənubi Koreyada birinci instansiya məhkəməsi seriyalı qatil kimi tanınan Kim So Yonu ömürlük azadlıqdan məhrum edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 20 yaşlı qız iki kişini öldürməkdə və daha dörd nəfərin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinib.
O, sakitləşdirici və yuxugətirici dərmanların yüksək dozasını içkilərə qataraq onları energetik, spirtli içki və ya pohmel əleyhinə vasitə kimi kişilərə verib.
Cinayətlər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər törədilib. Ümumilikdə 20-30 yaş arasında olan altı kişi onun əməllərindən zərər çəkib. Onlardan ikisi dərman zəhərlənməsindən ölüb, biri sağ qalıb, daha üç nəfərin sağlamlığına isə ağır zərər dəyib.
İstintaq zamanı müəyyən edilib ki, Kim So Yon posttravmatik stress pozuntusundan əziyyət çəkdiyini bildirərək reseptlə həmin preparatları əldə edib. Polis onun psixopatik pozuntuya sahib ola biləcəyi qənaətinə də gəlib.
Prokurorluq təqsirləndirilən şəxs üçün ölüm hökmü tələb edib. Lakin məhkəmə ona ömürlük həbs cəzası verib və əlavə olaraq 30 il müddətinə ayağında elektron qolbaq daşımasını qərara alıb.
Məhkəmə müdafiə tərəfinin Kim So Yonun kişiləri yatızdırmaqla mümkün qısnamadan yayınmaq istədiyi barədə arqumentlərini qəbul etməyib. Prokurorluq isə bildirib ki, o, kişilərdən şəxsi maddi ehtiyaclarını ödəmək üçün istifadə edib və münaqişələrdən qaçmaq məqsədilə onlara yuxugətirici verib.
Hadisə Cənubi Koreyada böyük ictimai rezonans doğurub. Kim So Yon saxlanıldıqdan sonra polis onun fotolarını yayıb. Həmin görüntülərin sosial şəbəkələrdəki görünüşündən xeyli fərqlənməsi internetdə geniş müzakirələrə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 263 Tarix: 27 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vəhşi təbiətin ən gözəl - Fotoları
2026-cı ilin ən təsirli vəhşi təbiət fotoları Londondakı Təbiət Tarixi Muzeyinin təşkil etdiyi "İlin Vəhşi Təbiət Fotoqrafı" müsabiqəsində nümayiş etdirilib. "Qafqazinfo" xəbər verir ki, müxtəlif ölkələrdən fotoqrafların çəkdiyi kadrlar heyvanların həm təbiətdəki həyatını, həm d
27 avqustHülya Avşar köməkçisi ilə görün nə etdi - VİDEO
Türkiyəli sənətçi Hülya Avşar isti havadan qorunmaq üçün evinin bağçasında dincələrkən köməkçisi Şerife ilə əyləncəli anlar yaşayıb. Şlanqla başlayan su savaşı Avşarın sosial media paylaşımına da yansıyıb. xarici mediaya istinadla xəbər verir ki, Hülya Avşar sosial media hesabında bu dəfə evinin bağçasında
27 avqustMəzuniyyət zamanı orqanizmin dözümlülüyünü artıran maddənin adı açıqlandı
Tətil günlərində uzunmüddətli gəzintilər, ekskursiyalar və yürüşlər zamanı artan fiziki yüklənmənin öhdəsindən gəlmək üçün kəhrəba turşusunun orqanizmə dəstək ola biləcəyi bildirilir. Bu maddə hüceyrə səviyyəsində qida maddələrinin enerjiyə çevrilməsi prosesində iştirak edir. xəbər verir ki, tibb elmlər
25 avqustÇilingər xidmətində ən çox görülən təmir işləri hansılardı?
Çilingər qapı, kilid və açarla bağlı yaranan problemlərin aradan qaldırılmasına kömək edir. Açarın sınması, kilidin işləməməsi və qapının açılmaması ən çox rast gəlinən hallardır. Problemin düzgün müəyyən edilməsi həm kilidin əlavə zədələnməsinin qarşısını alır, həm də təmir işini asanlaşdırır. Çilingə
24 avqust2026-cı ildə əcnəbilər üçün dünyanın ən yaxşı ölkələri açıqlandı
Yeni qlobal reytinq xaricdə yaşamaq istəyənlər üçün ən əlverişli ölkələri müəyyənləşdirib. Siyahıda həyat keyfiyyəti, yerli cəmiyyətə uyğunlaşma, iş imkanları, şəxsi maliyyə, mənzil və rəqəmsal xidmətlər kimi meyarlar nəzərə alınıb. Qaynarinfo "InterNations Expat Insider 2026" araşdırmasın
24 avqust"Hörümçək adam" bütün zamanların ən çox gəlir gətirən filmləri sırasında
"Hörümçək adam: Yeni gün" filmi ABŞ və Kanadada bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında üçüncü pilləyə yüksəlib. Film ardıcıl dördüncü həftəsonu Şimali Amerika prokatında liderliyini qoruyub. "Variety" nəşrinə istinadən xəbər verir ki, ötən həftəsonu Zendaya v
25 avqustAlonso "Real"dan bu futbolçuya görə ayrılıbmış
"Liverpul"un sabiq müdafiəçisi, hazırda isə televiziya eksperti kimi çalışan Ceymi Karraher Xabi Alonsonun "Real Madrid"in baş məşqçisi postundan ayrılıma səbəbini açıqlayıb. xəbər verir ki, o, Alonsonun postunu Vinisius Juniorla bağlı vəziyyətə görə itirdiyini bildirib:. "Düzün
26 avqustBurun əməliyyatından sonra iflic qalmaq RİSKLƏRİ - ARAŞDIRMA
Azərbaycanda ən çox müraciət edilən estetik əməliyyatlardan biri rinoplastikadır. Sosial şəbəkələrdə əməliyyatdan əvvəl və sonrakı görüntülər geniş yayılsa da, pasiyentləri daha ciddi bir sual da düşündürür: burun əməliyyatından sonra insan iflic qala bilərmi?. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasın
26 avqustGörənlər tanımır, tam 272 kilo arıqladı
381 kiloqramdan 11 kiloqrama: Casey Kingin inanılmaz dəyişimi. "Family by the Ton" proqramı ilə tanınan Casey King 7 il davam edən arıqlama prosesindən sonra böyük dəyişimi ilə diqqət çəkib. Bir vaxtlar təxminən 381 kiloqram çəkisi olan King çoxsaylı əməliyyatlar və illərlə davam edən mübarizəni
27 avqust