Niderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEO

Niderlandda yaşayan türk qadının başına gələnlər şok etdi! - VİDEONiderlandda yaşayan türk qadın iş yerində ukraynalı həmkarı tərəfindən irqçi ifadələrə məruz qaldığını və şirkət rəhbərliyinin hadisəyə laqeyd yanaşdığını sosial media hesabında paylaşıb. Zərərçəkən əməkdaş İnsan Resursları (HR) departamentinin səhlənkarlığı səbəbindən sübutların yoxa çıxdığını və hadisənin ört-basdır edildiyini iddia edib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, yaşadığı hadisəni danışan qadın prosesin birbaşa onun mədəniyyətinə yönəlmiş təhqirlə başladığını qeyd edib. Ukraynalı həmkarının "Türk mədəniyyəti aşağı səviyyəli bir mədəniyyətdir" dediyini bildirən qadın belə deyib:

"Onu iki dəfə xəbərdar etməyimə baxmayaraq, bu təhqirləri üç dəfə təkrarladı. Mən də dərhal İnsan Resursları departamentinə şikayət etdim."

Şikayətindən sonra HR departamentinin əməkdaşlarından birinin onunla görüşdüyünü və qarşı tərəflə də danışacaqlarını vəd etdiyini bildirən qadın, buna baxmayaraq tam 4 həftə ərzində heç bir tədbir görülmədiyini vurğulayıb. Məsələnin uzadılması səbəbindən ikinci dəfə şikayət etmək məcburiyyətində qaldığını deyib.

İkinci şikayətdən sonra HR əməkdaşı ilə üzləşən ukraynalı həmkarının dediklərinin hamısını inkar etdiyini bildirən türk qadın həqiqətin üzə çıxarılması üçün təhlükəsizlik kameralarının görüntülərinə baxılmasını tələb edib.

Lakin HR əməkdaşının ona "Görüntülər 7 gündən sonra silinir" cavabını verdiyini bildirib.

Qadın bununla da hadisə ilə bağlı əsas sübutların itirildiyini və şirkətin məsələni ört-basdır etdiyini iddia edib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 602   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini

30 avqust
.

Gecə Bakıda zeytun bağları yanıb

Bakının Xətai rayonunun Köhnə Günəşli qəsəbəsində, İnqilab İsmayılov küçəsində yerləşən zeytun bağlarında yanğın baş verib. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə gecə saat 03:40 radələrində başlayıb. Alov ərazidəki zeytun ağaclarını əhatə edib. Yanğının səbəb

21 avqust
.

İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda

25 avqust
.

Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - Video

Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, "OUD Baku" restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, "Porsche", "Range Rover", 2 ədəd "BMW" və digər markalı avtomobillərə ciddi zərər dəyib

22 avqust
.

XƏBƏRDARLIQ! Bakıda bu tarixədək LEYSAN OLACAQ

Azərbaycanda avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraiti qeyri-sabit keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı

29 avqust
.

Çeşməyə yaxınlaşan qadın gördüklərinə inana bilmədi: "İlk dəfə belə bir şey görürəm" - VİDEO

Bir vətəndaşın qarşılaşdığı jetonla işləyən xeyriyyə çeşməsi təəccübə səbəb olub. xarici mediaya istinadla xəbrə verir ki, sistemi görən vətəndaş çeşmədən istifadə etmək üçün jetondan yararlanılmalı olduğunu görərək təəccübünü videoya çəkib. O, bu sistemin xeyriyyə anlayışına nə dərəcədə uyğun olduğun

28 avqust
.

Goranboyda sursat anbarında PARTLAYIŞ: İki kənd boşaldıldı - VİDEO

Gecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar. xəbər verir ki, bu barədə "Report"a Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir

2 sentyabr
.

Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Amil Dəmirov saxlanılıb. -ın məlumatına görə, həmin şəxsdən 4 kiloqram narkotik vasitə və 300 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxs ifadəsində əldə etdiyi narkotik vasitələri müxtəlif ünvanlar

23 avqust
.

Turistin taksi kabusu! Soyub soğana çevirdilər

İstanbulun Karaköy rayonunda taksiyə minən kanadalı turist Alex Soliman avtomobildə olan iki qadın tərəfindən qarət edildiyini və bıçaqla yaralandığını iddia edib. Bu barədə xarici mediaya istinadla xəbər verir. Solimanın sözlərinə görə, qadınlar taksinin qapılarını kilidləyərək ondan 6 min 500 lir

31 avqust