Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar

Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılarDoqquz ay öncə həbs edilən kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıblar.

Sonxeber.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Tulin Ələkbərovanın vəkili Natiq Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, Tulin Ələkbərovaya və Abbas Rəhimliyə qarşı irəli sürülən ittiham üzrə onların təqsiri sübuta yetirilmədiyindən barələrində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib.

Bununla da xanım idmançı və tələbəsi bu gün azadlığa buraxılıblar.

Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 4-də Abşeron rayonu ərazisində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü şəxsə qarşı quldurluq cinayəti olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli şübhəli şəxs qismində saxlanılıblar.

2025-ci ilin dekabrın 6-da isə Abşeron Rayon Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədilməsi) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə ittiham irəli sürülmüşdü.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 414   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi

Ötən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdl

1 sentyabr
.

DSMF iyulda 21 min vətəndaşın müraciətini cavablandırıb

Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 20 994 vətəndaş müraciətini cavablandırıb. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, onlardan 18 883-ü rəsmi məktu

31 avqust
.

Qəzada ölən sürücü vəzifəli şəxs imiş - Foto

Füzulidə yol-nəqliyyat hadisəsində həyatını itirən sürücünün Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu müəyyənləşib. "Qafqazinfo"nun məlumatına görə, qəza zamanı avtomobili ağaca çırpılaraq həyatını itirən 199-cu il təvəllüdlü Sahil Quliyev ANAMA-nın Füzuli rayon bölməsində tədqiqa

31 avqust
.

58 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR

Bakıda 58 yaşlı qadın "AZZA" şirniyyat şəbəkəsinin mağazasından alınan şirniyyatdan zəhərlənib. xəbər verir ki, bu barədə zərərçəkmişin oğlu Miri Tağıyev "Unikal"a məlumat verib. Onun sözlərinə görə, avqustun 30-da tort və şirniyyatları "AZZA" şirniyyat şəbəkəsinin Sabunç

31 avqust
.

Bakıda "Lavinia Couture" geyim mağazasının açılışı olub

Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb. BİG.AZ xəbər verir ki, "Lavinia Couture" geyim mağazasının açılışı Mirəli Qaşqay küçəsi 36 ünvanında baş tutub. Açılış mərasimində mağazanın təqdim etdiyi geyim kolleksiyaları qonaqlara nümayiş etdirilib. Yeni mağazada müasir dəb trendlərinə uyğu

1 sentyabr
.

Bişkek sammiti: Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişi

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana səfəri beynəlxalq siyasi gündəmin diqqətçəkən hadisələrindən biridir. Avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək tədbirə 17 ölkənin liderinin, eləcə də BMT-nin Ba

31 avqust
.

"Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"

Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla

31 avqust
.

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd

1 sentyabr
.

Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu

Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o şəxsi instaqram hesabında 30 il əvvəl çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Aktyor arxiv görüntüsünə "30 ilin şəkli" şərhini yazıb. Onun uşaqlıq şəkili sosial şəbəkə istifadəçilərinin böyük marağın

1 sentyabr