Azərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıb

Azərbaycan qara metal ixracından gəlirini 24 %-ə yaxın artırıbBu ilin yanvar-iyul aylarında Azərbaycan 66,5 milyon ABŞ dolları dəyərində 59,6 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

Sonxeber.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 12,7 milyon ABŞ dolları (23,5 %), həcm baxımından isə, 8,1 min ton (15,7 %) çoxdur.

Hesabat dövründə sözügedən məmulatların qeyri-neft sektoru üzrə ixracda payı 1,1 %, ölkənin ümumi ixracında payı isə 0,3 % olub.

7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 144   Tarix: 28 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vergi borcları 4 milyard manatı keçib

Bu il iyulun 1-nə Azərbaycanda vergi borcları 4 milyard 50,4 milyon manat təşkil edib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 741,6 milyon manat və yaxud 22,4 % çoxdur. Son 1 ildə isə ölkədə vergi borclar

7 avqust
.

Təbii qazın qiyməti bahalaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti artıb. xəbər verir ki, 2026-cı ilin sentyabrında çatdırılma şərti ilə təbii qaz üzrə fyuçerslərin qiyməti 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 0,83% artaraq 2,66 ABŞ dollarına çatıb

8 avqust
.

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rumıniyaya 821 min 311,3 ton xam neft ixrac edib. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 522 milyon 201,2 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisədə 19,7 %, dəyər

19 avqust
.

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə " -a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 3,1 % çoxdur. Son 1 ildə muxta

13 avqust
.

Qızılın qiyməti 29 maydan bəri ilk dəfə bu qədər artdı

"Comex" birjasında dekabr ayında tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 4 600 dolları ötüb. xəbər verir ki, "Comex" birjasında dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə tru

22 avqust
.

Kirayə haqlarında artım qeydə alınıb

2026-cı ilin iyun ayında icarəçi tərəfindən ödənən icarə haqları illik əsasda 7.4% artıb. bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir. Qeyd olunur ki, aylıq əsasda isə 0.3% artım qeydə alınıb. Dövlət Statikstika Komitəsinin məlumatlarına əsasən

12 avqust
.

Azərbaycan Rusiyaya qarpız satışından qazancını 3 dəfəyə yaxın artırıb

Bu ilin I yarısında Azərbaycan 4,75 milyon ABŞ dolları dəyərində 8 090 ton qarpız ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq - 59 % çoxdur. Hesabat dövründ

17 avqust
.

Azərbaycan ABŞ-yə ixracını 52 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 521 milyon 603 min ABŞ dolları təşkil edib. -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 52,5

24 avqust
.

İnflyasiya ARTACAQ: Ərzaq qiymətləri BAHALAŞACAQ

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Xüsusilə ərzaq məhsullarında qiymət artımının daha yüksək olması istehlakçıların gündəlik xərclərinə birbaşa təsir göstərir. Bəs, qiymət artımının əsas səbəbləri nələrdir, daha ço

13 avqust