Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir

Südü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edirSüdün sağlamlığa faydaları saymaqla bitmir, lakin mütəxəssislər istehlak vaxtı ilə bağlı çox ciddi xəbərdarlıq ediblər. Navarra Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə, südün içildiyi saat bəzən mədə turşusunu alt-üst edərək həzm sistemini az qala iflic edir.

Milli.Az xəbər verir ki, südün gecə istehlak edilməsi bəzi insanlarda köp, qaz və mədə narahatlığı kimi həzm problemlərinə səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bu vəziyyət hər zaman südün özündən qaynaqlanmır. İstehlak olunduğu saat, miqdarı və insanın həzm sistemi də südün mənimsənilməsində mühüm rol oynayır. Xüsusilə laktoza dözümsüzlüyü, qıcıqlanan bağırsaq sindromu (İBS) və ya reflü problemi olan şəxslərdə südü gecə içmək müxtəlif şikayətləri tətikləyə bilər.

Diyetoloq və qidalanma mütəxəssisi Patrisiya Yarnos Eskviros "Europa Press"ə verdiyi açıqlamada südün gecə istehlak edilməsinin bəzi insanlarda narahatlıq yaratmasının fizioloji bir səbəbi ola biləcəyini qeyd edir. Mütəxəssis xüsusilə südün yatmazdan dərhal əvvəl və ya ağır bir yeməkdən sonra istehlak edilməsinin həzm sistemini çətinləşdirə biləcəyinə diqqət çəkir. Gecə saatlərində həzm fəaliyyətinin yavaşlaması və insanın qısa müddət sonra üfüqi vəziyyətə keçməsi də bu narahatlığı artıra bilər.

Yatmaq cazibə qüvvəsinin mədə möhtəviyyatını mədədə saxlamağa kömək edən təsirini azaldır. Buna görə də mədə möhtəviyyatının qida borusuna geri qayıtması asanlaşa bilər. Nəticədə xüsusilə reflüyə meyilli olan şəxslərdə mədə yanması, ağza acı və ya turş dad gəlməsi, öskürək və qarın nahiyəsinin üst hissəsində narahatlıq kimi əlamətlər ortaya çıxa bilər.

Ona görə də mütəxəssislər gecə reflü şikayəti yaşayan şəxslərin son yeməkləri ilə yuxu arasında kifayət qədər vaxt buraxmasını tövsiyə edirlər. Amerika Qastroenterologiya Kollecinin tövsiyələrinə əsasən, yemək yeməyi yatmazdan 2-3 saat əvvəl dayandırmaq reflü əlamətlərinin azaldılmasına kömək edə bilər.

Gecə yaşanan köp və qazın başqa bir səbəbi isə laktoza dözümsüzlüyü ola bilər. Laktoza dözümsüzlüyü olan şəxslərdə süd şəkəri olan laktozanı parçalayan laktaza fermentinin aktivliyi aşağı olur. Nəticəsində laktozanın bir hissəsi kifayət qədər həzm olunmadan bağırsağa çatır və burada fermentasiyaya uğrayaraq qaz, köp və qarın ağrısına səbəb olur.

Laktoza dözümsüzlüyünün əlamətləri şəxsdən şəxsə dəyişə bilər. Köp, qaz, qarın ağrısı, bulantı, bağırsaq səslərində artım və ishal ən çox görülən şikayətlər arasındadır. Lakin laktoza dözümsüzlüyü olan hər kəsin süddən tamamilə uzaq durması lazım olmaya bilər. Bəzi şəxslər kiçik miqdarda laktozanı hər hansı bir əlamət yaşamadan istehlak edə bilərlər. Tolerantlıq səviyyəsi istehlak edilən miqdara, südün hansı qidalarla birlikdə qəbul edildiyinə və qatıq kimi fermentləşdirilmiş süd məhsullarına üstünlük verilib-verilmədiyinə görə dəyişir.

Mütəxəssislərə görə gecə süd istehlak edildikdə ortaya çıxan şikayətləri azaltmaq üçün bir neçə məqama diqqət yetirilə bilər. Xüsusilə süd içdikdən qısa müddət sonra yatmaqdan çəkinmək və istehlak ilə yuxu arasında ən azı 2-3 saat buraxmaq vacibdir. Reflü problemi olanların isə yatağın baş hissəsini yüksəltməsi və yatarkən sol tərəfinə dönməsi tövsiyə edilir.

Bununla yanaşı, böyük və yağlı axşam yeməklərindən qaçınmaq, südü daha kiçik miqdarlarda istehlak etmək və lazımdırsa qatıq kimi fermentləşdirilmiş süd məhsullarına üstünlük vermək də alternativlər sırasındadır.

Ona görə də südü gecə içmək hər kəs üçün zərərli deyil. Gün ərzində süd istehlak edərkən hər hansı bir problem yaşamayan bir şəxsin təkcə saata görə süddən tamamilə vaz keçməsi lazım deyil. Ancaq xüsusilə yatmazdan dərhal əvvəl süd içildikdə mütəmadi olaraq köp, qaz, mədə yanması və ya həzmsizlik yaşanırsa, istehlak saatını dəyişmək və şikayətlərin davam etməsi halında mütəxəssisə müraciət etmək lazımdır.

Əlamətlərin sıxlaşması, getdikcə şiddətlənməsi və ya yuxu və gündəlik həyata təsir etməsi vəziyyətində isə həkim müayinəsi vacibdir. Çəki itkisi, davamlı qusma, nəcisdə qan, qara nəcis, yaxud udma çətinliyi və udarkən ağrı kimi əlamətlər də mütləq tibbi qiymətləndirmə tələb edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 193   Tarix: 29 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Görənlər tanımır, tam 272 kilo arıqladı

381 kiloqramdan 11 kiloqrama: Casey Kingin inanılmaz dəyişimi. "Family by the Ton" proqramı ilə tanınan Casey King 7 il davam edən arıqlama prosesindən sonra böyük dəyişimi ilə diqqət çəkib. Bir vaxtlar təxminən 381 kiloqram çəkisi olan King çoxsaylı əməliyyatlar və illərlə davam edən mübarizəni

27 avqust
.

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

Çinin Hunan əyalətində 100 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanq

27 avqust
.

Plastik tullantılardan peçenye hazırladılar

ABŞ-də Cənubi İllinoys Universitetinin (SIU) alimləri plastik və kənd təsərrüfatı tullantılarını qida məhsullarına çevirməyə imkan verən yeni sistem hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, Amerika Kimya Cəmiyyətinin təşkil etdiyi simpoziumda təqdim olunan araşdırmanın nəticəsi olan "µBites"

26 avqust
.

"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO

"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına

28 avqust
.

Şam yeməyində DƏHŞƏT: nənədən nəticəyədək 8 nəfəri öldürdü

ABŞ-ın Montana ştatında bir kişi bazar günü ailəvi şam yeməyi zamanı səkkiz qohumunu, o cümlədən dörd uşağı öldürərək, intihar edib. xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Billinqs şəhərindəki evlərdən birində qeydə alınıb. Ölənlər böyük bir ailənin dörd nəslinin nümayəndələri olub. Ölənləri

26 avqust
.

40 il əvvələdək dünyadan xəbərləri yox idi - Zamanı da tanımırlar...

Braziliyanın Amazon bölgəsində yaşayan Amondava xalqı zaman anlayışına yanaşması ilə alimlərin diqqətini çəkir. "Qafqazinfo" xəbər verir ki, Amondava xalqı Uru-Eu-Vau-Vau icmasının bir hissəsidir və Braziliyanın şimal-qərbində, Amazon bölgəsində yaşayır. Onların xarici dünya ilə ilk təmas

27 avqust
.

Ebola sürətlə yayılır - Ölənlərin sayı 2 600-ü keçdi

Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə genişlənir. Mütəxəssislər yoluxanların həqiqi sayının rəsmi göstəricilərdən təxminən üç dəfə çox ola biləcəyini bildirirlər. xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin avqustun 22-nə olan məlumatın

26 avqust
.

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Qapının və ya pəncərənin yanında bir stəkan duzlu su saxlamaq qədim xalq inanclarında evi qorumaq, mənfi təsirlərdən uzaqlaşdırmaq və yeni başlanğıcları simvolizə edən adətlərdən biri olub. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə qədim macar inanclarında duza yalnız qida məhsulu kimi deyil

28 avqust
.

İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq

Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr

29 avqust