İlk övladlarda bu xəstəliklərin riski daha yüksək ola bilər - ARAŞDIRMA
Ailədə uşağın doğulma sırasının xarakterə və davranışa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yeni araşdırma isə bunun bəzi xəstəliklərin yaranma ehtimalı ilə də əlaqəli ola biləcəyini göstərib.
Lent.az xəbər verir ki, Çikaqo və Kolumbiya universitetlərinin alimləri doğum sırası ilə sağlamlıq riskləri arasındakı mümkün əlaqəni araşdırıblar.
Tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub. Alimlər ABŞ-da kommersiya sığorta şirkətlərinin milyonlarla ailəyə aid məlumatlarını təhlil ediblər. Araşdırmada əsas diqqət bacı-qardaşın 500-dən çox xəstəliyə tutulma riskinə yönəlib.
Araşdırmanın nəticələrinə görə, ailənin ilk övladlarında kiçik bacı və qardaşlarla müqayisədə bəzi sağlamlıq problemlərinə daha çox rast gəlinib.
Belə ki, ilk övladlarda autizm riski 26 faiz, qida allergiyası riski 20 faiz, mövsümi allergik rinit və ya polinoz riski 9 faiz, diqqət çatışmazlığı və hiperaktivlik sindromu riski isə 7 faiz daha yüksək olub.
Tədqiqatçılar ailədə ikinci doğulan uşaqlarda da müəyyən xəstəliklərin daha çox müşahidə olunduğunu müəyyən ediblər. İkinci övladlarda psixoaktiv maddələrin istifadəsi ilə bağlı pozuntuların riski 19 faiz, mədə-bağırsaq sistemi xəstəliklərinin riski isə 14 faiz yüksək olub.
Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr ilk övlad olmağın həmin xəstəliklərdən birinin mütləq yaranacağı anlamına gəlmir. Eyni şəkildə, sonrakı uşaqların da bu xəstəliklərdən qorunduğunu demək olmaz. Araşdırmaya görə, doğum sırası sağlamlığa təsir göstərə biləcək çoxsaylı ailə amillərindən yalnız biri ola bilər.
Çikaqo Universitetinin professoru və tədqiqatın həmmüəllifi Andrey Rjetski bildirib ki, yaş fərqi daha az olan bacı-qardaşlarda bir sıra xəstəliklərə, xüsusilə allergiya və astmaya qarşı müəyyən qoruyucu əlaqə də müşahidə edilib. Əvvəlki elmi araşdırmalarda da genetika, ortaq yaşayış mühiti və ailə daxilindəki digər faktorların bacı-qardaşların sağlamlığına təsiri öyrənilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 179 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Dünya dağılsa" da, onlar ac qalmayacaq: Araşdırma NƏTİCƏLƏRİ
Qlobal pandemiya, regional münaqişələr və əsas ticarət yollarının bağlanması göstərdi ki, qida idxalı dünyanın heç bir ölkəsi üçün qida təhlükəsizliyini tam təmin edə bilməz. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:. Qida təhlükəsizliyi probleminə görə, bu gün ölkələr gələcəkd
30 avqust"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO
"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına
28 avqustŞəkildə neçə üz görürsünüz? - Xarakterin sirrini açan sadə TEST
Bu şəkildə neçə üz tapa bilərsiniz? Nəticələrin dünyanı necə qavradığınızı, qərarlar qəbul etdiyinizi və gizli detalları necə gördüyünüzü ortaya çıxara biləcəyi deyilir. -ın xəbərinə görə, ilk baxışdan illüstrasiyada yalnız bir neçə üz görə bilərsiniz, amma diqqətlə baxsanız, say xeyli arta bilər. B
30 avqustQadın o dünyadakı həyatını təsvir etdi: Ölümdən sonra bizi nə gözləyir?
Böyük Britaniyadan olan Frensis Benks bu dünyanı 1965-ci ildə tərk edib. Ölümündən ay yarım sonra o, axirətdə baş verən hadisələri təsvir etməyə başlayıb. O bunu necə edib? . -ın xarici mətbuata istinadən xəbərinə görə, qöadının "vasitəçisi" Helen Qrivz adlı dostu olub. Beləliklə, hər halda
27 avqustSoyuducunu harada yerləşdirmək daha yaxşıdır?
Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. xəbər verir ki, mütəxəssislər soyuducu həddindən artıq dar yerd
28 avqustVəhşi təbiətin ən gözəl - Fotoları
2026-cı ilin ən təsirli vəhşi təbiət fotoları Londondakı Təbiət Tarixi Muzeyinin təşkil etdiyi "İlin Vəhşi Təbiət Fotoqrafı" müsabiqəsində nümayiş etdirilib. "Qafqazinfo" xəbər verir ki, müxtəlif ölkələrdən fotoqrafların çəkdiyi kadrlar heyvanların həm təbiətdəki həyatını, həm d
27 avqustDivandakı pis qoxu və ləkələri aparan vasitə
Mətbəxdə istifadə etdiyimiz qida sodası və qab yuyan vasitə divanın üzərindəki köhnə ləkələri təmizləməyə, xoşagəlməz qoxunu azaltmağa kömək edə bilər. Təmizliyə başlamazdan əvvəl seçilən vasitə divanın görünməyən kiçik hissəsində sınaqdan keçirilməlidir. Parçanın rəngi və quruluşu dəyişmirsə, təmizliy
29 avqustSüdü qətiyyən bu saatda içməyin: Həzm sistemini məhv edir
Südün sağlamlığa faydaları saymaqla bitmir, lakin mütəxəssislər istehlak vaxtı ilə bağlı çox ciddi xəbərdarlıq ediblər. Navarra Universitetinin mütəxəssislərinin apardığı araşdırmaya görə, südün içildiyi saat bəzən mədə turşusunu alt-üst edərək həzm sistemini az qala iflic edir. xəbər verir ki, südü
29 avqust