Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbi

Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbiAzərbaycanda kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir edən əsas sahələrdən biridir.

Bəs görəsən, Azərbaycan fermerinin hazırda ən böyük problemi hansıdır: maliyyə, su, bazar, yoxsa istehsal xərcləri?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Lent.az-a açıqlamasında bildirib ki, hazırda fermer üçün ən ciddi məsələlərdən biri istehsal xərclərinin yüksək olması və həmin xərclərin qarşılığında gəlirin kifayət qədər təmin edilməməsidir:

"Azərbaycan fermerinin qarşısında duran problemi yalnız maliyyə, su, bazar və ya istehsal xərclərindən biri ilə məhdudlaşdırmaq düzgün olmaz. Bu problemlərin hamısı bir-biri ilə əlaqəlidir və birində yaranan çətinlik digərinə də birbaşa təsir edir. Məsələn, fermerin maliyyə imkanları zəifdirsə, o, müasir suvarma sistemi qura bilmir, keyfiyyətli toxum və gübrə ala bilmir, texnikasını yeniləyə bilmir. Su problemi varsa, məhsuldarlıq aşağı düşür və nəticədə istehsal xərcləri məhsulun maya dəyərində daha böyük pay tutur. Məhsulun bazarı və satış qiyməti təmin edilmirsə, fermer yüksək xərc çəkərək istehsal etdiyi məhsuldan kifayət qədər gəlir əldə edə bilmir.

Bu baxımdan, hazırda fermer üçün ən ciddi məsələlərdən biri istehsal xərclərinin yüksək olması və həmin xərclərin qarşılığında gəlirin kifayət qədər təmin edilməməsidir. Yanacaq, gübrə, toxum, dərman preparatları, texnika, suvarma, əməkhaqqı və logistika xərclərinin artması fermerin maya dəyərini yüksəldir. Digər tərəfdən, fermer məhsulu bazara çıxaranda qiymətin hansı səviyyədə olacağını əvvəlcədən tam müəyyən edə bilmir. Bu da kənd təsərrüfatında gəlirliliyi proqnozlaşdırmağı çətinləşdirir.

Su məsələsi də getdikcə daha strateji problemə çevrilir. Xüsusilə iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və bəzi ərazilərdə suvarma infrastrukturunun köhnəlməsi fermerin məhsuldarlığına ciddi təsir göstərə bilər. Ona görə də yalnız fermerə subsidiya verməklə problemi həll etmək mümkün deyil. Suvarma sistemləri yenilənməli, su itkiləri azaldılmalı, daha qənaətcil və moderin texnologiyaların tətbiqi genişləndirilməlidir. Məsələn, yağış damcı yolu ilə suvarma suya tələbatı 8-10 dəfə azaldır və məhsuldarlığı isə 40-50% artırır. Bu da məhsulun maya dəyərini təxminən elə bu qədər azaltmaq deməkdir. Amma hazırda suvarılan torpaqların təxminən 10%-i bu üsullarla suvarılır.

Maliyyə məsələsində də oxşar vəziyyət var. Fermerin uzunmüddətli və münasib şərtlərlə kreditə çıxışı olmasa, müasir texnologiyaya investisiya etmək çətinləşir. 2026-2030-cu illər üçün qəbul edilmiş yeni Dövlət Proqramında fermerlərin güzəştli kreditlərə çıxışının yaxşılaşdırılması, kredit, zəmanət və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi, həmçinin aqrar kredit kooperativlərinin yaradılması kimi tədbirlər nəzərdə tutulur.

Subsidiyalara gəlincə, məncə, onları fermerin bütün istehsal xərclərini qarşılayan mexanizm kimi qiymətləndirmək düzgün deyil. Subsidiyanın əsas məqsədi istehsalın müəyyən hissəsini dəstəkləmək, fermerin risklərini azaltmaq və onu daha məhsuldar fəaliyyətə stimullaşdırmaqdır. Əgər subsidiya bütün xərcləri tam ödəsə, bu artıq istehsalın öz gəlirliliyi məsələsini kölgədə qoya bilər. Yeni Dövlət Proqramında subsidiyanın fəlsəfəsini dəyişərək, əkinə görə deyil, məhsula görə verilməsi önəmli faktordur. Amma digər tərəfdən, subsidiya ilə yanaşı bazar, su, kredit, sığorta və logistika problemləri həll edilməzsə, subsidiyanın təsiri də məhdud qalacaq.

Ona görə subsidiya məbləğinin müəyyən edilməsi zamanı sadəcə hektara və ya məhsul növünə görə sabit yanaşma kifayət etməyə bilər. İstehsalın real maya dəyəri, regionlar üzrə fərqlər, su təminatı, məhsuldarlıq, bazar qiymətləri və fermerin üzləşdiyi risklər də nəzərə alınmalıdır. Aqrar sığorta ilə subsidiya mexanizmlərinin əlaqələndirilməsi də bu baxımdan əhəmiyyətlidir. Yeni Dövlət Proqramında bu istiqamətdə də ayrıca tədbirlər nəzərdə tutulub.

Əslində burada əsas məsələ təkcə subsidiyanın artırılması deyil, fermerin gəlir əldə edə biləcəyi dayanıqlı sistemin qurulmasıdır. Fermer məhsul istehsal edir, amma məhsulunu sərfəli qiymətə sata bilmirsə, subsidiya problemi yalnız qismən həll edir. Buna görə məhsulun tədarükü, saxlanması, soyuducu anbarlar, emal müəssisələri, logistika, ixrac imkanları və fermerlə alıcı arasında uzunmüddətli müqavilələrin inkişaf etdirilməsi də vacibdir.

Müsbət məqam ondan ibarətdir ki, artıq bu problemlərin ayrı-ayrılıqda deyil, kompleks şəkildə həllinə yönəlmiş yeni Dövlət Proqramı qəbul edilib. Prezidentin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən 2026-2030-cu illər üçün Dövlət Proqramının əsas məqsədlərindən biri rəqabətqabiliyyətli və intensiv kənd təsərrüfatına keçidin sürətləndirilməsidir. Sənəddə maliyyələşmə, kreditlər, su təminatı, müasir texnologiyalar, istehsal və emal, aqrar sığorta və subsidiya mexanizmləri ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub.

İndi əsas məsələ proqramın qəbul edilməsi deyil, onun necə və nə dərəcədə icra olunacağıdır. Çünki fermer üçün proqramın kağız üzərində mövcud olmasından daha vacib olan onun gündəlik fəaliyyətində nəticəsini görməsidir. Əgər fermer daha ucuz maliyyə əldə edə bilirsə, su təminatı yaxşılaşırsa, müasir texnikaya çıxışı artırsa, məhsulunu əvvəlcədən müəyyən edilmiş və ədalətli qiymət mexanizmi ilə sata bilirsə və risklərə qarşı sığortalana bilirsə, onda dövlət dəstəyinin real effekti ortaya çıxacaq. Dövlət Proqramının icrasına nəzarət və monitorinq də ayrıca nəzərdə tutulub və tədbirlərin icrası barədə ildə bir dəfə məlumat verilməsi müəyyən edilib.

Yəni Azərbaycan fermerinin problemini əsas problem sudur və ya əsas problem subsidiyanın azlığıdır deyə bir məsələyə bağlamaq düzgün deyil. Problem sistemlidir və həlli də sistemli olmalıdır. Fermerin xərcləri aşağı salınmalı, məhsuldarlığı artırılmalı, su və maliyyə təminatı yaxşılaşdırılmalı, məhsulun satış bazarı genişləndirilməli və gəlirin proqnozlaşdırılması mümkün edilməlidir. Əgər 2026-2030-cu illər üçün qəbul edilmiş Dövlət Proqramı bu istiqamətlərin hamısında real nəticə verə bilsə, o zaman fermer üçün sadəcə subsidiya alan istehsalçı deyil, dayanıqlı və rəqabətqabiliyyətli sahibkar modeli formalaşdırmaq mümkün olacaq".

Yazı Medianın İnkişafı Agentliyinin "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc edilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 258   Tarix: 30 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəlindən qayınatasının ayağını öpməsini istədi - ŞOK GÖRÜNTÜLƏR

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub. xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışlar

30 avqust
.

Azərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO

Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. xəbər verir ki, bu barədə gənc numizmat Fərhad M. məlumat verib. Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifad

30 avqust
.

Zolaq xətlərinin sarı olmasının vacib səbəbi var imiş

Sürücülərin hər gün qarşılaşdığı sarı yol xətləri sadə bir bələdiyyə seçimi və ya estetik toxunuş deyil. Yol hərəkəti mühəndisliyi və insan biologiyasının birgə işi ilə müəyyən edilən bu rəng çətin hava şəraitində həyat qurtaran kritik bir funksiyaya malikdir. xəbər verir ki, insan gözü spektrdəki bütü

30 avqust
.

"Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi

ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) Birləşmiş Ştatlar ərazisində Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü" kimi dəyişdirib. xəbər verir ki, bu barədə "Google" şirkəti rəsmi bloqunda məlumat yayıb. "Google"dan bildirilib ki, şirkət rəsmi hökumət mənbələrindəki

31 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO

"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına

28 avqust
.

Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər TƏƏCCÜBLƏNİR

Paltar yuyarkən yalnız yuyucu toz istifadə edənlərin diqqətini çəkəcək bir üsul gündəmə gəlib. Sirkən xüsusilə corab və alt paltarlarında yuyucu vasitənin təmizləyici təsirini artırır. Tərkibindəki sirkə turşusu sayəsində ağ sirkə parça üzərində yaranan pis qoxuların neytrallaşdırılmasına kömək edir

30 avqust
.

Bahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu

Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu

29 avqust
.

Soyuducunu harada yerləşdirmək daha yaxşıdır?

Mətbəxdə bir neçə santimetr yerə qənaət etmək üçün soyuducunu divara sıx yerləşdirmək düzgün deyil. Çünki cihazın ətrafında saxlanılan boşluq havanın dövranı və işləmə zamanı yaranan istiliyin xaric edilməsi baxımından mühüm rol oynayır. Mütəxəssislər soyuducu həddindən artıq dar yerdə quraşdırılarsa

29 avqust