Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var" - FOTO
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır.
Məsələ Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır. Dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının onillərlə davam edən qeyri-müəyyənlikdən sonra ailələrinə qaytarılması üçün sistemli səylərini davam etdirir.
Şahidlərin ifadələri yoxlanılır, ehtimal edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlarda qazıntı işləri aparılır, aşkar edilmiş qalıqlar isə məhkəmə və DNT müayinələrindən keçirilir. Bu günə qədər 32 kütləvi məzar aşkar edilib və 328 itkin şəxsin kimliyi DNT müayinəsi ilə müəyyənləşdirilib.
Bununla əlaqədar olaraq, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən dəfn yerləri barədə dəqiq və əhatəli məlumatın verilməsi vacib olaraq qalır. Belə əməkdaşlıq, ilk növbədə, humanitar öhdəlikdir və minlərlə ailənin onilliklərdir davam edən qeyri-müəyyənliyə son qoyması üçün vacibdir.
Çətin relyefə, hava şəraitinə, eləcə də mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslardan və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir.
Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var.
Hər itkin düşmüş şəxsin adı var.
Hər ailə cavab almağa layiqdir", - deyə Hikmət Hacıyev vurğulayıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 594 Tarix: 30 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı ŞAD XƏBƏR - TARİX
Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turiz
29 avqustAzərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Hazırda ölkə ərazisindəki 100-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, onlardan 343 nəfəri "Dini etiqad azadlığı haqqında"
30 avqustMəleykə Abbaszadədən TƏSİRLİ PAYLAŞIM: "Mən 17 yaşımda…"
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçiminin nəticələrinin açıqlamasından sonra tələbə adını qazananlara səslənib. M.Abbaszadə öz tələbəlik illərini xatırlayıb və yeni tələbələrə tövsiyələrini verib. xəbər verir ki, DİM sədrinin paylaşımında deyilir:. "Əzi
29 avqustPensiya ilə bağlı YENİ RƏQƏMLƏR AÇIQLANDI
2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmu
30 avqustAzərbaycanda manatla geniş pul kütləsi 20 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 53 milyard 925,5 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 8,15 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisəd
29 avqust21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavə
29 avqustAzərbaycanda YENİ QAYDA: Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ - FOTO
Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəx
29 avqustŞəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
Şəmkirin Sərxan kəndində 11 yaşlı qız əməliyyatdan sonra vəfat edib. -a istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ətin götürülməsi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı yaşadığı evdə vəfat edib. Tibb
29 avqustAzərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 10,1 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən 23,9 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 20,
29 avqust