Bu avtomobillərin kreditlə alışı daha SƏRFƏLİDİR - AÇIQLAMA
Elektrik və hibrid avtomobillərə kredit şərtlərində tətbiq olunan fərqlər həm ekoloji təmiz nəqliyyatın təşviqi, həm də bu avtomobillərin maliyyə əlçatanlığının artırılması məqsədi daşıyır. Azərbaycanda bu nəqliyyat vasitələri üçün daha aşağı ilkin ödəniş imkanlarının yaradılması da alıcının avtomobili kreditlə əldə etməsini asanlaşdıra bilər.
Bəs, elektrik və hibrid avtomobillərə daha sərfəli kredit şərtlərinin tətbiqi banklar və istehlakçılar baxımından hansı iqtisadi səbəblərlə izah olunur, bu güzəştlər vətəndaşın ümumi kredit yükünü nə dərəcədə azalda bilər və belə mexanizmlərin genişləndirilməsi Azərbaycanda bu avtomobillərə tələbatı artıra bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bankların hibrid və elektrik avtomobillərinin kreditləşdirilməsinə daha əlverişli şərtlər tətbiq etməsi dövlətin "yaşıl iqtisadiyyat"a keçidlə bağlı siyasəti çərçivəsində atılan addımlarla əlaqəli ola bilər.
"Belə ki, əvvəlki dövrdə hibrid və elektrik avtomobillərinin idxalı ilə bağlı müəyyən gömrük və vergi güzəştləri tətbiq olunurdu. Bu güzəştlərin bu ildən ləğv edilməsi həmin avtomobillərə marağın əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Marağın yenidən artırılması məqsədilə dövlət proqramları çərçivəsində banklarla, o cümlədən Mərkəzi Bankla müəyyən əməkdaşlığın aparılması və elektrik, hibrid avtomobillərin kreditləşdirilməsi şərtlərinin yumşaldılması ehtimal olunur. Bu baxımdan bankların sözügedən avtomobillərə daha əlverişli kredit şərtləri təklif etməsinin əsas məqsədlərindən biri tələbatı yenidən artırmaq və "yaşıl iqtisadiyyat"a keçidi dəstəkləmək ola bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Almaniyadan mal-qara tədarükünü 29 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycan 19,3 milyon ABŞ dolları dəyərində 4 min 567 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 43 %, kəmiyyə
27 avqustAlmaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətini
2 sentyabrAzərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət
8 sentyabrPrezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr
7 sentyabrAzərbaycanda şəkər və qənd istehsalı 31 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 266,9 min ton şəkər və qənd istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 6,5 % artaraq 5 mi
23 avqustZədələnmiş pulu harada dəyişmək olar?
Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur. Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?. "Qafqazinfo"
25 avqustQarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub. Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır. Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,91
25 avqustAzərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ikinci əsas bazardır
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 3,44 milyon ABŞ dolları dəyərində 1 236,8 ton diri qoyun və keçi idxal edib. "Report"un yerli bürosu Gürcüstan Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin 7 ayı ilə müqayisədə dəyər baxımından 2
20 avqust