Qida təhlükəsizliyi: süfrəmizə gələn məhsullara nə qədər GÜVƏNİRİK? -AÇIQLAMA

Qida təhlükəsizliyi: süfrəmizə gələn məhsullara nə qədər GÜVƏNİRİK? -AÇIQLAMAQida təhlükəsizliyi insan sağlamlığının qorunmasının əsas şərtlərindən biridir. Süfrəmizə gələn məhsulun keyfiyyəti, saxlanma şəraiti və hazırlanma qaydaları sağlamlığımıza birbaşa təsir edir. Bəs qida məhsullarının təhlükəsizliyinə nə dərəcədə diqqət edirik?

Mövzu ilə bağlı "Refresh Group" MMC-nin baş icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov Sonxeber.az- a açıqlama verib:

"Bildiyiniz kimi günlük olaraq ərzaq məhsullarının təminatında qida təhlükəsizliyi ilə bağlı əməl edilməli olan bir sıra vacib məqamlar vardır. Ümumiyyətlə, gündəlik süfrəmizə gələn qida məhsulları beynəlxalq yanaşma ilə "tarladan süfrəyə" və yaxud "tarladan səngərə" prinsipi əsasında nəzarət altına götürülür. Qida məhsulları daşınan zaman soyuq halda gəlməli olan qida məhsulları "soyuq zəncir" prinsipi ilə, isti şəkildə gəlməli olan qidalarsa, xüsusi temperatur altında daşınmalıdır. Belə ki, isti qidalar hazırlandıqdan sonra, xüsusən də fast-food tipli qidalar 2 saat ərzində mütləq istehlak olunub bitirilməlidir. Bu fast-foodlarda soyuq qəlyənaltılara, yəni cold-starterlərə(səndviçlər, soyuq halda olan burgerlər, bükmələr) onlar isə 0 və müsbət 4 dərəcə temperatur aralığında çatdırılmalı, bəziləri tərkibi ilə əlaqədar olaraq 12 saat müddətinə qədər, bəziləri isə yenə 2 saat müddətinə qədər istehlak olunub bitirilməlidir"

Qida mütəxəssisi eyni zamanda sağlamlıq üçün potensial risk yarada bilən qida kateqoriyalarına diqqət çəkib:

"Bundan əlavə sağlamlıq riski nöqteyi-nəzərdən qatqı maddələri ilə daha çox əhatə olunmuş, yəni mənşəyi məlum olmayan qatqı maddələrindən gedir söhbət ,riskli qida məhsulu kateqoriyasına düşür. Eyni zamanda 0 və 5 dərəcə selsi temperatur aralığında soyuq halda daşınan qidalar "soyuq zəncir" prinsipinə əməl olunduğundan daha təhlükəsiz qidalar hesab olunur. Hazır qida məhsulları isə isti halda bişmiş qidalar, hansı ki ictimai iaşə sahəsində, şadlıq saraylarında, restoranlarda, kafelərdə verilən qidalar onlar 5 və 60 dərəcə selsi temperatur göstəricisi arasında qətiyyən qəbul olunmamalıdır. Bu beynəlxalq yanaşma ilə "danger zone" "təhlükə zonası" adlanan temperaturdur. Bu temperatur aralığında qida məhsulları baktereoloji çirklənməyə meyilli olurlar. İsti qidalar 70-75 dərəcə selsi yuxarısında təqdim olunmalı, servis olunmalıdır. Şorbalar, əsas yeməklər, qarnirlər və yenə 2 saat ərzində istehlakı bitirilməlidir"
Seymur Qafarov sonda onu da vurğulayıb ki , müəssisələrdə izlənmə sistemi ilə əlaqədar olaraq bu temperatur aralığında verilən qidaların hər saat başında minimum temperaturları ölçülüb qeydi aparılmalıdır. Bu bizə qidanın tərkibindəki temperatur vasitəsilə əmələ gələn dəyişikliklərə nəzarət etmək imkanı verəcəkdir - deyə o bildirib .

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 111   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda avtomobil aşdı - Video

Bakıda gecə saatlarında minik avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, "KIA" markalı 85 CC 085 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb. Nəticədə, avtomobil banı üstə aşıb. Xoşbəxtllikdən ağır xəsarət alan olmayıb

31 avqust
.

İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun növbəti göstəricisi

ŞƏT-in Bişkek sammiti dəyişən dünya nizamı fonunda keçirilir: Azərbaycanın bu platformada fəallaşması siyasi, iqtisadi və nəqliyyat baxımından yeni imkanlar yaradır. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti 2026-cı ilin mühüm beynəlxalq siyasi hadisələrindən biri kimi diqqət çəkir

31 avqust
.

Pensiya ilə bağlı YENİ RƏQƏMLƏR AÇIQLANDI

2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmu

30 avqust
.

Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA

Yeni tədris ili ərəfəsində xüsusilə bölgələrdən Bakıya gələn tələbələr üçün yataqxana məsələsi yenidən gündəmə gəlir. Mövcud yataqxana yerlərinin tələbatı tam qarşılamaması tələbələri daha yüksək kirayə xərcləri ilə üz-üzə qoya bilər. Bəs, tələbə yataqxanalarının sayının artırılması və mövcud binaları

31 avqust
.

Pensiya kapitalı ilə bağlı AÇIQLAMA - Hüququnuz necə müəyyənləşir?

Yaşa görə əmək pensiyası hüququnun müəyyənləşdirilməsində 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı alternativ şərtlər kimi çıxış edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, şəxs qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqd

30 avqust
.

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 30-u saat 10:00-a olan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 30-u saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəy

30 avqust
.

Azərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 10,1 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən 23,9 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 20,

29 avqust
.

Bakının bu ərazilərində QAZ KƏSİLƏCƏK - Ünvanlar AÇIQLANDI

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırm

30 avqust
.

Buna görə 70 manat dövlət rüsumu alınacaq

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. "Unikal" xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyya

30 avqust