Moskva Londona xəbərdarlıq etdi: " Atəşlə oynayırsınız" AÇIQLAMA

Moskva Londona xəbərdarlıq etdi: " Atəşlə oynayırsınız" AÇIQLAMARusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniyanı sərt şəkildə hədələyib. O bildirib ki, Ukraynanın Britaniya silahlarından istifadə etməklə Rusiyaya zərbələri davam edərsə, Ukraynada və onun hüdudlarından kənarda Britaniyaya məxsus hərbi obyektlər və texnika hədəfə alına bilər. Zaxarova həmçinin Londonu "fəlakətli nəticələr" barədə xəbərdar edib. O, bu fikirləri 27 avqust 2026-cı ildə keçirilən Rusiya XİN brifinqində səsləndirib.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib:

"Böyük Britaniyanın Ukraynaya verdiyi pualarla Rusiyanın dərinliklərində strateji obyektləri vurması artıq Moskvanın da Böyük Britaniyaya eyni cavab addımı atacaqlarını göstərir. Hətta, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi də məhz Rusiyanın Böyük Britaniya ilə bağlı cavab addımları atacağından narahatdır. Ona görə bu məsələlər də düşünürəm ki müzakirə olunur".

Politoloq hesab edir ki, Moskva Londonla döyüşə bilməz:
"Ümumiyyətlə tarixdən də, indiyə kimi də Rusiya Böyük Britaniya ilə girdiyi döyüşlərdə həmişə uduzub. Məhz hazırda da əgər Ukrayna məsələsində Böyük Britaniya oyundadırsa, mən hesab edirəm ki, Rusiya bir çox məsələlərdə geri addım atmalıdır. Əgər Putin eskalasiyanı seçərsə, mən düşünürəm ki Rusiya burada məğlub olacaq"

M.Əsədullazadə Avropanın Ukraynaya dəstəyini xüsusi olaraq vurğulayıb:

"Avropanın Ukraynaya dəstəyi kifayət qədər güclüdür, Moskvanın Böyük Britaniyaya qarşı real hərbi addımları demək olar ki, Avropanı bürüyə bilər. Rusiya Böyük Britaniyanın müəyyən gəmilərini həbs edə bilər, amma birbaşa Böyük Britaniya ilə Rusiyanın üzbəüz gəlməsi qeyd etdiyim kimi, Rusiya üçün mənfi nəticələr verə bilər. Bunu Moskvada da bilirlər, mən hesab edirəm ki Mariya Zaxarovanın açıqlaması sadəcə olaraq açıqlama kimi qalacaq. Amma Vaşinqton da buna icazə verməz" deyə o bildirib .

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 334   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bişkek sammiti və Azərbaycanın yeni diplomatik imkanları: Prezident İlham Əliyevin səfəri hansı mesajları verir?

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində iştirakı ölkəmizin fəal və çoxşaxəli xarici siyasətinin növbəti mühüm göstəricisidir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında keçirilən sammitdə 17 ölkənin liderinin, həmçinin BMT-ni

31 avqust
.

Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var" - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb. "Azərbayca

30 avqust
.

Maaş və pensiyalar BU TARİXDƏ ARTACAQ - Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonund

30 avqust
.

Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA

Yeni tədris ili ərəfəsində xüsusilə bölgələrdən Bakıya gələn tələbələr üçün yataqxana məsələsi yenidən gündəmə gəlir. Mövcud yataqxana yerlərinin tələbatı tam qarşılamaması tələbələri daha yüksək kirayə xərcləri ilə üz-üzə qoya bilər. Bəs, tələbə yataqxanalarının sayının artırılması və mövcud binaları

31 avqust
.

Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir

Hazırda ölkə ərazisindəki 100-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. Bu barədə "Report"un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, onlardan 343 nəfəri "Dini etiqad azadlığı haqqında"

30 avqust
.

Bişkek sammiti: Azərbaycanın Avrasiya diplomatiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirakı yeni siyasi və iqtisadi imkanların qapısını açır. Beynəlxalq münasibətlər sisteminin sürətlə dəyişdiyi, yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığı bir dövrdə Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlı

31 avqust
.

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə

31 avqust
.

Bakıda avtomobil aşdı - Video

Bakıda gecə saatlarında minik avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, "KIA" markalı 85 CC 085 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb. Nəticədə, avtomobil banı üstə aşıb. Xoşbəxtllikdən ağır xəsarət alan olmayıb

31 avqust
.

"Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"

Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla

31 avqust