Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA

Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMAYeni tədris ili ərəfəsində xüsusilə bölgələrdən Bakıya gələn tələbələr üçün yataqxana məsələsi yenidən gündəmə gəlir. Mövcud yataqxana yerlərinin tələbatı tam qarşılamaması tələbələri daha yüksək kirayə xərcləri ilə üz-üzə qoya bilər.

Bəs, tələbə yataqxanalarının sayının artırılması və mövcud binaların yenilənməsi üçün hansı addımlar atılmalıdır? Dövlət, universitetlər və özəl sektor bu problemin həllinə necə cəlb oluna bilər və xüsusilə bölgələrdən Bakıya gələn tələbələr üçün əlçatan yataqxana imkanları necə genişləndirilə bilər?
Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanda tələbə yataqxanalarının çatışmazlığı, eləcə də mövcud yataqxanalarda yer məhdudiyyəti tələbələrin yerləşdirilməsi ilə bağlı ciddi problemlər yaradır.

"Bəzi yataqxanalarda Ermənistanın uzunmüddətli işğalı nəticəsində öz doğma torpaqlarından köçkün düşmüş vətəndaşların məskunlaşması da tələbələrin yataqxanalarla təmin olunmasına təsir göstərən amillərdəndir. Mövcud yataqxanaların sayının az olması ilə yanaşı, onların yerləşmə imkanlarının məhdudluğu da tələbələr üçün əlavə çətinlik yaradır. Bu səbəbdən tələbələrin yaşayış məsələsinin həlli üçün ayrıca tələbə şəhərciklərinin yaradılmasına ehtiyac var. Belə şəhərciklərdə yalnız tələbələrin yaşaması üçün nəzərdə tutulan yataqxanaların, sosial və digər zəruri imkanların yaradılması məqsədəuyğun olardı".

Ekspert bildirib ki, bu istiqamətdə özəl sektorun da prosesə cəlb edilməsi mümkündür:

"Özəl şirkətlər və sahibkarlar tələbələr üçün xüsusi yataqxanalar yarada, yaxud mövcud binalarda mənzilləri daha münasib qiymətlərlə tələbələrə kirayə verə bilərlər. Universitetlər də tələbələrin yataqxana ilə təmin olunması məsələsində daha fəal rol oynamalıdır. Çünki xüsusilə bölgələrdən paytaxta təhsil almağa gələn və ya paytaxtdan digər bölgələrə gedən tələbələr üçün yaşayış xərcləri ciddi maliyyə yükü yarada bilər. Tələbələrin münasib qiymətə yaşayış yeri ilə təmin edilməsi onların əlavə kirayə xərcləri ilə üzləşməsinin və təhsil müddətində maliyyə çətinliklərinin azalmasına kömək edə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 627   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

Milli kimliyin qorunması, Azərbaycan həqiqətlərinin təbliği və informasiya təhlükəsizliyinin strateji əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini və teleradionun dövlətçilik tariximizdək

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr
.

Daha bir vəkil həbs edildi

Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c

16 noyabr