STAR NEZ Türkiyədə LPG istehsalında lider olub

STAR NEZ Türkiyədə LPG istehsalında lider olubAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunda (NEZ) 2026-cı ilin iyun ayında 155 min 788,94 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edilib.

Sonxeber.az Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu, Türkiyədəki neft emalı zavodları arasında LPG üzrə ən yüksək istehsal göstəricisidir.

STAR NEZ-də 2025-ci ilin iyun ayında istehsal olunan həcmlə müqayisədə 5,5 dəfə (127 min 260 ton) artım müşahidə olunub.

Hesabata əsasən, bu ilin iyun ayında Türkiyədəki neft emalı zavodlarında LPG üzrə ümumi xalis istehsal həcmi 150 min 223,3 ton təşkil edib. Bu, bir il öncəki iyun ayı ilə müqayisədə müvafiq olaraq 50 min 731 ton və ya 51 % çoxdur.

Müəssisələr üzrə göstəricilərə gəldikdə, TÜPRAŞ İzmir NEZ-də 30 min 022,81 ton, TÜPRAŞ Kırıkkale NEZ-də 2 min 997,55 ton, TÜPRAŞ Batman NEZ-də isə 1 min 748,43 ton LPG istehsal olunub.

TÜPRAŞ İzmit NEZ-də isə LPG üzrə 40 min 334,42 ton mənfi göstərici qeydə alınıb. Mənfi istehsal göstəricisi anbarda olan və ya idxal edilən məhsulun zavodda yenidən xammal kimi istifadə olunmasını ifadə edir.

Beləliklə, STAR NEZ-də qeydə alınan yüksək LPG istehsalı digər zavodlardakı göstəricilərlə birlikdə Türkiyədə iyun ayı üzrə 150 min 223,3 ton xalis LPG istehsalının formalaşmasına səbəb olub.

Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 141   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın kuryer göndərişlərindən gəlirləri 2 dəfə artıb

2025-ci ildə Azərbaycanda sürətli poçt və kuryer göndərişlərindən 24,2 milyon manat gəlir əldə olunub. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən 8,4 % azdır. O cümlədən, hesabat dövründə kuryer göndərişlərindən gəlir 2 dəf

19 avqust
.

Azərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 81,3 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 milyon ABŞ dolları (2,5 dəfə ) çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

18 avqust
.

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 0.56 ABŞ dolları və ya 0.6 % artaraq 93,93 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 93.37 ABŞ dolları təşkil edib

10 avqust
.

İnflyasiya ARTACAQ: Ərzaq qiymətləri BAHALAŞACAQ

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Xüsusilə ərzaq məhsullarında qiymət artımının daha yüksək olması istehlakçıların gündəlik xərclərinə birbaşa təsir göstərir. Bəs, qiymət artımının əsas səbəbləri nələrdir, daha ço

13 avqust
.

Qızıl bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl və gümüşün qiymətlərində artım qeydə alınıb. xəbər verir ki, qızılın fyuçerslərinin qiyməti 0,61 faiz yüksələrək 1 unsiya üçün 4 326 ABŞ dollarına çatıb. Gümüşün fyuçersləri isə 1,49 faiz bahalaşaraq 1 unsiya üçün 62,52 ABŞ dolları təşkil edib

8 avqust
.

STAR NEZ Türkiyədə LPG istehsalında lider olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunda (NEZ) 2026-cı ilin iyun ayında 155 min 788,94 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edilib. Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu, Türkiyədəki neft emal

31 avqust
.

İdxal 27,6% azaldı: Azərbaycanda xaricdən məhsul alışları niyə kəskin düşüb? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanın xarici ticarətində ilin ilk yarısında diqqətçəkən dəyişiklik baş verib. Yanvar-iyun aylarında ölkənin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz azalaraq 8,34 milyard dollar təşkil edib. Rəqəmlər ilk baxışdan Azərbaycanın xaricdən daha az məhsul almağa başladığını göstərsə də

14 avqust
.

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29 milyard 565,8 milyon kubmetr təbii qaz hasil edilib. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 22 milyard 77,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,1 %, əmtəəli

17 avqust
.

Azərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq - 14 % azdır. Hesaba

18 avqust