OQTAY QASIMOV: " Son bir neçə il iki lider arasında ikili görüşlərin keçirilməsi prosesə kifayət qədər ciddi təkan verib"

OQTAY QASIMOV: " Son bir neçə il iki lider arasında ikili görüşlərin keçirilməsi prosesə kifayət qədər ciddi təkan verib"Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün -31 avqust 2026-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə görüşürlər. Görüşün əsas müzakirə mövzuları nələrdir , bu görüş sülh prosesinə hansı yeni impulsu verə bilər?

Siyasi şərhçi Oqtay Qasımov görüşlə bağlı Sonxeber.az-a açıqlama verib:

"Azərbaycan Prezidentinin Bişkekdə Paşinyanla görüşü maraqla gözlənilir və bu görüş artıq başlayıb. Şübhəsiz ki, iki lider arasında müzakirə olunacaq kifayət qədər məsələlər var. Düşünürəm ki, ilk növbədə keçən ilin 8 avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra atılmış addımlar müzakirə olunacaq və bu atılmış addımlarla bərabər həm də gələcək perspektiv müzakirə olunacaq. Nəzərə alsaq ki, keçən il Vaşinqton görüşməsindən sonra tərəflər arasında münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. Azərbaycan Ermənistana tətbiq olunmuş tranzit məhdudiyyətlərini aradan qaldırdı. Artıq Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana yüklər Azərbaycan ərazisindən keçməkdədir. Bundan başqa Azərbaycan Ermənistana yanacaq və enerji məhsulları satmaqdadır, ikitərəfli ticarət artıq başlanıb".

Şərhçiyə görə, liderlərin müzakirə edəcəyi məsələlər bir neçə əsas istiqamətdə olacaq. Həmçinin politoloq hesab edir ki,delimitasiya və demarkasiya prosesi ilə bağlı yeni razılaşmalar əldə oluna bilər:

"Bunlardan birincisi -heç şübhəsiz ki, kommunikasiyaların açılması ilə bağlı məsələ müzakirə olunacaq. Xüsusilə də, Zəngəzur dəhlizi, yəni "Trip" layihəsinin fiziki cəhətdən işlərə başlanması ilə bağlı zaman və digər məsələlər müzakirə olunacaq. Kommunikasiyaların açılması məsələsi, yəni bunun tərkib hissəsi olaraq müzakirə ediləcək, sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı şübhəsiz ki, müzakirələr aparılacaq və bu işin davam etdirilməsi ilə bağlı heç sübhəsiz ki, qərar qəbul olunacaq. Və ən önəmlisi, Ermənistanda referendumun keçirilməsi məsələsi gündəm mövzularından biri olacaq. Çünki bu görüşə qədər son bir həftədə Paşinyan tərəfindən bir neçə çox mühüm və maraqlı açıqlamalar verilib və bu açıqlamalardan da görünən odur ki, Ermənistan baş naziri Azərbaycanla sülh məsələsində kifayət qədər rasional davranır və regionda sülhün əldə olunması üçün imkan daxilində addımlar atmaqla bağlı açıqlamalar verir".

O.Qasımovun sözlərinə görə, bu açıqlamalar Azərbaycanda həm maraqla, həm də müsbət qarşılanıb. Və bu görüşdə də məhz elə o verilmiş mesajların axarına və tonuna uyğun olaraq müzakirə aparılacaq:
"Hər halda son bir neçə il iki lider arasında ikili görüşlərin keçirilməsi prosesə kifayət qədər ciddi təkan verib. Bu da gələcək proseslərin inkişafına mühüm təsir edəcək görüş kimi dəyərləndirilə bilər"

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 197   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vüqar Qurbanovun qohumu işdən çıxarıldı

TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun qohumu işdən çıxarılıb. -a istinadən xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasının direktorunun müavini Camal Qardaşov TƏBİB rəhbərinin əmri ilə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Camal Qardaşov TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun yaxı

1 sentyabr
.

Sentyabrın ilk günü leysan olacaq

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı, şimşək çaxacağ

31 avqust
.

Bərdədə 38 yaşlı qadın 4-cü mərtəbədən yıxıldı

Bərdə şəhərində 38 yaşlı qadın yeddimərtəbəli binanın dördüncü mərtəbəsindən yıxılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə baş verib. Hadisə nəticəsində orada yaşayan Xocalı sakini 1988-ci il təvəllüdlü Hicran Şirinova xəsarət alıb

31 avqust
.

Bişkek sammiti və Azərbaycanın yeni diplomatik imkanları: Prezident İlham Əliyevin səfəri hansı mesajları verir?

Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində iştirakı ölkəmizin fəal və çoxşaxəli xarici siyasətinin növbəti mühüm göstəricisidir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında keçirilən sammitdə 17 ölkənin liderinin, həmçinin BMT-ni

31 avqust
.

Qida təhlükəsizliyi: süfrəmizə gələn məhsullara nə qədər GÜVƏNİRİK? -AÇIQLAMA

Qida təhlükəsizliyi insan sağlamlığının qorunmasının əsas şərtlərindən biridir. Süfrəmizə gələn məhsulun keyfiyyəti, saxlanma şəraiti və hazırlanma qaydaları sağlamlığımıza birbaşa təsir edir. Bəs qida məhsullarının təhlükəsizliyinə nə dərəcədə diqqət edirik? . Mövzu ilə bağlı "Refresh Group"

31 avqust
.

Bakıda avtomobil aşdı - Video

Bakıda gecə saatlarında minik avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, "KIA" markalı 85 CC 085 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb. Nəticədə, avtomobil banı üstə aşıb. Xoşbəxtllikdən ağır xəsarət alan olmayıb

31 avqust
.

Füzulidə qəza, sürücü öldü

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, qəza rayonun Molla Məhərrəmli kəndi ərazisində qeydə alınıb. Rayonun Babı kənd sakini 199-cu il təvəllüdlü Quliyev Sahil Xəlil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətd

31 avqust
.

Prezident İlham Əliyevin Bişkek görüşləri: Azərbaycanın regional liderlik xətti

Prezident İlham Əliyevin beynəlxalq platformadakı görüşləri ölkəmizin regional və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirdi. Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti Azərbaycanın xarici siyasəti baxımından mühüm diplomatik hadisə kimi yadda qalır. Prezident İlham Əliyevi

1 sentyabr
.

Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. xəbər verir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında işləyib. Bildirilib ki, N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

31 avqust