Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaqVeysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, "Araz" Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova və digər məsul şəxslər iştirak ediblər.

Görüşün əsas məqsədi yerli kənd təsərrüfatı məhsullarının pərakəndə satış şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi, tədarük prosesinin daha səmərəli təşkili, fermerlərlə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlərin müzakirəsi olub.

Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun qida təhlükəsizliyi və keyfiyyət məsələləri üzrə müşaviri Şəhla Yusifzadə və "Araz" Supermarketlər Şəbəkəsinin təzə məhsullar üzrə Maliyyə və Mühasibatlıq Departamentinin müdiri Vüqar Quliyev tərəfindən "Meyvə-tərəvəz və ət tədarükü zənciri" mövzusunda təqdimat keçirilib. Təqdimatda kənd təsərrüfatı məhsullarının istehsalçıdan satış nöqtəsinədək keçdiyi mərhələlər, qəbul və saxlanma şərtləri, keyfiyyətə nəzarət mexanizmləri, logistika imkanları və mövcud əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verilib.

Daha sonra tərəflər yerli məhsulların pərakəndə ticarət şəbəkələrində payının artırılması, fermerlərin satış imkanlarının genişləndirilməsi, məhsulların keyfiyyət və təhlükəsizlik standartlarına uyğunluğunun təmin edilməsi, tədarük prosesində dayanıqlılığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Müzakirələrin yekununda Veysəloğlu Şirkətlər Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın sistemli şəkildə davam etdirilməsi, müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması ilə bağlı razılıq əldə olunub.

Bu çərçivədə hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda nazirliyin nümayəndə heyətinə logistika mərkəzinin infrastrukturu, məhsulların qəbulu və saxlanması prosesi, temperatur rejiminə nəzarət sistemi, logistika əməliyyatları və qida təhlükəsizliyi standartları barədə məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaqKənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaqKənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaqKənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaqKənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaqKənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 169   Tarix: 31 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA

Yeni tədris ili ərəfəsində xüsusilə bölgələrdən Bakıya gələn tələbələr üçün yataqxana məsələsi yenidən gündəmə gəlir. Mövcud yataqxana yerlərinin tələbatı tam qarşılamaması tələbələri daha yüksək kirayə xərcləri ilə üz-üzə qoya bilər. Bəs, tələbə yataqxanalarının sayının artırılması və mövcud binaları

31 avqust
.

Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 24-dən 30-dək 29 tank əleyhinə, 161 piyada əleyhinə mina, 689 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlar

31 avqust
.

Bişkek sammiti: Azərbaycanın Avrasiya diplomatiyasında yeni imkanlar və Prezident İlham Əliyevin mühüm missiyası

Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti regionun və bütövlükdə Avrasiyanın siyasi gündəmində mühüm hadisələrdən biri kimi diqqət çəkir. Sammitdə 17 ölkənin dövlət və hökumət başçılarının, həmçinin BMT-nin Baş katibi Antoni

31 avqust
.

Boşandıqdan sonra soyadı dəyişdirmək məcburi deyil - Qanun nə deyir? - VİDEO

Soyad - insanın ümumi bir əcdaddan başlayaraq, müəyyən bir nəslə, soy-kökə və ya ailəyə mənsubluğunu göstərən, nəsildən-nəslə keçən irsi addır. -ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu boşandıqdan sonra soyadı saxlamaq hüququ ilə bağlıdır. Boşandıqdan sonra soyadın dəyişdirilməs

30 avqust
.

650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMA

Tibb ixtisasları üzrə təhsil haqqının azaldılması tələbələr və ailələr üçün maliyyə baxımından müsbət addım olsa da, tibbi təhsilin yüksək xərc tələb edən xüsusiyyətləri səbəbindən keyfiyyət məsələsi də gündəmə gəlir. Xüsusilə klinik təcrübə, laboratoriyalar, simulyasiya imkanları, müasir avadanlıq v

31 avqust
.

Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 179,28 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləğ

30 avqust
.

Bu ərazilərə yağış yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Qusarda 8, Balakən, Qobustand

31 avqust
.

Bakının bu ərazilərində QAZ KƏSİLƏCƏK - Ünvanlar AÇIQLANDI

Sabah Xətai, Sabunçu və Suraxanı rayonlarının bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırm

30 avqust
.

Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ

Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. xəbər verir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında işləyib. Bildirilib ki, N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib

31 avqust