Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildiÖtən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdlü Qüdrət Məlikova hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs sürücülük hüququ olmadan traktorla Gəndob-Yalama yoluna çıxıb. Bu zaman qaydaları pozub və əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə, "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı "VAZ"da olan sərnişinlərdən - 1992-ci il təvəllüdlü Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib. Onun övladı, eləcə də Şabran rayon sakinləri - 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, hadisə günü G.Aslanova övladı, bacısı qızı və digər tanışları ilə birlikdə kənd məktəbində Novruz bayramı şənliyində iştirak ediblər. Onlar kənddən evə qayıdarkən dəhşətli hadisə ilə üzləşiblər.

Məhkəmədə mərhumun həyat yoldaşı qəzaya səbəb olan traktor sürücüsündən şikayətçi olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Qüdrət Məlikov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib. Ona 6 il həbs cəzası verilib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca qandallanıb.
Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar - Sürücü həbs edildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 214   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20 isti, gündü

1 sentyabr
.

Ötən həftə 2048,7 hektar ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə avqustun 24-dən 30-dək 29 tank əleyhinə, 161 piyada əleyhinə mina, 689 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. -ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlar

31 avqust
.

Avtobusdan düşən 15 yaşlı qızı maşın vurdu - Vəziyyəti ağırdır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 15 yaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü G.Q (Ad şərtidir) avtobusdan düşərək yolu keçmə

1 sentyabr
.

Bişkek sammiti: Azərbaycanın Avrasiya diplomatiyasında yeni imkanlar və Prezident İlham Əliyevin mühüm missiyası

Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti regionun və bütövlükdə Avrasiyanın siyasi gündəmində mühüm hadisələrdən biri kimi diqqət çəkir. Sammitdə 17 ölkənin dövlət və hökumət başçılarının, həmçinin BMT-nin Baş katibi Antoni

31 avqust
.

Bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb?

Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddialar yayılıb. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, qeyd edilən məsələ ilə bağlı idarə tərəfindən müvafiq araşdırm

1 sentyabr
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

31 avqust
.

Bakıda "Lavinia Couture" geyim mağazasının açılışı olub

Bakıda yeni geyim mağazası fəaliyyətə başlayıb. BİG.AZ xəbər verir ki, "Lavinia Couture" geyim mağazasının açılışı Mirəli Qaşqay küçəsi 36 ünvanında baş tutub. Açılış mərasimində mağazanın təqdim etdiyi geyim kolleksiyaları qonaqlara nümayiş etdirilib. Yeni mağazada müasir dəb trendlərinə uyğu

1 sentyabr
.

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın qlobal diplomatiyada artan rolu

Prezident İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycanın regional və qlobal proseslərdə artan rolunun mühüm göstəricisidir. Dünya siyasətində geosiyasi proseslərin sürətlə dəyişdiyi, yeni əməkdaşlıq formatlarının meydana çıxdığı və dövlətlərarası münasibətlər sistemində çoxqütblülüyün gücləndiy

31 avqust
.

DSMF iyulda 21 min vətəndaşın müraciətini cavablandırıb

Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 20 994 vətəndaş müraciətini cavablandırıb. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, onlardan 18 883-ü rəsmi məktu

31 avqust