"Twitter" geri qayıdır?
ABŞ-ın "Operation Bluebird" startapı "Twitter.now" adlı yeni sosial şəbəkəni istifadəyə verib.
Axşam.az "TechCrunch"a istinadən xəbər verir ki, layihənin təsisçiləri arasında "Twitter"in əmtəə nişanları üzrə keçmiş hüquqşünası Stiven Kouts da yer alır.
Platformanın əsas fərqi süni intellekt əsaslı VERA moderasiya sistemidir. Sistem paylaşımlardakı iddiaları yoxlayır, mənbə və kontekst təqdim edir, həmçinin məlumatlara etibarlılıq reytinqi verir. İstifadəçilər aşağı reytinqli məzmunu filtrləmək üçün öz limitlərini müəyyən edə bilirlər.
Hazırda test mərhələsində olan platformaya erkən giriş 20 dollardır. Xidmətin mobil tətbiqləri isə hələ təqdim edilməyib.
Operation Bluebird eyni zamanda "Twitter" brendinin hüquqları uğrunda X Corp. ilə məhkəmə çəkişməsi aparır. Şirkət hesab edir ki, "Twitter"in "X" olaraq rebrendinqindən sonra əvvəlki əmtəə nişanına dair bəzi hüquqlar qüvvədən düşüb. X Corp. isə bu iddianı qəbul etmir.
Mübahisə ilə bağlı yekun məhkəmə qərarı hələ verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 324 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın ilk günü leysan olacaq
Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı, şimşək çaxacağ
31 avqustMoskva Londona xəbərdarlıq etdi: " Atəşlə oynayırsınız" AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniyanı sərt şəkildə hədələyib. O bildirib ki, Ukraynanın Britaniya silahlarından istifadə etməklə Rusiyaya zərbələri davam edərsə, Ukraynada və onun hüdudlarından kənarda Britaniyaya məxsus hərbi obyektlər və texnika hədəfə alına bilər. Zaxarov
31 avqustBu ərazilərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Qusarda 8, Balakən, Qobustand
31 avqustAzərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ
Həkim-dermatoloq Nofəl İbrahimov vəfat edib. xəbər verir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında işləyib. Bildirilib ki, N.İbrahimov səhiyyə sahəsində uzun illər fəaliyyət göstərib
31 avqust650-yə yaxın bal toplayan abituriyentlər bu səbəbdən KƏNARDA QALIR - AÇIQLAMA
Tibb ixtisasları üzrə təhsil haqqının azaldılması tələbələr və ailələr üçün maliyyə baxımından müsbət addım olsa da, tibbi təhsilin yüksək xərc tələb edən xüsusiyyətləri səbəbindən keyfiyyət məsələsi də gündəmə gəlir. Xüsusilə klinik təcrübə, laboratoriyalar, simulyasiya imkanları, müasir avadanlıq v
31 avqustBərdədə 38 yaşlı qadın 4-cü mərtəbədən yıxıldı
Bərdə şəhərində 38 yaşlı qadın yeddimərtəbəli binanın dördüncü mərtəbəsindən yıxılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 588 saylı qəsəbədə baş verib. Hadisə nəticəsində orada yaşayan Xocalı sakini 1988-ci il təvəllüdlü Hicran Şirinova xəsarət alıb
31 avqustBakıda avtomobil aşdı - Video
Bakıda gecə saatlarında minik avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, "KIA" markalı 85 CC 085 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb. Nəticədə, avtomobil banı üstə aşıb. Xoşbəxtllikdən ağır xəsarət alan olmayıb
31 avqustTələbələrin yataqxana problemi necə həll edilməlidir? - AÇIQLAMA
Yeni tədris ili ərəfəsində xüsusilə bölgələrdən Bakıya gələn tələbələr üçün yataqxana məsələsi yenidən gündəmə gəlir. Mövcud yataqxana yerlərinin tələbatı tam qarşılamaması tələbələri daha yüksək kirayə xərcləri ilə üz-üzə qoya bilər. Bəs, tələbə yataqxanalarının sayının artırılması və mövcud binaları
31 avqust