"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!

"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.

Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səlim Krimanla əlbir olaraq bankdan ümumilikdə 21 874 milyon manat krediti qanunsuz çıxarmaqda təqsirli bilinirdi.

Cəlilov özü təqsirli olmadığını və kreditin çox hissəsinin ona çatmadığını deyirdi.

Yeri gəlmişkən Çingiz Cəlilov məşhur "Yol əhvalatı" filminin ssenari müəllifi Asim Cəlilovun oğludur.

Qeyd edək ki, Ç.Cəlilov 2017-ci ilin iyul ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırılma nəticəsində həbs olunmuşdu.

İttihama görə, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu "Bank Standard" QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdiriblər.

Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Görünür vaxtilə ya apellyasiya və Ali Məhkəmələr onun cəzasını azalıb, ya da Ç.Cəlilov vaxtından əvvəl azadlığa buraxılıb.

Onu da qeyd edək ki, Azərbaycanın Xalq artisti Röya Ayxan Ç.Cəlilovun oğlu Anar Cəlilovla ailəli olub. Onlar 2014-cü ildə boşanıb.
"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 343   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq

Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyya

2 sentyabr
.

Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu

Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o şəxsi instaqram hesabında 30 il əvvəl çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Aktyor arxiv görüntüsünə "30 ilin şəkli" şərhini yazıb. Onun uşaqlıq şəkili sosial şəbəkə istifadəçilərinin böyük marağın

1 sentyabr
.

"Mehriban xanım Əliyevanın təşəbbüsü tibb işçilərinin əməyinə verilən yüksək dəyərin ifadəsidir" - Təranə Paşayeva

Səhiyyə işçilərinin əməkhaqlarının artırılması dövlətin tibb sahəsinə və bu sahədə çalışan insanlara göstərdiyi diqqət və qayğının mühüm göstəricisidir. Sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü isə xüsusilə diqqət çəkir.B

2 sentyabr
.

BBC və CNN-ə sərt mesaj: Azərbaycanı qaralamaqla həqiqəti dəyişmək mümkün deyil

Son dövrlər bəzi beynəlxalq media qurumlarının Azərbaycanla bağlı təqdim etdiyi materiallarda obyektivlik, balans və faktlara hörmət prinsiplərinin ciddi şəkildə pozulması narahatlıq doğurur. Xüsusilə BBC və CNN kimi qlobal auditoriyaya malik media qurumlarının Azərbaycanla bağlı birtərəfli və qərəzl

2 sentyabr
.

Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər

"Bu tip mənzillərin sayı çox deyil. Xüsusən söhbət yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan mənzillərdən gedir. Bu evlərin böyük bir qismi əvvəlki illərdə inşa edilmiş köhnə tikililərdə yerləşir". -in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

2 sentyabr
.

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd

1 sentyabr
.

"Azərbaycanı hədəfə alan informasiya kampaniyalarına qarşı faktlarla cavab verilməlidir" - Deputat

"Son dövrlərdə bəzi beynəlxalq media qurumlarının Azərbaycanla bağlı yaydığı materiallarda ciddi suallar doğuran məqamlar müşahidə olunur. Xüsusilə CNN-in 5 iyun 2026-cı il tarixli materialında Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat məqsədləri üçün istifadə edilməs

2 sentyabr
.

"Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür..." - Bağçadakı qalmaqalın detalları - Yenilənib

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir. "Qafqazinfo"nun məlumatına görə, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb. Validey

2 sentyabr
.

Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb. BİG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilə

2 sentyabr