"Azərbaycanı hədəfə alan informasiya kampaniyalarına qarşı faktlarla cavab verilməlidir" - Deputat

"Azərbaycanı hədəfə alan informasiya kampaniyalarına qarşı faktlarla cavab verilməlidir" - Deputat"Son dövrlərdə bəzi beynəlxalq media qurumlarının Azərbaycanla bağlı yaydığı materiallarda ciddi suallar doğuran məqamlar müşahidə olunur. Xüsusilə CNN-in 5 iyun 2026-cı il tarixli materialında Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat məqsədləri üçün istifadə edilməsi barədə iddiaların yer alması qəbuledilməz informasiya yanaşmasıdır".

Bunu Sonxeberə.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan dövləti dəfələrlə ölkə ərazisinin hər hansı üçüncü dövlət tərəfindən başqa dövlətə qarşı hərbi, kəşfiyyat və ya digər düşmənçilik məqsədləri ilə istifadəsinə yol vermədiyini bəyan edib:

Azərbaycan tərəfi CNN-in materialında irəli sürülən iddiaları əsassız hesab etdiyini açıqlayıb".

Deputatın sözlərinə görə, beynəlxalq media qurumlarının əsas vəzifəsi sensasiya yaratmaq deyil, cəmiyyətə yoxlanılmış və balanslı informasiya təqdim etməkdir:

"CNN kimi dünyanın aparıcı media qurumlarından birinin anonim mənbələrə əsaslanan və Azərbaycan tərəfindən açıq şəkildə təkzib edilən ciddi iddiaları yayması böyük məsuliyyət tələb edir. Azərbaycan tərəfi materialın dərcindən əvvəl də öz mövqeyini bildirib. Sonradan isə həmin məlumatların geri götürülməsi və düzəliş edilməsi tələb olunub. Buna baxmayaraq, məsələ ilə bağlı nəticənin əldə olunmaması haqlı suallar doğurur".

Deputat qeyd edib ki, bu məsələ yalnız Azərbaycan-CNN münasibətləri çərçivəsində qiymətləndirilməməlidir. Söhbət beynəlxalq media standartlarından və jurnalistikanın məsuliyyətindən gedir.
"Azərbaycan haqqında yazan istənilən xarici media qurumu bilməlidir ki, ölkəmizin mövqeyi dəqiq və obyektiv şəkildə təqdim edilməlidir. Dövlətin beynəlxalq nüfuzuna xələl gətirə biləcək ciddi iddialar yalnız anonim mənbələrin söylədikləri ilə deyil, konkret fakt və sübutlarla əsaslandırılmalıdır. Əks halda informasiya ilə manipulyasiya arasında təhlükəli sərhəd yaranır".

Deputat BBC-nin Azərbaycanla bağlı materiallarına münasibətdə də eyni prinsipin tətbiq edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq media qurumlarının fəaliyyətinə münasibət emosiyalar üzərindən deyil, konkret materialların məzmunu, mənbələri və faktoloji əsasları üzərindən formalaşdırılmalıdır.

"BBC və CNN kimi qlobal auditoriyaya malik media platformalarının yaydığı hər bir məlumatın təsir gücü böyükdür. Ona görə də belə qurumların Azərbaycan haqqında hazırladığı materiallarda obyektivlik, balans və faktların yoxlanılması xüsusilə vacibdir. Tənqid başqa məsələdir, təsdiqlənməmiş ittihamların fakt kimi təqdim olunması isə tamam başqa məsələdir".

Deputat hesab edir ki, Azərbaycan informasiya məkanında öz mövqeyini daha fəal və peşəkar şəkildə müdafiə etməlidir:

"Biz beynəlxalq medianın tənqidindən qorxmamalıyıq. Əksinə, obyektiv və əsaslandırılmış tənqiddən nəticə çıxarmaq mümkündür. Amma ölkəmizə qarşı həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda buna da susmaq olmaz. Ən düzgün cavab faktlar, hüquqi mexanizmlər və peşəkar informasiya siyasətidir".

O, bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun qorunması yalnız diplomatik müstəvidə deyil, informasiya müstəvisində də mühüm əhəmiyyət daşıyır:

"Bu gün informasiya savaşı dövlətlərarası münasibətlərin mühüm elementlərindən birinə çevrilib. Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə daha geniş çatdırmalı, ölkə haqqında yayılan yanlış məlumatlara operativ və faktlarla əsaslandırılmış cavab verməlidir. Bizim ən güclü silahımız emosional ittihamlar deyil, həqiqət, fakt və hüquqdur".

Deputatın fikrincə, Azərbaycanı hədəfə alan istənilən informasiya kampaniyasına qarşı ən effektiv mübarizə ölkənin əldə etdiyi siyasi, iqtisadi, diplomatik və sosial nəticələrin beynəlxalq auditoriyaya düzgün təqdim edilməsidir.

"Azərbaycan artıq regional proseslərin passiv müşahidəçisi deyil, mühüm aktorlarından biridir. Ölkəmizin artan beynəlxalq nüfuzu müəyyən dairələrdə narahatlıq yarada bilər. Buna görə də informasiya müstəvisində müxtəlif cəhdlərin olması mümkündür. Lakin Azərbaycan dövləti öz siyasətini şantaj və qarayaxma kampaniyaları ilə deyil, beynəlxalq hüquq, milli maraqlar və faktlar əsasında həyata keçirir. Eyni prinsip media fəaliyyətinə də şamil olunmalıdır".

Deputat vurğulayıb ki, Azərbaycanla bağlı material hazırlayan beynəlxalq media qurumları ölkənin mövqeyini dəqiq və tam təqdim etməli, ciddi iddiaları yoxlanılmış faktlarla əsaslandırmalı və jurnalistikanın peşəkar prinsiplərinə sadiq qalmalıdır.

"Azərbaycanın haqq səsini boğmaq mümkün deyil. Həqiqət gec-tez öz sözünü deyir. Bizim vəzifəmiz isə həmin həqiqəti faktlarla, peşəkarlıqla və hüquqi müstəvidə dünya ictimaiyyətinə çatdırmaqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 322   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan dövləti qanunla idarə olunur - şantaj və böhtanlarla yox" - David Seliverstov

David Seliverstov: "Haqqımda iddiası olan hər kəs fakt və sübutlarla çıxış etsin". Son günlər adım ətrafında müxtəlif media resurslarında silsilə materiallar dərc olunur. Həmin yazılarda mənim şəxsiyyətim, fəaliyyətim, təmsil etdiyim qurumlar və ictimai mövqeyimlə bağlı müxtəlif iddialar səsləndirilir

2 sentyabr
.

Bakıda "cin çıxaran" qadın saxlanıldı - Cinayət işi açıldı

Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib. Elan sahibi zərərçəkəni övladındakı "cini çıxaracağı"

2 sentyabr
.

Bu tarixədək şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 1-i gündüzdən 2-si axşamadək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal

1 sentyabr
.

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd

1 sentyabr
.

Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri

Bişkek diplomatiyası: Azərbaycanın artan beynəlxalq çəkisi və Prezident İlham Əliyevin mühüm görüşləri. ŞƏT sammiti Azərbaycanın regional və qlobal gündəlikdə mövqeyini daha da möhkəmləndirən mühüm diplomatik platformaya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekə işgüza

1 sentyabr
.

Düşmənin dilini də öyrənməliyik - MAHİRƏ HÜSEYNOVA

Azərbaycanda bir sıra ali təhsil müəssisələrində erməni dilinin tədrisinə başlanılması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəziləri düşmən ölkənin dilinin öyrədilməsini zəruri hesab etməsə də, məsələyə tarix, elm, diplomatiya və milli maraqlar baxımından yanaşdıqda erməni dilini bilən mütəxəssislər

2 sentyabr
.

Elcan Rəsulovun 30 il əvvəlki FOTOsu

Tanınmış aktyor Elcan Rəsulov sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o şəxsi instaqram hesabında 30 il əvvəl çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Aktyor arxiv görüntüsünə "30 ilin şəkli" şərhini yazıb. Onun uşaqlıq şəkili sosial şəbəkə istifadəçilərinin böyük marağın

1 sentyabr
.

BBC və CNN-ə sərt mesaj: Azərbaycanı qaralamaqla həqiqəti dəyişmək mümkün deyil

Son dövrlər bəzi beynəlxalq media qurumlarının Azərbaycanla bağlı təqdim etdiyi materiallarda obyektivlik, balans və faktlara hörmət prinsiplərinin ciddi şəkildə pozulması narahatlıq doğurur. Xüsusilə BBC və CNN kimi qlobal auditoriyaya malik media qurumlarının Azərbaycanla bağlı birtərəfli və qərəzl

2 sentyabr
.

"Çudo peçka"nın sahibi, Röyanın eks-qaynatası azadlığa çıxdı - 9 il sonra ..!

Xalq artisti Röyanın eks-qaynatası, məşhur "Çudo peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilov 9 il sonra azadlığa çıxıb. Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb. Çingiz Cəlilov "Bank Standard"ın ovaxtkı İdarə Heyətinin sədri Səli

2 sentyabr