Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirir

Azərbaycanın ŞƏT ilə əlaqələri ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını nümayiş etdirirŞanxay Əməkdaşlıq Təşkilatı bu gün dünya miqyasında mühüm əhəmiyyətə malik, nüfuzlu platformalardan birinə çevrilib. Təşkilatın gündəliyində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika və humanitar əlaqələr kimi qlobal əhəmiyyət daşıyan məsələlər dayanır. Bu baxımdan, dünyanın aparıcı dövlətlərinin təmsil olunduğu belə bir platformada yüksəksəviyyəli siyasi dialoqun və iqtisadi əlaqələrin formalaşması Avrasiya məkanında yeni əməkdaşlıq imkanları yaradır.

ŞƏT üzv ölkələri dünya əhalisinin və qlobal iqtisadiyyatın əhəmiyyətli hissəsini əhatə edir. Bu göstəricilər təşkilatın yalnız Avrasiya ilə məhdudlaşmayan, daha geniş coğrafiyada siyasi və iqtisadi proseslərə təsir imkanlarının olduğunu göstərir. Belə bir platformada Azərbaycanın iştirakı ölkəmizin xarici siyasətinin çoxvektorlu xarakterini və beynəlxalq əməkdaşlıq imkanlarını bir daha nümayiş etdirir.

Azərbaycan ŞƏT-ə üzv ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malikdir. Ölkəmizin bu platformadakı əsas üstünlüklərindən biri enerji və nəqliyyat-logistika sahələrində malik olduğu imkanlardır. Azərbaycan həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutlarının inkişafına mühüm töhfə verir. Xüsusilə Orta Dəhliz Azərbaycanın Avrasiyanın nəqliyyat xəritəsində rolunu daha da artırır. Bu dəhliz artıq yalnız yükdaşımalar üçün nəqliyyat marşrutu deyil, eyni zamanda enerji, rəqəmsal kommunikasiya və digər strateji layihələrin reallaşdırıldığı mühüm bağlantı xəttinə çevrilir.

Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığının digər mühüm istiqaməti enerji təhlükəsizliyidir. Ölkəmizin təbii qaz ixrac coğrafiyasının genişlənməsi və enerji resurslarının müxtəlif istiqamətlərə nəql olunması Azərbaycanın Avrasiyanın enerji təhlükəsizliyində rolunu gücləndirir. Nəqliyyat və enerji layihələrinin paralel inkişafı isə Azərbaycanın regionlararası bağlantılarda strateji mövqeyini möhkəmləndirir. Eyni zamanda, Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi, eləcə də Türk Dövlətləri Təşkilatının fəaliyyəti bu prosesdə əlavə dinamika yaradır. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında formalaşan sıx əlaqələr Cənubi Qafqazı Mərkəzi Asiya ilə daha yaxından bağlayır. Bu isə həm ŞƏT çərçivəsində, həm də digər regional və beynəlxalq platformalarda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.

Azərbaycanın müxtəlif çoxtərəfli formatlarda fəal iştirakı ölkəmizə həm milli maraqlarına uyğun iqtisadi və strateji layihələri təşviq etmək, həm də regional əməkdaşlığa töhfə vermək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı tərəfdaş və mühüm bağlantı ölkəsi kimi mövqeyini daha da gücləndirir. Bu baxımdan, ŞƏT Azərbaycan üçün mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır. Belə platformalarda aparılan görüşlər və qurulan yeni əlaqələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlığın genişlənməsinə və gələcəkdə yeni iqtisadi layihələrin reallaşdırılmasına əlavə imkanlar yaradır.

Cavid Fərhadov - ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 187   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlı rejissorun xaricdə oğlu üzə çıxdı - 90 yaşı var

"Əlisəttar Atakişiyevin oğlu ilə bu günlərdə qohumlardan biri əlaqə saxlamışdı. Onların arasında telefon danışığı olub. Bilirsiniz ki, Əlisəttar Atakişiyevin filmləri bu gün efirlərdə nümayiş etdirilir və onun adına qonorar yazılır. Kinogildiyadan yığmışdılar ki, qonorarı onun oğluna necə çatdıraq

14 sentyabr
.

Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı

"Məktəblərdə dərs saatlarının dəyişdirilməsi çox mürəkkəb prosesdir". Qaynarinfo xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bunu valideynlərin uşaqlarını məktəbə qoyub işə getməsi ilə əlaqələndirib. O əlavə edib ki, dərs saatlarını

14 sentyabr
.

Sükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR

Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya

15 sentyabr
.

Onlayn oyunlar uşaqlar üçün CİDDİ TƏHLÜKƏ yaradır - AÇIQLAMA

Onlayn oyunlar uşaqlar üçün əyləncə və sosial ünsiyyət vasitəsi olsa da, bəzi platformalarda onların yaşına uyğun olmayan məzmun, aqressiv davranışları təşviq edən materiallar və müxtəlif təhlükəli çağırışlarla qarşılaşmaq mümkündür. Belə məzmun uşağın emosional vəziyyətinə, davranışına və gündəlik həyatın

15 sentyabr
.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

Bakıda yeniyetmənin müəmmalı ölümündə "Roblox" izi - Baş Prokurorluqdan çağırış

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq valideynlərə çağırış edib. İlkin araşdırma zamanı yeniyetmənin həyatına son qoymaq məqsədilə hündürmərtəbəl

14 sentyabr
.

165 saylı uşaq bağçasında Bilik Günü qeyd edildi - FOTO - VİDEO

Bakıda yerləşən 165 saylı uşaq bağçasında yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü qeyd olunub. Tədbir zamanı uşaqlara yeni tədris ilinin başlanması ilə bağlı xoş arzular çatdırılıb, onların məktəbəqədər təhsil mərhələsində yeni bilik və bacarıqlar qazanmalarının əhəmiyyəti vurğulanıb. Bayra

15 sentyabr
.

Fuad Əliyevə vəzifə verildi

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC-də yeni təyinat olub. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fuad Əliyev "Aqrar Tədarük və Təchizat" ASC-nin İnzibat

14 sentyabr
.

Xalq artisti Zaur Rzayevdən xəbər var

Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından sentyabrın 11-i axşam saatlarında evə buraxılıb. Bu barədə Qaynarinfo-ya xəstəxanadan məlumat verilib. Qeyd edək ki, Xalq artisti 05.09.2026-cı il tarixində saat 20:50 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsin

14 sentyabr