Düşmənin dilini də öyrənməliyik - MAHİRƏ HÜSEYNOVA

Düşmənin dilini də öyrənməliyik - MAHİRƏ HÜSEYNOVAAzərbaycanda bir sıra ali təhsil müəssisələrində erməni dilinin tədrisinə başlanılması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Bəziləri düşmən ölkənin dilinin öyrədilməsini zəruri hesab etməsə də, məsələyə tarix, elm, diplomatiya və milli maraqlar baxımından yanaşdıqda erməni dilini bilən mütəxəssislərə ehtiyacın kifayət qədər ciddi olduğu görünür.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən filoloq alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Nağı qızı hesab edir ki, erməni dilinin tədrisinə ehtiyac olub-olmaması ətrafında mübahisə aparmaq belə düzgün yanaşma deyil. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qonşu dövlətlərdir və bu coğrafi reallıq dəyişmir. Bu baxımdan qonşunun dilini bilmək Azərbaycanın milli maraqları baxımından mühüm əhəmiyyət daşıyır:

"İnsanın dostunun da, düşməninin də dilini bilməsi onu zəiflətmir, əksinə, gücləndirir. Xüsusilə Azərbaycan kimi mürəkkəb tarixi və geosiyasi proseslərin mərkəzində yerləşən ölkə üçün qonşu dövlətin dilini bilən tarixçi, filoloq, diplomat, araşdırmaçı və digər mütəxəssislərin hazırlanması strateji əhəmiyyət daşıyır. Erməni dilinin öyrənilməsinin ən mühüm səbəblərindən biri Qərbi Azərbaycanın tarixi irsinin araşdırılmasıdır. Azərbaycan Prezidentinin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasında ziyalılarla görüşündən sonra bu istiqamətdə ölkədə mühüm elmi və tədris prosesi formalaşmışdır. Bir sıra universitetlərdə Qərbi Azərbaycanın tarixi, coğrafiyası, folkloru, etnoqrafiyası, toponimikası və digər istiqamətlər üzrə tədris və araşdırmalar aparılır".

Alim hesab edir ki, bu araşdırmaların elmi səviyyəsinin yüksəldilməsi üçün erməni dilini bilən yeni nəsil mütəxəssislərin hazırlanması zəruridir. Çünki Qərbi Azərbaycanın tarixi ilə bağlı materialların, müxtəlif sənədlərin, arxiv məlumatlarının və mənbələrin əhəmiyyətli hissəsi erməni dilindədir. Həmin mənbələri orijinaldan oxumadan onların məzmununu tam və hərtərəfli araşdırmaq mümkün deyil:

Özümüzü tanımaq, öz tarixi torpaqlarımızı öyrənmək və həmin torpaqlarla bağlı həqiqətləri elmi şəkildə ortaya qoymaq üçün erməni dilini bilməliyik. Tarix boyu Azərbaycan əraziləri ilə bağlı müxtəlif yer adlarının, yaşayış məntəqələrinin, küçələrin, körpülərin, karvansaraların və digər coğrafi adların dəyişdirilməsi proseslərini araşdırmaq üçün erməni dilində olan sənədlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə yalnız Azərbaycan dilində mövcud olan məlumatlarla kifayətlənmək düzgün deyil. Prosesin digər tərəfinin, yəni erməni mənbələrinin və sənədlərinin də araşdırılması lazımdır. Xüsusilə, Qərbi Azərbaycanın tarixi ilə bağlı erməni arxivlərində saxlanılan sənədlərin, mənbələrin və müxtəlif qərarların araşdırılması üçün erməni dilini bilən gənc tədqiqatçıların yetişdirilməsi vacibdir. Ermənistan adlanan ərazidə aparılmış siyasətin hansı sənədlərdə, hansı qərarlarda və hansı mənbələrdə öz əksini tapdığını bilmək istəyiriksə, həmin mənbələri oxumağı bacarmalıyıq. Bunun üçün isə erməni dilini bilmək lazımdır

Alim diqqətə çatdırıb ki, vaxtilə Qərbi Azərbaycandan olan və erməni dilini bilən ziyalıların bir qismi bu sahədə mühüm işlər görüblər. Lakin həmin nəsil tədricən sıradan çıxır və buna görə də onların yerini tutacaq yeni mütəxəssislərin hazırlanmasına ehtiyac var. Bu gün əsas vəzifələrdən biri həmin elmi ənənəni davam etdirmək və yeni nəsil araşdırmaçıların hazırlanmasını təmin etməkdir.

Mahirə Nağı qızı erməni dilinin yalnız tarix və arxiv araşdırmaları baxımından deyil, diplomatiya və gələcək regional münasibətlər baxımından da vacib olduğunu düşünür:

"Azərbaycan Ermənistanla sülh münasibətlərinin qurulmasına çalışdığı bir mərhələdə qonşu ölkənin dilini bilən mütəxəssislərin olması diplomatik imkanları da genişləndirə bilər. Biz bu gün sülh şəraitinə doğru gedirik. Amma sülh o demək deyil ki, tarixi bilməməliyik. Əksinə, sülhü daha sağlam qurmaq üçün bir-birimizi, bir-birimizin tarixini, ədəbiyyatını, düşüncə tərzini və mənbələrini bilməliyik. Bu mənada erməni dilini bilmək Azərbaycan üçün təkcə Ermənistanı öyrənmək anlamına gəlmir. Bu, həm də Azərbaycan tarixinin müəyyən dövrlərinə aid mənbələrə birbaşa çıxış əldə etmək, tarixi faktları müqayisəli şəkildə araşdırmaq və elmi mübahisələrdə mövqeyini ilkin mənbələr əsasında ortaya qoymaq imkanıdır. Azərbaycan müxtəlif dilləri öyrənən ölkədir və bunun arxasında yalnız xarici dil bilmək məqsədi dayanmır. İngilis, rus, fransız və digər dillərin öyrənilməsi necə siyasi, iqtisadi, elmi və mədəni zərurətdirsə, Ermənistanla qonşuluq münasibətləri fonunda erməni dilinin öyrənilməsi də Azərbaycanın milli maraqları baxımından ayrıca əhəmiyyət kəsb edir".

O hesab edir ki, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində erməni dilinin öyrənilməsi ilə bağlı istiqamətlərin formalaşması bu baxımdan müsbət addımdır. Bununla yanaşı, erməni dili üzrə hazırlanan tələbələrin Qərbi Azərbaycanın tarixi, coğrafiyası, folkloru, toponimikası və onomastikası ilə bağlı fənlərlə paralel şəkildə tanış olmaları onların gələcək fəaliyyətinin daha səmərəli qurulmasına imkan verə bilər:
Erməni dilini öyrənmədən Qərbi Azərbaycanla bağlı apardığımız tədrisin və araşdırmaların keyfiyyətini tam təmin etmək çətin olar. Çünki mənbələrin əksəriyyətinə çıxış üçün həmin dili bilmək lazımdır. Erməni dilini öyrənən gənclər gələcəkdə tarixçi, filoloq, diplomat, arxivşünas, politoloq və digər sahələr üzrə mütəxəssis kimi fəaliyyət göstərə, həm Azərbaycan tarixinin araşdırılmasına, həm də Ermənistanla bağlı informasiya və mənbə bazasının daha dərindən öyrənilməsinə töhfə verə bilərlər. Düşmənin dilini öyrənməyə ehtiyac yoxdur yanaşması milli maraqlar baxımından doğru deyil. Əksinə, qarşı tərəfin dilini bilmək onun tarixini, mənbələrini, ədəbiyyatını, təhsil sistemini və ictimai düşüncəsini daha yaxşı anlamağa imkan verir. Düşmənin dilini də öyrənməliyik. Bu, bizə bir çox cəhətlərdən vacibdir, - deyə Mahirə Nağı qızı fikrini yekunlaşdırıb.

Beləliklə, erməni dilinin ali məktəblərdə tədrisi məsələsinə yalnız düşmənin dili prizmasından yanaşmaq əslində problemin mahiyyətini daraltmaq olardı. Burada söhbət ilk növbədə elmi araşdırma imkanlarından, tarixi mənbələrə çıxışdan, milli yaddaşın qorunmasından, diplomatik hazırlıqdan və regionu daha dərindən tanımaqdan gedir. Bir xalqın dilini bilmək həmin xalqın mövqeyini qəbul etmək deyil; əksinə, onun nə dediyini, nə yazdığını və hansı mənbələrə söykəndiyini birbaşa oxuya bilməkdir. Tarixi həqiqətləri qorumağın ən güclü yollarından biri də mənbəyə hakim olmaqdır. Mənbəyə hakim olmaq üçün isə onun dilini bilmək lazımdır.

Lalə Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 583   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsi iştirakçısı daşlara həkk olunan məsuliyyətsizlikdən danışdı: "Şəhidlərin adları qəlbimizə yazılıb" - FOTO - VİDEO

Qayaya yox, yaddaşa ad yazmaq istəyənlər Şuşada qanını axıtdı. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından daha çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərimizin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz b

5 sentyabr
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

6 sentyabr
.

"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i

7 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

7 sentyabr
.

FHN-dən əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, yağıntıları

6 sentyabr
.

II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)

II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey

7 sentyabr
.

Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də yeni təyinat olub. xəbər verir ki, qurumun Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə Elvin Məmmədzadə təyin olunub. Qeyd edək ki, E.Məmmədzadə sözügedən təyinata qədər Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) inzibati işlər üzr

7 sentyabr
.

Bəzi yerlərə leysan yağır, güclü külək əsir

Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin sentyabrın 6-sı axşamdan bəzi rayonlarda yağış yağır, şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 10:00-a olan məlumatında qeyd edilib. Düşə

7 sentyabr
.

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN

Təhsilverənlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barəd

6 sentyabr