Boşanmadan da aliment almaq MÜMKÜNDÜR - AÇIQLAMA
Ailə münasibətlərində nikahın davam etməsi valideynlərin uşağın saxlanılması ilə bağlı öhdəliyini aradan qaldırmır. Valideynlərdən biri uşağın maddi təminatında iştirak etmədikdə, boşanma rəsmiləşdirilmədən də aliment tələb etmək mümkündür. Bunun üçün mütləq boşanma prosesinin başlanması tələb olunmur. Aliment tərəflərin razılaşması əsasında və ya məhkəmə qaydasında tutula bilər.
Bəs, boşanma rəsmiləşdirilmədən aliment tələb etmək hansı hallarda mümkündür, bunun üçün məhkəməyə necə müraciət edilməlidir və alimentin məbləği hansı meyarlar əsasında müəyyənləşdirilir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cvanşir Qasımzadə bildirib ki, nikahın pozulması ilə bağlı iddia qaldırmadan da aliment tələb etmək mümkündür.
"Nikahın pozulması və aliment tələbi adətən eyni iş çərçivəsində nəzərdən keçirilsə də, hüquqi baxımdan bunlar bir-birindən müstəqil tələblərdir. Şəxs nikahı pozmadan aliment almaq istəyirsə, bunun üçün ərazi aidiyyəti üzrə mediasiyaya müraciət edə bilər. Mediasiya prosesində tərəflər arasında razılaşma əldə olunmadığı halda, müvafiq arayışla məhkəməyə müraciət etmək mümkündür. Məhkəmə qaydasında da nikah pozulmadan aliment tutulması mümkündür. Əgər sübut olunarsa ki, valideyn uşaqlarının saxlanılmasında iştirak etmir və onların təminatını həyata keçirmir, məhkəmə həmin şəxsdən uşaqların xeyrinə aliment tutulmasına qərar verə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 617 Tarix: 02 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021