SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, "EN 228" Avropa standartına uyğun olan yanacağın ilk partiyası SOCAR-a məxsus gəmi ilə Gürcüstana çatdırılıb.
Qeyd olunub ki, bu, "SOCAR Georgia Petroleum" ilə "Italiana Petroli" arasında ilk birbaşa kommersiya əməliyyatıdır. Təchizat SOCAR-ın "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-ni almasını başa çatdırmasından sonra həyata keçirilib.
"SOCAR Georgia Petroleum" şirkətinin direktoru Nodar Kançaveli bildirib ki, "Italiana Petroli"nin neft emalı və keyfiyyətə nəzarət sahəsində təcrübəsinin SOCAR-ın beynəlxalq infrastrukturu ilə birləşdirilməsi Gürcüstan bazarında yanacaq təchizatının şaxələndirilməsinə imkan yaradır.
Onun sözlərinə görə, bu əməkdaşlıq Gürcüstanda Avropa standartlarına cavab verən yanacağın daha etibarlı və fasiləsiz təchizatına xidmət edəcək.
Xatırladaq ki, SOCAR bütün lazımi tənzimləyici razılıqları əldə etdikdən sonra 8 may 2026-cı il tarixində "Italiana Petroli" şirkətinin səhmlərinin 99,82 %-nin satın alınması prosesini tamamlayıb. Bu əməliyyat SOCAR-a Avropa qitəsində neft emalı və yanacaq pərakəndə satışı üzrə fəaliyyətini daha da genişləndirmək imkanı verib.
SOCAR-ın Gürcüstan bazarındakı fəaliyyəti isə 2006-cı ildən etibarən başlayıb. "SOCAR Energy Georgia" həmin ildə şirkətin Azərbaycan hüdudlarından kənarda təsis etdiyi ilk törəmə struktur kimi fəaliyyətə start verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
STAR NEZ Türkiyədə LPG istehsalında lider olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodunda (NEZ) 2026-cı ilin iyun ayında 155 min 788,94 ton mayeləşdirilmiş neft qazı (LPG) istehsal edilib. Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir ki, bu, Türkiyədəki neft emal
31 avqustBu il Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-dən çox artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 29 milyard 565,8 milyon kubmetr təbii qaz hasil edilib. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 22 milyard 77,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb. Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 1,1 %, əmtəəli
17 avqustQızılın qiyməti avqustun əvvəlindən bəri ən aşağı səviyyəyə düşdü
Qızılın qiyməti neft qiymətlərinin kəskin artması fonunda düşüb və bu da ABŞ-da inflyasiyanın sürətlənməsi və pul siyasətinin sərtləşdirilməsi ilə bağlı narahatlıqları artırıb. xəbər verir ki, Comex-də dekabr ayı üçün qiymətli metalın fyuçersləri 0,9% azalaraq unsiyası üçün 4356,6 dollara düşüb ki, b
2 sentyabrAzərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ikinci əsas bazardır
Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 3,44 milyon ABŞ dolları dəyərində 1 236,8 ton diri qoyun və keçi idxal edib. "Report"un yerli bürosu Gürcüstan Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin 7 ayı ilə müqayisədə dəyər baxımından 2
20 avqustAlmaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətini
2 sentyabrZədələnmiş pulu harada dəyişmək olar?
Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur. Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?. "Qafqazinfo"
25 avqustAzərbaycan Belarusa albalı və gilas tədarükünü kəskin artırıb
Bu ilin I yarısında Azərbaycan 22,2 milyon ABŞ dolları dəyərində 13 min 962 ton albalı və gilas ixrac edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 10 % çox, kəmiyyət olaraq - 14 % azdır. Hesaba
18 avqustAzərbaycan şəkər ixracından gəlirini 3 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 81,3 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,5 milyon ABŞ dolları (2,5 dəfə ) çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
18 avqustNaxçıvanda taxıl biçini başa çatıb, istehsalın həcmi 22 % artıb
Naxçıvan Muxtar Respublikasında taxıl biçini başa çatıb, istehsalın həcmi ötən illə müqayisədə 22 % artıb. Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildiriib ki, bu il 13 778,1 hektar sahədə biçin aparılıb. Biçilmiş sahələrin 4 108,2 hektarın
1 sentyabr