ABŞ xarici dövlət qulluqçularının övladları üçün vətəndaşlıq qaydalarını sərtləşdirir

ABŞ xarici dövlət qulluqçularının övladları üçün vətəndaşlıq qaydalarını sərtləşdirirVaşinqton rəhbərliyi xarici dövlət qulluqçularının övladlarına doğum faktına əsasən ABŞ vətəndaşlığının verilməsi prosesinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ hökumətinin rəsmi sənədlər toplusu olan Federal Reyestrdə dərc edilmiş ABŞ Milli Təhlükəsizlik Xidmətinin xüsusi bildirişində qeyd olunub. Sənəddə vurğulanır ki, mövcud ölkə qanunvericiliyinə əsasən, Birləşmiş Ştatlarda xarici diplomatların övladları doğum hüququ ilə vətəndaşlıq əldə etmirlər, lakin onların ölkənin qanuni daimi sakini kimi qeydiyyata alınmaq hüququ var. Bildirişdə aydınlaşdırılır ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən avqustun 6-da imzalanmış icra fərmanına uyğun olaraq, təhlükəsizlik xidmətinin mövqeyinə görə, analoji qaydalar valideynlərindən ən azı biri "xarici dövlət qulluqçusu olan bütün uşaqlara da şamil edilməlidir. Burada söhbət doğulduğu zaman valideynlərindən heç biri ABŞ vətəndaşı olmayan uşaqlardan gedir.

Qurum dəqiqləşdirir ki, sözügedən fərmana əsasən, "xarici dövlət qulluqçuları" kateqoriyasına diplomatlarla yanaşı, xarici səfirlik və konsulluqların müxtəlif əməkdaşları, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxildir. Qeyd olunduğu kimi, xidmətin bu bildirişi sentyabrın 9-da rəsmi şəkildə dərc ediləcək.

Təhlükəsizlik xidməti hesab edir ki, bu cür normalar sentyabrın 4-dən etibarən qüvvəyə minməli idi. Bununla belə, idarə bildirir ki, hazırkı mərhələdə ABŞ vətəndaşlığının verilməsi prosedurunun dəyişdirilməsi istiqamətində heç bir addım atılmayacaq. Buna səbəb ABŞ-nin Merilend ştatının federal dairə məhkəməsinin sentyabrın 2-də Trampın adıçəkilən fərmanının icrasını müvəqqəti dayandırmaq barədə qərar qəbul etməsidir. Məhkəmə fərmanın ABŞ Ali Məhkəməsinin qərarına zidd olduğu qənaətinə gəlib. Ölkənin ali məhkəmə instansiyası iyun ayında Trampın doğum hüququna görə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdırmağa yönəlmiş digər bir fərmanını da Konstitusiyaya zidd hesab etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 205   Tarix: 05 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb

İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonr

13 sentyabr
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

13 sentyabr
.

ABŞ Milli Təhlükəsizlik Agentliyi yenidənqurma prosesinə başlayır

ABŞ Milli Təhlükəsizlik Agentliyi son on ildə bütün kəşfiyyat xidmətinin ən genişmiqyaslı yenidən qurulmasına başlayır. xəbər verir ki, "The Washington Post" qəzeti planla tanış olan hazırkı və keçmiş rəsmilərə istinadən məlumat verib. Onların sözlərinə görə, NSA rəhbəri general Coşua M. Ruddu

14 sentyabr
.

Şimali Koreya kruiz və ballistik raketlərdən istifadə edərək hərbi təlimlər keçirir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya Xalq Ordusu strateji kruiz və taktiki ballistik raketlərdən istifadə edərək uzaq mənzilli artilleriya və raket qoşunları ilə birgə təlimlər keçirib. xəbər verir ki, təlimlər sentyabrın 12-də beş artilleriya və raket birləşməsini

14 sentyabr
.

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları

13 sentyabr
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

13 sentyabr
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

13 sentyabr
.

Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı

Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy

14 sentyabr
.

İndoneziyada bərənin aşması nəticəsində itkin düşən 130 nəfər axtarılır

İndoneziyadakı xilasedicilər artıq ikinci gündür ki, Yava dənizində sərnişin gəmisinin batması nəticəsində itkin düşmüş 130 nəfəri axtarırlar. xəbər verir ki, son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatlarında 622 mütəxəssis və təxminən 12 gəmi iştirak edir. 14 sentyabr səhəri etibarilə 6 nəfə

14 sentyabr