Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıbBu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib.

Sonxeber.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Təkcə avqustda isə ölkənin qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 1 il əvvələ nisbətən 13 % çox - 350,8 milyon ABŞ dolları olub.

Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixracın dəyəri 80,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə (qeyri-monetar qızıl istisna olmaqla) 11,4 % artaraq 251,1 milyon ABŞ dolları olub.

Məlumata görə, hesabat dövründə şəkərin ixrac dəyəri 2,3 dəfə, pambıq ipliyin ixrac dəyəri 62,2 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 42,8 %, bitki-heyvan mənşəli piy-yağın ixrac dəyəri 30,2 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 20,5 %, pambıq lifinin ixrac dəyəri 17,8 %, meyvə-tərəvəzin ixrac dəyəri 13,7 %, çayın ixrac dəyəri isə 12,1 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 19,2 % artaraq 732 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 22,1 % artaraq 255,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 19,9 % artaraq 987,8 milyon ABŞ dolları təşkil edib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 163   Tarix: 08 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfəyə qədər artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsu

28 avqust
.

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb. bu barədə AMB-yə istinadən xəbər verir. "Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyy

7 sentyabr
.

Azərbaycan Gürcüstanın qoyun və keçi ixrac etdiyi ikinci əsas bazardır

Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycana 3,44 milyon ABŞ dolları dəyərində 1 236,8 ton diri qoyun və keçi idxal edib. "Report"un yerli bürosu Gürcüstan Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin 7 ayı ilə müqayisədə dəyər baxımından 2

20 avqust
.

Azərbaycan düyü idxalına çəkdiyi xərci 28 % azaldıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 24,1 milyon ABŞ dolları dəyərində 27,4 min ton düyü idxal edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 8,2 min ton (22,9 , dəyər baxımından isə 9,45 milyon ABŞ dolları (28,1 %) azdır. Hesaba

26 avqust
.

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas

4 sentyabr
.

Zədələnmiş pulu harada dəyişmək olar?

Mal və xidmətlərin dəyərini ödəmək istəyəndə bəzən əsginasın yararsız olması əsas gətirilərək qəbul edilmir. Bu halla tez-tez qarşılaşmaq olur. Ödəniş terminallarında da belə əsginaslarla əməliyyat aparmaq mümkün olmur. Maraqlıdır, bəs belə halda vətəndaş hara müraciət etməlidir?. "Qafqazinfo"

25 avqust
.

Bu avtomobillərin kreditlə alışı daha SƏRFƏLİDİR - AÇIQLAMA

Elektrik və hibrid avtomobillərə kredit şərtlərində tətbiq olunan fərqlər həm ekoloji təmiz nəqliyyatın təşviqi, həm də bu avtomobillərin maliyyə əlçatanlığının artırılması məqsədi daşıyır. Azərbaycanda bu nəqliyyat vasitələri üçün daha aşağı ilkin ödəniş imkanlarının yaradılması da alıcının avtomobil

31 avqust
.

Qızılın qiyməti 29 maydan bəri ilk dəfə bu qədər artdı

"Comex" birjasında dekabr ayında tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə olaraq troya unsiyası üçün 4 600 dolları ötüb. xəbər verir ki, "Comex" birjasında dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti mayın 29-dan bəri ilk dəfə tru

22 avqust
.

ASCO-nun mənfəəti 38 dəfə artıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) bu ilin I yarısını 23,386 milyon manat mənfəətlə başa vurub. səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,85 dəfə çoxdur. Yanvar-iyun aylarında ASCO-nun əməliyyat gəlirləri 256,42

4 sentyabr