Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMA

Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMAƏt idxalından asılılığın azaldılması üçün yerli heyvandarlığın inkişafı, yem bazasının gücləndirilməsi və fermerlərin maliyyə imkanlarının artırılması əsas istiqamətlərdən hesab olunur. 2026-2030-cu illər üzrə dövlət proqramında da heyvandarlıqda yem təminatında idxaldan asılılığın azaldılması və yerli yem istehsalının təşviqi prioritet kimi müəyyənləşdirilib.

Bəs, Azərbaycanda ət istehsalını artırmaq və idxaldan asılılığı azaltmaq üçün hansı addımlar atılmalıdır, yem bazasının gücləndirilməsi və fermerlərə dövlət dəstəyinin artırılması daxili tələbatın ödənilməsinə nə dərəcədə kömək edə bilər?
Ət idxalından asılılığı azaltmaq üçün Azərbaycanda hansı addımlar atılmalıdır? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan hökuməti və Kənd Təsərrüfatı Nazirliyi ət istehsalı ilə bağlı iri və xırda buynuzlu mal-qaranın sayının kəskin azalması problemini görür və bununla bağlı müəyyən addımlar atmağa çalışır.

"Son günlər iri və xırda buynuzlu mal-qara ilə bağlı müəyyən təşviq proqramlarının qəbul edilməsi də bu istiqamətdə atılan addımlardandır. Ümumilikdə, təşviq proqramlarının tətbiqi düzgün istiqamətdir. Lakin bu proqramlar yalnız iri fermer təsərrüfatlarını deyil, kənddə fəaliyyət göstərən kiçik təsərrüfatları, hətta 5 qoyunu və ya 2 inəyi olan fermerləri də əhatə etməlidir. Təəssüf ki, hazırkı təşviq proqramlarının əsasən iri fermer təsərrüfatları üçün nəzərdə tutulması düzgün yanaşma deyil".

Ekspert bildirib ki, tarixi təcrübə də göstərir ki, kiçik, ailə və fermer təsərrüfatları ölkədə maldarlığın inkişafında və ət istehsalının artırılmasında mühüm rol oynayıb:

"Buna görə də yeni təşviq proqramlarının qəbul edilməsini müsbət qiymətləndirirəm, lakin bundan sonrakı mərhələdə kiçik kəndli və ailə təsərrüfatlarının dəstəklənməsi üçün də əlavə addımlar atılmalıdır. Bu istiqamətdə yem bazasının gücləndirilməsi, yemin maya dəyərinin və qiymətinin aşağı salınması üçün tədbirlərin görülməsi, heyvan xəstəlikləri ilə mübarizədə dövlət tərəfindən pulsuz dəstəyin göstərilməsi və digər mexanizmlərin tətbiqi vacibdir. Bu cür tədbirlər həyata keçirilməklə ölkədə ət istehsalının artırılmasına nail olmaq mümkündür".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 111   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb. bu barədə ADY-yə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 , rayonlararas

4 sentyabr
.

"Bitcoin"in qiyməti artdı

"Bitcoin"in qiyməti ticarət zamanı 27 maydan bəri ilk dəfə olaraq 75 00 dolları keçib. -ın xəbərinə görə, bunu "Binance" platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 05:33-ə olan məlumata görə, "Bitcoin"in qiyməti 2,77% artaraq, 75 045 dollara çatıb. Saat 05:38-

21 avqust
.

İsveçrə Azərbaycandan neft tədarükünü 3 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan İsveçrəyə 272 min 501,4 ton xam neft ixrac edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 193 milyon 596,3 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 7 ayı ilə müqayisəd

21 avqust
.

Azərbaycanda TOP-10 özəl şirkətin qeyri-neft ixracının dəyəri 2 dəfəyə qədər artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın özəl şirkətləri arasında qeyri-neft məhsullarının ən böyük ixracatçısı "Azerbaijan International Mining Company Limited" MMC olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, şirkətin qeyd olunan dövrdə məhsu

28 avqust
.

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 12 %-ə yaxın azalıb

Qarabağ Dirçəliş Fondu 2025-ci ili 121,26 milyon manat xalis mənfəətlə başa vurub. Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,8 % azdır. Ötən il Qarabağ Dirçəliş Fondunun ianə gəlirləri 53,868 milyon manat (əvvəlki ilə nisbətən 32,9 % az), maliyyə gəlirləri 96,91

25 avqust
.

Qızılın qiyməti BAHALAŞIR: Bunlara diqqət etmək lazımdır

Qızılın dünya bazarında yüksək səviyyədə qalması və son günlər qiymətin yenidən artması vətəndaşların bu metala marağını artırır. Hazırda qızılın qiymətinə geosiyasi risklər, inflyasiya gözləntiləri, faiz dərəcələri və investor tələbi kimi amillər təsir edir. Bəs, vətəndaşlar qızıl alarkən əyar, alış-satı

26 avqust
.

Bu avtomobillərin kreditlə alışı daha SƏRFƏLİDİR - AÇIQLAMA

Elektrik və hibrid avtomobillərə kredit şərtlərində tətbiq olunan fərqlər həm ekoloji təmiz nəqliyyatın təşviqi, həm də bu avtomobillərin maliyyə əlçatanlığının artırılması məqsədi daşıyır. Azərbaycanda bu nəqliyyat vasitələri üçün daha aşağı ilkin ödəniş imkanlarının yaradılması da alıcının avtomobil

31 avqust
.

Azərbaycanda hazır çay ehtiyatları bir il ərzində 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 537 ton çay istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9 % azdır. Avqustun 1-nə müəssisələrin anbarlarında 174,1 ton hazır məhsul ehtiyatı olub, bu da bir il əvvəlk

22 avqust
.

Azərbaycanın bank sektorunun aktivləri 10 %-ə yaxın artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 979,9 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 9,5 % çoxdur. Bankların aktivlərinin 30 milyard 146 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşki

26 avqust