Sükan arxasında bu mahnıları dinləməyin - Siyahı açıqlandı
Məşhur müğənni Ed Şiranın "Shape of You" kompozisiyası sürücülər üçün potensial olaraq ən təhlükəli mahnılar siyahısına başçılıq edir.
"Qafqazinfo" xəbər verir ki, bu, "Trujillo Gonzalez" hüquq şirkətinin araşdırması nəticəsində müəyyən edilib.
Mütəxəssislər "Spotify" xidmətinin avtomobillə səyahət üçün nəzərdə tutulmuş 30 pleylistini təhlil edərək sürücülərin ən çox dinlədiyi 50 mahnını müəyyən ediblər, sonra isə onları tempinə görə müqayisə ediblər. Müəyyən edilib ki, dəqiqədə 120 vuruşdan yuxarı tempi olan mahnılar sürücülərin avtomobili daha sürətli sürməsinə, sükan arxasında diqqətin azalmasına və daha çox sürücü xətasına səbəb olur.
Tədqiqatın müəllifləri bunu ritmik sinxronizasiya ilə izah edirlər. Belə ki, yüksək ritmli kompozisiyaları dinləyərkən sürücülər özləri də bunu hiss etmədən avtomobili idarəetmə tərzini musiqinin sürətinə uyğunlaşdırırlar. Mütəxəssislər hesab edirlər ki, musiqinin səslənmə tezliyinin təhlükəsiz diapazonu dəqiqədə 60-100 vuruşa qədərdir. Ed Şiranın "Shape of You" mahnısının tempi isə dəqiqədə 192 vuruşdur.
Siyahıda ilk beşliyə həmçinin "Oasis" qrupunun "Wonderwall" (dəqiqədə 173 vuruş), "The Kid Laroy" və Castin Biberin "Stay" (dəqiqədə 169 vuruş), Billi Aydolun "Rebel Yell" (dəqiqədə 166 vuruş), "Blondie" qrupunun "One Way or Another" (dəqiqədə 162 vuruş) mahnıları daxildir. Potensial təhlükəyə görə, ikinci beşlikdə isə Farrel Uilyamsın "Happy", "Outkast" qrupunun "Hey Ya!", "Queen" qrupunun "Don't Stop Me Now", "The Killers" qrupunun "Mr. Brightside" və Bruno Marsın "Locked Out of Heaven" kompozisiyaları yer alıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 312 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çoxumuz səhv edirik: Duşda qalmaq üçün ideal müddət
Bədəni yumaq heç də həmişə duş qəbul etməyin yeganə səbəbi deyil. Bir çox insan üçün duş həm də rahatlamaq, isinmək və bir müddət tək qalmaq üsuludur. Alimlər tam şəkildə yuyunmaq üçün duş altında əslində nə qədər vaxt keçirməyin kifayət etdiyini müəyyənləşdiriblər. Adi gigiyena üçün təxminən üç dəqiqəni
9 sentyabrŞəkərdən su çatışmazlığına qədər: Enerjini azaldan gündəlik SƏHVLƏR
Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -ın xəbərinə görə, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kimi tez-tez yemək vaxtlarını ötürməyi qeyd edib. Bu səbəbdən insanda enerji səviyyəsi azal
8 sentyabrİsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı
Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında
8 sentyabrMünasibətin bitdiyini göstərən 7 gizli əlamət
Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir
7 sentyabr45 milyonluq toy edən bəy saxlanıldı - VİDEO
Sosial media fenomeni Çağla Öz ilə ötən bazar günü evlənən "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan Türkiyənin Van vilayətində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində sosial media platformalarında etdiyi paylaşımlarl
8 sentyabrNə görmə, nə də eşitmə: çoxlarının heç eşitmədiyi altıncı hiss
Uşaqlıqdan bizə insanın beş əsas hissə malik olduğu öyrədilir: görmə, eşitmə, qoxu, dad və toxunma. Lakin getdikcə daha çox elmi araşdırma çox az danışılan, amma insanın sağlamlığı və ümumi rifahı üçün böyük əhəmiyyət daşıyan başqa bir hissin də mövcudluğunu göstərir. Bu hiss interosepsiya adlanır. xaric
8 sentyabrPayızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film
Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir
7 sentyabr