Evli olduğu halda məktəblini təqib etdi, toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"la bağlı maraqlı iddia
Türkiyədə dəbdəbəli toyu və məclisdə hədiyyə olunan külli miqdarda qızılları, eləcə də lüks həyatı ilə gündəm olan "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalanın həbsindən sonra onun keçmişinə dair maraqlı iddia ortaya çıxıb. Belə ki, həyat yoldaşı Çağla Öz hələ 16 yaşında ikən Tançalanın onun məktəbinin qarşısına getdiyi və qızın ailəsinin buna görə polisə şikayət etdiyi bildirilir.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
İddialara görə, Tançalan o dövrdə ilk həyat yoldaşı ilə evli olduğu halda Çağla Özü izləməyə başlayıb. O zaman 31 yaşında olan Mehmet Fatih Tançalan hər gün 16 yaşındakı Çağla Özün məktəbinin qarşısına gedərək onu narahat edib. Gənc qadın onu istəməyib və ailəsi də bu səbəbdən "Vanlı Kara Haydar"ı polisə şikayət edib.
Daha sonra Çağla Öz başqa bir insanla ailə qurub, lakin bir müddət sonra boşanıb. Bunu öyrənən Tançalan yenidən gənc qadını təqib etməyə başlayıb.
Həmçinin cütlüyün 5 il əvvəl evləndiyi, lakin toy mərasimini indi keçirdikləri də iddia edilir.
Xatırladaq ki, Türkiyədə sosial şəbəkələrdə "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, Türkiyə dövlətinin, dövlət qurumları və orqanlarının təhqir edildiyi iddia olunur. Həmçinin onun toyunda hədiyyə olaraq taxılan külli miqdarda qızılların mənbəyi ilə bağlı da araşdırmaya başlanılıb.
Daha sonra "Vanlı Kara Haydar" cinayət yolu ilə əldə edilən aktivlərin yuyulması ittihamı ilə həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 427 Tarix: 09 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
10 il sonra yenidən toy edən fenomenə hədiyyə edilənlərə baxın - VİDEO
Bursada fenomen Esma Sezen 10 il sonra yenidən gəlinlik geyindi - toyunda taxılan qızıllarla poza verdi. Türkiyənin Bursa şəhərinin İznik rayonunda yaşayan 35 yaşlı sosial media fenomeni Esma Sezen evliliyinin 10-cu ildönümünü həyat yoldaşına etdiyi sürprizlə qeyd edib. xarici mediaya istinadla xəbə
10 sentyabrYemək vaxtı telefona baxmağın təhlükələri - Mütəxəssis rəyi
"Yemək yeyərkən sosial şəbəkələrə baxmaq və videoları izləmək insanın fərqinə varmadan həddindən artıq qidalanmasına və rasionuna nəzarəti itirməsinə səbəb ola bilər". Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu diyetoloq Anton Polyakov deyib. Rusiyalı mütəxəssis xəbərdarlıq edib ki, b
9 sentyabrEvdə baş verən yanğın iki nəfərin canını aldı - VİDEO
Türkiyənin Elazığ vilayətinin Karakoçan rayonunda gecə saatlarında fərdi yaşayış evində baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koçyiğitler kəndinə bağlı Ürünlü məhəlləsində baş verib. Hələlik müəyyən edilməyən səbəbdən gecə saatlarında başlaya
8 sentyabrMəktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ
İmmunomodulyatorlar, yüksək dozada C vitamini, fitoterapiya, exinasiyalı şərbətlər və immuniteti "tez gücləndirdiyi" iddia edilən digər vasitələr dərs ilinin əvvəlində məktəbliləri kəskin respirator virus infeksiyalarından (KRVİ) qorumur. xəbər verir ki, pediatr Yekaterina Melnik bu barəd
7 sentyabrBu bananları almayın - təhlükəli əlamətlər
Banan alarkən yalnız qabığının rənginə baxmaq kifayət etmir. Mütəxəssislər bildirirlər ki, meyvənin yetişmə dərəcəsini və keyfiyyətini müəyyən etmək üçün onun görünüşünə, bərkliyinə və qabığının vəziyyətinə də diqqət yetirmək lazımdır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə
9 sentyabrAyı Yerin yeddinci qitəsi adlandırdı
Rusiya Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri, akademik Lev Zelyonıy Ayın elmi və praktiki baxımdan Yerin yeddinci qitəsi hesab oluna biləcəyini bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Alimin sözlərinə görə, bu müqayisə zarafat deyil, alimlər v
9 sentyabrXəstələnəndə toyuq şorbası yemək həqiqətən faydalıdırmı? Dietoloqların CAVABI
Özünüzü pis hiss etdiyiniz zaman bir kasa isti toyuq şorbası vəziyyətinizi yüngülləşdirə bilər. Bulyon orqanizmdə maye ehtiyatını bərpa etməyə kömək edir, istilik burun tutulmasını azalda bilər, bəzi inqrediyentlər isə orqanizmi faydalı qida maddələri ilə təmin edir. xarici mediaya istinadən xəbər veri
10 sentyabrNiyə məzuniyyət tam istirahətə həmişə kömək etmir?
İnsan fikrən işdə qalırsa, hətta dəniz sahilində istirahət etmək belə onun tam bərpa olunmasına zəmanət vermir. xəbər verir ki, bunu rusiyalı psixoloq Lyubov Naumova "Sputnik" radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, bir çox insan məzuniyyətdə olsa belə, elektron poçtunu yoxlamağa
7 sentyabrYeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
ABŞ texnologiya nəhəngi "Apple" payız təqdimatında səbirsizliklə gözlənilən "iPhone 18" və "iPhone 18 Pro Max" smartfonlarını nümayiş etdirib. "Qafqazinfo" xəbər verir ki, şirkətin rəsmi "YouTube" kanalında canlı yayımlanan təqdimatda yeni nəsil flaqmanları
9 sentyabr