İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?

İnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?"İnfarktın bəzi əlamətləri infarkt baş verməzdən bir neçə gün əvvəl və hətta bir neçə həftə əvvəl ortaya çıxa bilər".

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental infarktın bu erkən simptomları barədə xəbərdarlıq ediblər.

Əsas xəbərdarlıq siqnallarından biri kimi həkimlər sinədə vaxtaşırı yaranan və keçən ağrını və ya sinədə təzyiqi qeyd ediblər. Rocer Blumentalın sözlərinə görə, infarktdan əvvəl boyunda, çiyində, qollarda və ya çənədə ağrı və ya uyuşma, normal hərəkətlilikdən sonra qeyri-adi nəfəs darlığı, ürəkbulanma, qarında ağrı və şiddətli yorğunluq kimi hallar baş verə bilər.

Abhi Kandelval qeyd edib ki, onun xəstələrinin təxminən üçdəikisi infarktdan əvvəl bir ay ərzində sinələrində ağrı hiss etdiklərini xatırlayıblar.

O vurğulayıb ki, infarkt olduğu gün və ya bundan bir neçə gün əvvəl simptomlar daha tez-tez ortaya çıxa, daha uzun müddət davam edə və ya güclənə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 337   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxumuz səhv edirik: Duşda qalmaq üçün ideal müddət

Bədəni yumaq heç də həmişə duş qəbul etməyin yeganə səbəbi deyil. Bir çox insan üçün duş həm də rahatlamaq, isinmək və bir müddət tək qalmaq üsuludur. Alimlər tam şəkildə yuyunmaq üçün duş altında əslində nə qədər vaxt keçirməyin kifayət etdiyini müəyyənləşdiriblər. Adi gigiyena üçün təxminən üç dəqiqəni

9 sentyabr
.

Şəkərdən su çatışmazlığına qədər: Enerjini azaldan gündəlik SƏHVLƏR

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -ın xəbərinə görə, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kimi tez-tez yemək vaxtlarını ötürməyi qeyd edib. Bu səbəbdən insanda enerji səviyyəsi azal

8 sentyabr
.

İsgəndərin cəsədi haradadır? - Dünyanı fəth etdi, məzarı yoxa çıxdı

Tarixin ən qüdrətli sərkərdələrindən biri olan Makedoniyalı İsgəndərin qurduğu imperiya üç qitəyə yayılıb. Lakin onun saysız-hesabsız şəhərləri fəth edən ordusundan, saraylarından və xəzinələrindən fərqli olaraq, məzarının yeri bu günədək müəyyən edilməyib. İsgəndərin nəşinin İsgəndəriyyənin altında

8 sentyabr
.

Niyə fastfuddan əl çəkə bilmirik? - Mütəxəssis asılılıq yaradan səbəbləri açıqladı

Fastfudun tərkibindəki yağların və şəkərin birləşməsi bu cür qidaya olan istəyi artırır. -ın xəbərinə görə, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov -ya müsahibəsində danışıb. O qeyd edib ki, qida rasionunda zərərli qidaları

8 sentyabr
.

Münasibətin bitdiyini göstərən 7 gizli əlamət

Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir

7 sentyabr
.

45 milyonluq toy edən bəy saxlanıldı - VİDEO

Sosial media fenomeni Çağla Öz ilə ötən bazar günü evlənən "Vanlı Kara Haydar" ləqəbli Mehmet Fatih Tançalan Türkiyənin Van vilayətində saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsində sosial media platformalarında etdiyi paylaşımlarl

8 sentyabr
.

Nə görmə, nə də eşitmə: çoxlarının heç eşitmədiyi altıncı hiss

Uşaqlıqdan bizə insanın beş əsas hissə malik olduğu öyrədilir: görmə, eşitmə, qoxu, dad və toxunma. Lakin getdikcə daha çox elmi araşdırma çox az danışılan, amma insanın sağlamlığı və ümumi rifahı üçün böyük əhəmiyyət daşıyan başqa bir hissin də mövcudluğunu göstərir. Bu hiss interosepsiya adlanır. xaric

8 sentyabr
.

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

Payız mövsümünün başlaması ilə yağışlı və sərin havalarda evdə film izləməyə maraq artır. Xüsusilə, romantik ab-havası, şəhər mənzərələri və nostalji ruhu ilə seçilən bəzi ekran əsərləri payız axşamları üçün ideal seçim hesab olunur. payız ab-havasını ən yaxşı şəkildə əks etdirən 3 filmi təqdim edir

7 sentyabr
.

İdman hərəkətləri yuxusuzluğun mənfi təsirlərini necə aradan qaldırır? - Həkim məsləhəti

"Kəskin yuxusuzluqdan sonra edilən fiziki məşqlər yuxu çatışmazlığının beyinə göstərdiyi mənfi təsirləri, xüsusən də yaddaş və diqqət pozuntusunu azaltmağa kömək edir". xəbər verir ki, bunu TASS-a rusiyalı həkim, tibb elmləri doktoru İnessa Yakimoviç deyib. "Fiziki aktivlik tam yuxun

9 sentyabr