Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Yunanıstanın İncirli kimi tanınan Nisyros adasında azalan əhalinin sayını artırmaq məqsədilə yeni maliyyə dəstəyi proqramı qəbul edilib.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, bələdiyyə məclisinin yekdilliklə təsdiqlədiyi qərara əsasən, adada daimi yaşayan ailələrə dünyaya gətirdikləri hər uşaq üçün birdəfəlik 3 min avro, yəni təxminən 6 min manat ödəniləcək.
Dəstəkdən yararlanmaq üçün ailənin bələdiyyədə qeydiyyatda olması və uşağın doğulduğu vaxt adada daimi yaşaması tələb olunur. Ödəniş vergidən azad ediləcək və digər sosial yardımların hesablanmasına daxil edilməyəcək.
Bələdiyyə doğum yardımı ilə yanaşı, adada yaşayan uşaqlara 5 yaşına qədər hər ay 150 avro, ödənilməsi imkanını da nəzərdən keçirir. Bu təklif hələlik qiymətləndirmə mərhələsindədir.
Bələdiyyə sədri Christofis Koronaios bildirib ki, proqramın əsas məqsədi gənclərin adanı tərk etməsinin qarşısını almaq və ailələri uşaq sahibi olmağa təşviq etməkdir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 146 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rekord temperatur kabusu: sentyabr ayında 45,7 dərəcə isti
Hələ də sentyabr ayının məxməri mövsüm və axşamlar yüngül bir sərinliklə əlaqəli olduğunu düşünürsünüz. Unudun. İspaniyanın Əndəlüs şəhərində havanın istiliyi yerli meteoroloqların tarixi adlandırdığı bir temperatura çatıb. Sentyabrın 3-də El-Qranado bələdiyyəsi 45,7 dərəcə Selsi istiliyi qeydə alıb
8 sentyabrSükan arxasında bu mahnıları dinləməyin - Siyahı açıqlandı
Məşhur müğənni Ed Şiranın "Shape of You" kompozisiyası sürücülər üçün potensial olaraq ən təhlükəli mahnılar siyahısına başçılıq edir. "Qafqazinfo" xəbər verir ki, bu, "Trujillo Gonzalez" hüquq şirkətinin araşdırması nəticəsində müəyyən edilib. Mütəxəssislər "Spotify"
9 sentyabrBeyni yoxdur, amma öyrənir: Alimləri heyrətləndirən sirli canlı
Beyni və sinir sistemi olmayan bir canlının öyrənməyə və problem həll etməyə bənzər davranışlar nümayiş etdirməsi elm dünyasında ciddi müzakirələrə səbəb olub. Qaynarinfo Haber Global-a istinadən xəbər verir ki, söhbət Physarum polycephalum adlı selikli kifdən gedir. Bu canlı beyni və sinir sistemi olmamasın
9 sentyabrMaskdan səs-küyə səbəb olan 2036-cı il - Proqnozu
Texnologiya nəhəngi İlon Mask süni intellekt (AI) və humanoid robotların yaxın illərdə qlobal iqtisadi nizamı kökündən dəyişəcəyi ilə bağlı iddialı bəyanatlarını davam etdirir. "Qafqazinfo" xəbər verir ki, "The Economist" nəşrinə müsahibə verən milyarderin sözlərinə görə, təxminə
9 sentyabrMünasibətin bitdiyini göstərən 7 gizli əlamət
Münasibətlərdə fiziki yaxınlıq qədər emosional bağ da böyük əhəmiyyət daşıyır. Bəzən cütlüklər eyni evdə yaşasa, hər gün ünsiyyətdə olsa belə, tərəflərdən biri daxilən münasibətdən uzaqlaşmağa başlaya bilər. Emosional məsafə birdən yaranmır. Adətən bu proses kiçik davranış dəyişiklikləri ilə özünü göstərir
7 sentyabrİnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?
"İnfarktın bəzi əlamətləri infarkt baş verməzdən bir neçə gün əvvəl və hətta bir neçə həftə əvvəl ortaya çıxa bilər". -ya istinadən xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental infarktın bu erkən simptomları barədə xəbərdarlıq ediblər. Əsas xəbərdarlıq siqnallarında
9 sentyabrSürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: bunu bilirdiniz?
Avtomobilin multimedia sistemində olan standart USB portlar əslində cihazları şarj etmək üçün deyil, məlumat ötürmək üçün nəzərdə tutulub. Demək olar ki, bütün müasir avtomobillər USB portlarla təchiz olunur. Onlar cihaz panelində, mərkəzi qoltuqaltında və hətta arxa oturacaqların yanında yerləşdirilir
8 sentyabr