23 yaşında yazdığı mahnı rok əfsanəsinə çevrildi
Britaniyanın "Led Zeppelin" qrupunun məşhur "Stairway to heaven" mahnısı bu gün də rok tarixinin ən tanınmış kompozisiyalarından biri hesab olunur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mahnının sözlərini Robert Plant 23 yaşında yazıb.
Səkkiz dəqiqədən çox davam edən "Stairway to heaven" akustik gitara ilə başlayır və musiqi irəlilədikcə tempi tədricən artır. Kompozisiya üç əsas hissədən ibarətdir.
Məlumata görə, Robert Plant mahnının sözlərini ocağın yanında oturarkən spontan şəkildə yazmağa başlayıb. Daha sonra əsər "Led Zeppelin" qrupunun dördüncü studiya albomuna daxil edilib və konsertlərdə müntəzəm səsləndirilib.
Mahnı uzun müddət radio standartlarına uyğun hesab edilməyib. Lakin qısa müddətdə böyük populyarlıq qazanması səbəbindən ABŞ radiolarında ən çox sifariş edilən kompozisiyalardan birinə çevrilib.
"Stairway to heaven" illər ərzində bir sıra nüfuzlu siyahılarda da yer alıb. 2000-ci ildə VH1-in "100 ən yaxşı rok mahnısı" siyahısında üçüncü, 2004-cü ildə isə "Rolling stone" jurnalının "Bütün dövrlərin 500 ən yaxşı mahnısı" siyahısında 31-ci yeri tutub.
Kompozisiya həmçinin "Grammy hall of fame award" mükafatına layiq görülüb. 2023-cü ildə isə mədəni, tarixi və bədii əhəmiyyətinə görə ABŞ Konqres Kitabxanasının Milli Səs Yazıları Reyestrinə daxil edilib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 235 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl almaq istəyənlərin diqqətinə
Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib
12 sentyabrQəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
Qəhvənizi necə içdiyinizin şəxsiyyətiniz haqqında ipucu verə biləcəyini heç düşünmüsünüzmü? Sadə qəhvəyə üstünlük verənlərdən bol südülü latte sevənlərə, buzlu qəhvədən kofeinsiz və bitki mənşəli süd seçimlərinə qədər hər qəhvə vərdişi fərqli bir şəxsiyyət profili ilə əlaqələndirilən araşdırmalar mövcuddur
13 sentyabr23 yaşında yazdığı mahnı rok əfsanəsinə çevrildi
Britaniyanın "Led Zeppelin" qrupunun məşhur "Stairway to heaven" mahnısı bu gün də rok tarixinin ən tanınmış kompozisiyalarından biri hesab olunur. xarici mediaya istinadən xəbər verir ki, mahnının sözlərini Robert Plant 23 yaşında yazıb. Səkkiz dəqiqədən çox davam edən "Stairwa
10 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrMətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
Mətbəx çanağı hər gün yağ, qida qalıqları və su ilə təmasda olur. Buna görə də mütəmadi yuyulmasına baxmayaraq, onun üzərində ləkələr, ərp və xoşagəlməz qoxu yarana bilər. Məlum olub ki, hərtərəfli təmizlik üçün həmişə məişət kimyəvi vasitələrinə ehtiyac yoxdur. Adi sirkə də bu işdə kömək edə bilər
13 sentyabrLG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMA
LG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir. xarici KİV-ə istinadən xəbər veri
11 sentyabrİnfarktdan qısa müddət əvvəl hansı əlamətlər peyda olur?
"İnfarktın bəzi əlamətləri infarkt baş verməzdən bir neçə gün əvvəl və hətta bir neçə həftə əvvəl ortaya çıxa bilər". -ya istinadən xəbər verir ki, amerikalı kardioloqlar Abhi Kandelval və Rocer Blumental infarktın bu erkən simptomları barədə xəbərdarlıq ediblər. Əsas xəbərdarlıq siqnallarında
9 sentyabrİlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın 13-cü övladının anası Eşli Sent-Klerə susması müqabilində 40 milyon dollar təklif edildiyi iddia olunub. -a istinadən bildirir ki, Sent-Kler bu təklifi qəbul etmədiyini açıqlayıb. Sent-Klerin sözlərinə görə, 40 milyon dollarlıq təklif Mask haqqınd
12 sentyabr