Xəstələnəndə toyuq şorbası yemək həqiqətən faydalıdırmı? Dietoloqların CAVABI

Xəstələnəndə toyuq şorbası yemək həqiqətən faydalıdırmı? Dietoloqların CAVABIÖzünüzü pis hiss etdiyiniz zaman bir kasa isti toyuq şorbası vəziyyətinizi yüngülləşdirə bilər. Bulyon orqanizmdə maye ehtiyatını bərpa etməyə kömək edir, istilik burun tutulmasını azalda bilər, bəzi inqrediyentlər isə orqanizmi faydalı qida maddələri ilə təmin edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, toyuq şorbasının spesifik antiviral və ya iltihabəleyhinə təsirini sübut edən araşdırmalar çox deyil. Bununla belə, sağalma dövründə kifayət qədər maye qəbul etmək xəstəlik zamanı gücün qorunmasına kömək edə bilər.

"Mən soyuqdəymədən sağalma prosesində məhz toyuq şorbasının konkret faydalarını araşdıran çox sayda başqa tədqiqat tapmadım", - Alissa Payk bildirib.

Qeyd olunur ki, toyuq şorbasının sağlamlığa faydası onun tərkibindən asılıdır. Şorbanın tərkibinə toyuq bulyonu, ət və tərəvəzlər, o cümlədən kök, sarımsaq, soğan və kərəviz daxil ola bilər. Dietoloq və Kaliforniya Dövlət Universitetinin müəllimi Amanda Sausedanın sözlərinə görə, bu faydalı inqrediyentlər toyuq şorbasını ayrı-ayrı komponentlərinin sadə cəmindən daha dəyərli edə bilər.

"Toyuq şorbasının tərkibindəki inqrediyentlər vitaminlər və antioksidantlarla zəngindir. Bunlar orqanizmin təbii bərpa prosesinə kömək edə bilər. Kök immun sisteminin sağlamlığı, həmçinin mədə-bağırsaq traktını örtən hüceyrələr üçün mühüm əhəmiyyət daşıyan A vitamininin mənbəyidir. Bu hüceyrələr orqanizmin ilk müdafiə xəttidir", - Sauseda "Nutrients" jurnalında dərc edilən araşdırmaya istinadla deyib.

Soğan və sarımsaq antiviral və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Toyuq sümüyündən hazırlanmış bulyon kalium, fosfor və xlorid kimi elektrolitlərin əhəmiyyətli miqdarını ehtiva edir. Bu maddələr xəstəlik zamanı yarana bilən susuzlaşma hallarında faydalı ola bilər.

Toyuq şorbası həqiqətən iltihabəleyhinə təsir göstərirmi?

Dietoloq Sara Qaronenin sözlərinə görə, hazırda toyuq şorbasının özünün iltihabəleyhinə təsir göstərdiyini təsdiqləyən araşdırmalar yoxdur. Lakin onun tərkibindəki kök, sarımsaq və soğan kimi məhsulların belə xüsusiyyətləri var.

Maksimum faydanı necə əldə etmək olar?

Sauseda toyuq şorbasını ev şəraitində hazırlamağı məsləhət görür. Belə olduqda iki mühüm amili natriumun və ədviyyatların miqdarını nəzarətdə saxlamaq mümkündür. Onun sözlərinə görə, mağazada satılan bəzi hazır şorbaların tərkibində həddindən artıq natrium ola bilər. Bu isə arterial təzyiq üçün zərərli olmaqla yanaşı, bağırsaqları da qıcıqlandıra bilər. Hazır şorba seçildiyi halda isə ona əlavə tərəvəz qatmaqla antioksidantların miqdarını artırmaq tövsiyə olunur.

Toyuq şorbasını yaxşı isti halda yemək məsləhətdir. Nəşrin yazdığına görə, isti şorba insanda müsbət emosional reaksiya yarada bilər və özünü yaxşı hiss etmədiyi vaxt bu da əlavə üstünlükdür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 402   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr