Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"

Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs artan istifadə fonunda skuterlərin təhlükəsizliyinə nə dərəcədə nəzarət edilir? Mövcud qaydalar və nəzarət mexanizmləri kifayətdirmi?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

BŞDYP: Skuter idarə edənlərin sayı gündən-günə artır

Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, BŞDYP tərəfindən kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir: "Paytaxt ərazisində skuter idarə edənlərin sayı gündən-günə artır və bu da öz növbəsində qəza riskini yüksəldir. Belə nəqliyyat vasitələrini idarə edən bəzi şəxslərin yollarda xaotik hərəkət etməsi sürücülər, səkilərdə hərəkət etməsi isə piyadalar üçün ciddi təhlükə yaradır. Belə hallar yolverilməzdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, skuterlər nəzərdə tutulmuş xüsusi yerlərdə, velosiped zolaqlarında, həmçinin yolun sağ zolağında, nəqliyyat axınına mane olmamaq şərtilə idarə edilməlidir".

T.Nəsirli qeyd etdi ki, DYP əməkdaşları tərəfindən qayda pozan kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri aşkar edildikdə, barələrində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən inzibati protokol tərtib edilir: "DYP skuter sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək".

Skuter sürən vətəndaş da yol hərəkəti iştirakçısıdır

Bakıda skuter problemi: Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək - FOTO

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, skuter və ya elektrikli samokat sürən vətəndaş da yol hərəkəti iştirakçısıdır və bütün yol hərəkəti iştirakçıları kimi DYP-nin tələblərinə tabe olmalıdır: "Skuterlərə nəzarət mexanizmi mövcuddur və bu, qanunvericilikdə də təsbit olunub. Lazım gəldikdə polis əməkdaşları tənbeh edə, maarifləndirmə işi apara və cərimə tətbiq edə bilərlər. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib, İnzibati Xətalar Məcəlləsində də cərimələrlə bağlı maddələr yer alıb".

E.Cəfərovun sözlərinə görə, son dövrlər fərdi mobillik vasitələrinə maraq artıb və bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir: "Buna görə də əsas məqsəd onların istifadəsinin qarşısını almaq deyil, bu vasitələr üçün müvafiq şərait yaratmaq, qanunvericilik bazasını təkmilləşdirmək və nəzarəti gücləndirmək olmalıdır. Fərdi mobillik vasitələri şəhər mühitində alternativ nəqliyyat vasitəsi hesab olunur və xüsusilə gənclər tərəfindən istifadəsi nəqliyyatın şaxələndirilməsi baxımından müsbət nümunədir".

"Skuter sürücüsünün yaşı ən azı 14 olmalıdır"

Ekspert qeyd etdi ki, skuter istifadəçilərinin yaş həddi ilə bağlı da qanuni tələb mövcuddur: "Yola çıxan skuter sürücüsünün yaşı ən azı 14 olmalıdır. Dəbilqə məsələsinə gəlincə, moped və motosiklet sürənlər üçün dəbilqə məcburidir, velosiped və elektrikli samokat sürənlər üçün isə belə tələb yoxdur. Bu məsələ ilə bağlı geniş müzakirələr aparılmalı və skuterlər üçün dəbilqənin məcburi olub-olmaması ayrıca qiymətləndirilməlidir".

E.Cəfərovun sözlərinə görə, skuterlərin maksimal sürəti ilə bağlı da şəhər mühitinin xüsusiyyətləri nəzərə alınmalıdır: "Bəzi şəhərlərdə bu hədd saatda 25 kilometrdən çox deyil. Skuterlərin texniki olaraq daha yüksək sürətə çata bilməsinə baxmayaraq, şəhər daxilində icazə verilən sürət həddi təxminən bu səviyyədə müəyyənləşdirilir. Məktəb və universitetlərin ətrafında isə zərurət yarandığı halda əlavə sürət məhdudiyyətlərinin tətbiqi məsələsinə baxıla bilər".

"Skuterlər çox böyük təhlükə yaradıb"

Qəza Əleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov hesab edir ki, son illərdə skuterlər çox böyük təhlükə yaradıb. Əvvəllər moped və motosiklet sürücülərindən narazılıq edilirdisə, hazırda skuterlərin idarə olunması daha ciddi narahatlıq doğurur: "İstər uşaqların, istər böyüklərin qarşı zolağa çıxması, avtomobillərin arasında şütüməsi, bir skuterdə iki nəfərin hərəkət etməsi və yollarda təhlükəli manevrlər etməsi həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Hətta parklarda belə insanlar skuterlərin yaratdığı təhlükədən rahat istirahət edə bilmirlər".

A.Rəhimovun sözlərinə görə, bəzi ölkələrdə skuterlərin istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunur və bu təcrübələr Azərbaycanda da müzakirə mövzusu ola bilər: "Məsələn, Kanada, Fransa və Yaponiyadakı yanaşmaları nümunə göstərmək olar. Yollara çıxan istənilən nəqliyyat vasitəsinin sürücüsü müəyyən hazırlıqdan keçməlidir".

"Bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var"

Ekspert qeyd etdi ki, bütün skuter sürücülərinə avtomobil üçün nəzərdə tutulan sürücülük vəsiqəsinin verilməsi mümkün deyil, amma bunun əvəzinə ayrıca mexanizm yaradıla bilər: "Skuter idarə edən şəxslərin yol hərəkəti qaydalarını bilməsini və müəyyən hazırlıq keçməsini təmin edən sistem yaradılması təhlükəsizlik baxımından məqsədəuyğun olardı. Skuterlər getdikcə daha təhlükəli şəkildə idarə olunarsa, onların istifadəsinin qadağan edilməsi məsələsi də gündəmə gələ bilər".

A.Rəhimovun sözlərinə görə, skuter sürücülərinin müxtəlif qəzalara düşməsi də problemin ciddiliyini göstərir. Ekspertin diqqət çəkdiyi digər məqam isə 13-14 yaşlı uşaqların valideynlərinin kartlarından istifadə edərək skuter icarəyə götürməsidir: "Valideynlər bu məsələdə nəzarəti gücləndirməli, Dövlət Yol Polisi isə 14 yaşdan aşağı uşağın skuter idarə etdiyini aşkar etdikdə, valideynlərin məsuliyyəti məsələsinə baxmalıdır. Məsələ kifayət qədər ciddidir və yaxın vaxtlarda bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 199   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pornoqrafik videonu yaymaqda şübhəli bilinən Əhdi və Həsəni hansı cəza gözləyir?

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev barəsində Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş başlanıldığı məlum olub. xəbər verir ki, bu barədə "Unikal"a Əhdiman Osmanovun vəkili Yusif Seyfəlov və Həsən Əliyevi

14 sentyabr
.

Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK

Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc

13 sentyabr
.

Ötən həftə 1348,9 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə sentyabrın 7-dən 13-dək 19 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 426 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləm

14 sentyabr
.

Azərbaycanda minimum əməkhaqqı BU QƏDƏR ARTA BİLƏR

"Maaş artımlarının olması gözlənilir. Amma bu artımların 2027-ci ilin yanvarın ayından olacağını gözləyirəm. Xüsusilə, minimum əməkhaqqı artanda, minimum əməkhaqqına bağlı bütün əməkhaqqılar yüksəlmiş olacaq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildiri

13 sentyabr
.

Məhsul üzərindəki bu sözlər diqqət cəlb etmək üçün yazılır - AÇIQLAMA

Marketlərdə müxtəlif meyvə şirələri ilə yanaşı, üzərində "100 faiz təbii", "şəkərsiz", "qatqısız" kimi ifadələr yazılan məhsullara da rast gəlinir. Bu ifadələr istehlakçıda məhsulun daha sağlam və keyfiyyətli olduğu təəssüratı yarada bilər. Lakin məhsul seçərkən yalnız qablaşdırmanı

14 sentyabr
.

Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq

"Tədrisi digər dillərdə aparılan siniflərdə "Azərbaycan dili - dövlət dili kimi" fənninin həftəlik saatı artırılır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırd

14 sentyabr
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yəkunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərl

14 sentyabr
.

Dövlət Suverenliyi Günü - Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin rəmzi

Dövlət Suverenliyi Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan, milli iradənin, ərazi bütövlüyünün və müstəqil dövlətçilik prinsipinin təntənəsini ifadə edən mühüm tarixi gündür. Bu günün mahiyyətində Azərbaycan dövlətinin öz ərazisi üzərində tam hakimiyyətinin təmin olunması

14 sentyabr
.

Körpəsini xəstəxananın həyətində dünyaya gətirdi

Bərdədə hamilə qadın xəstəxananın həyətində körpə dünyaya gətirib. xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Bildirilib ki, avqustun 10-u səhər saat 10:40 radələrində 35 həftəlik hamilə qadın Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum evinə gətirilərkən xəstəxananın həyətində avtomobildə doğuş başlayıb

14 sentyabr